Siz deyən olsaydı…
Kişilər həyatın absolyut sahibi olanda nələr baş verə bilərdi

«Sizdən nahar və incilərdən savayı bir şey gözləmirik…
Hə, bir də ki, bir qədər qəlb istisi, könül…»
Mariya Tsvetayeva
«Həyat gözəldi, cənablar» şüarını emailimdən asanda o qədər iradlar eşidirdim ki… Kimisi deyirdi «həyat gözəl-zad deyil». O birisi donquldanırdı ki, «niyə axı məhs cənablar?!». Ona görə ki, biz qadınlar bənnalıqla məşğul olarkən, əlimizdə malakeş əmələ gələn bütün həyat çatlarını malalayarkən kişilər bütün müəlliflik hüqüqlarını mənimsəyirlər. Emailimdə də kişilərin çoxluğunu nəzərə alıb necə deyərlər siyasət işlədirəm. Amma hamı bilir ki, həqiqətdə hər şey necədir. Həqiqət ki, gəlin deyil ki, onu bəzəyib tanınmaz hala salasan. Gözlərinizi bir daha ovxalayın və aydın baxışlarla bir daha baxın. Onda görərsiz ki, mən düz deməsəydim nələr olardı. Yəni ki, cəmiyyət kişilərin istəyinə uyğun biçilsəydi…
Əminəm ki, 8 martı ixtisar eləməyə cürət etməsələr də onu fevralın 29-na keçirərdilər. Dörd ildən bir dəfə hədiyyə almağa lap tökülmüş kişinin də imkanı çatar.
Qalstukları ixtisara salardılar.
Qadın döşünün həcminin böyüdülməsi üzrə plastik əməliyyyatlar pulsuz tibbi sığortaya mütləq daxil edilərdi.
Bütün qadınların adı eyni olardı. Çaşdırmamaq üçün, ya da sadəcə rahatlıq naminə.
Bütün qadınlarda qəfildən qızıl, qiymətli daşlar və heyvan dərisinə allergiyası oyanardı.
Apteklərdə qadınlar üçün xüsusi buruncuqlar satılardı. Onları buruna taxılar, pivə, tər və soğan qoxusunun qarşısını alardı.
Yəqin ki, tiranozavrları yenidən yumurtadan çıxarardılar. Həyatda macəralar çox olsun deyə.
İş yerlərində müdür seçmək lap asanlaşardı. Kollektivdə kompüter oyununu ən yaxşı oynayan avtomatik olaraq müdür seçilərdi.
Pişikləri iki halda saxlamaq icazəsi olardı. Birinci Çin restoranlarında soyuducuda və tirdə pişancah kimi. (Bəzi kişilərə pişiyin bağırması qadınların çığırmasını xatırladır).
Bütün telefon aparatları 30 saniyə danışıqdan sonra sönən qurğu ilə təhciz edilərdi. «Salam. Nə var nə yox, sizinkilər necədi? ….» deyən kimi dalıycan bir uzun dü-üü-üüüt….
Salfetkalar hələ də icad edilməmiş qalardı. Qaloşlar da eləcə.
İki nəfər qarşılaşanda qadın büstünə rəğbət dolu baxış rəsmi sevgi etirafı kimi dəyərləndirilərdi.
Yolun sol tərfində saatda 60 kilometr sürətiylə sürənləri yerindəcə güllələyərdilər.
Kişilərin ali riyaziyyat məsələsi kimi həll edə bilmədikləri bəzi işləri, məsələn düymələrin, qarmaqların açılması sahəsində elmi tapıntılar müşahidə edələrdi. Onları ufurməklə də açmaq mümkün olardı.
Uşaqları evləndirib, ərə verəndən sonra onları avtomatik unudardılar. Bununla da qudalar və qaynana problemləri kökündən həll olardı.
Nərd, şaşki və siar bu tipli stolüstü oyunlarda sonda stolu aşırıb Tarzan kimi çığırmaq avtomatik olaraq qalibiyyətdən xəbər verərdi.
Televiziya diktorları xəbərlərə başlamazdan əvvəl səhər tezdən hazırladıqları bir-iki lətifəni isti-isti tamaşaçıya söyləyərdi. Diktorların reytinqi ekran qarşısında gülənlərin sayı ilə müəyyən olardı.
Nəhayət ki, cütləşən corablar kəşf edilərdi. Evin müxtəlif künclərində atılmasına baxamyaraq onlar sürünə-sürünə bir-birini tapıb cütləşərdi. Sonra lap ilin Nobel mükafatını bu kəşfə vermək olardı. Bu təklif yəqin ki, Dünya Qadınlar Şurasından (ya da buna bənzər bir süni qurumdan) gələrdi.
Bikini çimərlik kostyumu bütün biznes ledilərin iş paltarı elan edilərdi. Bəlkə də təkcə biznez-ledilərin yox, elə hamının.
Unitazların qapağı üstündən duran kimi avtomatik qalxardı.
Hər barda gecəni burda keçirmək istəyənlərçün açılıb-bağlanan yataq dəstləri olardı. Bu dəstdən 10-15 nüsxə saxlamayan bara lesenziya verilməzdi.
Zibil paketləri öz-özünə zibil qablarına yollanardı. Bununçün onlara yüngülcə təpik vurmaq kifayət edərdi.
Düşünürəm ki, bu köşəni oxuyan xüsusi hissiyatlı kişilər və əminəm ki, qadınların əksəriyyəti «vay, ujas» deyib emosiyalarını içində saxlaya bilməyəcək. Hər yazılanı ürəyinizə salmayın ha. Kağızda hər şey qorxulu və o qədər real görünür ki… Bu köşəyə fantastik triller (el arasında buna «ujas» deyərlər) kimi yanaşın. Onda rahat olur.

P. S. Əlimdə olsaydı köşənin musiqi tərtibatına bir romantik musiqi qoşardım. Amma yazılanların ruhunu saxlamaq şərtilə yəqin ki, futbol marşı səslənməlidir. Özü də hər abzasda yenidən…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?