İrəli, meymuna doğru!
Nədənsə biz babalarımızdan ağıllı ola bilmirik


Bir vaxtlar Darvin təkamül nəzəriyəsini irəli sürəndə bu heç kimin xoşuna gəlmədi. Dindarlar insanın tədricən meymundan inkişaf etməsi fikrini birbaşa Allahın yaradıcılıq qabliyyətinə xələl gətirdiyini düşündü. Yerdə qalanı isə sadəcə qohumlarının içində ona ən yaxın olanın meymun olduğunu qəbul etmək istəmədi. Necə deyərlər memundan bizə baba olmaz!
Əslində meymunun nə vaxt iki ayaq üstünə qalxıb insan kimi yeriməsi o qədər də maraqlı deyil. Amma 12 min əvvəl Misirdəki Sfinksin yaranması prosesi daha maraqlıdı. Bilmək istərdim ki, təzəcə mağaralardan çıxmış insan min tonlarla daşları gətirib hardasa necə quraşdırıb necə oya bildi? Ya da ki, Sfinksin ayaqları altındakı xəlvət lağımı necə qazıdı ki, müasir insan onun yerini ultrasəslə müəyyənləşdirsə də hələ ki, bütün texnikasını səfərbər edib ora girməkdə acizdir. Alimlər Misir piramidalarının yaşını uzağı 4-5 min əvvələ aid edir. Amma piramidaların lobirintindən hələ ki baş açmayıblar. Piramidalarda hələ də açılmamış otaqlar, keçilməmiş dəhlizlər var. Ən dahi müasir alimdən soruşsan ki, «Faraonların məqbərəsi necə işıqlandırılırdı?» çaşıb qalar. Çünki yerin altına neçə kilometrlərlə uzanan dəhlizlərdə güzgülərlə işıqlandırma nəzəriyyəsi iflasa uğrayır. Onlardan bəlkə də ən ağıllıları məqbərədə tapılan dalaca gil qablarda elektrik enerjisi yaradılmasını çox ehtiyatla dilinə gətirər. Bu qabların içinə metal fitil qoyulur. Boş qalan yerləri adi limon turşusuyla dolduranda 3 vatlıq enerji yaranır. Məqbərədə işıq yanması üçün 2-3 belə qab və mis məftil lazım idi. Bəs niyə alimlər faraon məqbərələrindən mis məftilləri tapanda gözlərini döyüb bunu izah edə bilmirdilər? Belə çıxır ki, 4-5 min il əvvəl insan elektrikdən istifadə edə bilirmiş? Biz bu yaxınlaracan qaranlığımızı İliçin lampalarıyla qorxudurduq. Elə ucqar kəndlərimiz var ki, 21-ci əsrdə də hər gecə işıqsız qalıb minilliklər boyu işlətdkləri mum şamları yandırırlar. Biz bir yana, dünya keçən əsrin əvvəlində bizim kimi qaranlıqda oturmuşdu.
«Biz babalarımızdan ağıllıyıq» kimi absurd fikirlə böyüyürük. Amma hələ ki, Pasxa adasında boyhaboy dayanan qayadan yonulmuş nəhəng fiqurların mənasını anlamırıq. Hələ ki, nə deyəcəklərini başa düşürük, nə də onlardan aşıb qalmışlarını qaldırıb yerinə otuzdura da bilirik. Biz Tibet dağlarında Zaman güzgüləri adlanın qayaların yalnız adını eşitmişik. Onların necə işlədiyini hələ ki, anlamırıq. Tibetdə Şambala adlanan (tərcüməsi allahların yurdu) yerin axtarışına Hitler milyonlarla vəsait və güc sərf elədi, amma tapa bilmədi. Deyilənə görə orda mağarada əvvəlki sivilizasiyaların sakinləri 3-10 metrlik atlantlar, 30 metrlik limurlar bədənlərini suyun bizə məlum olmayan 4-cü vəziyyətinə salıb daşlaşıb oturublar. Onlar axirəti zamanı gözləyirlər ki, yeri gəlsə bəşəriyyətə kömək edə bilsinlər. Müasir insan oranı nəiki görə, heç 5-10 metr yaxınlığına gələ də bilmir. Müasir insan texnikasıyla fors eləsə də hələ ki, Monqolustanın səhralarında qum altında gizlədilmiş fantastik kitabxanaları tapa bilmir. Onun yerini yalnız monaxlar bilir və hər il səhraya dərvişliyə çıxıb özləri də bilmədiyi ünvana səfər edərək harasa baş əyib geri qayıdırlar. Müasir insanın isə Əfqanıstan çöllərində işlətdiyi texniki avadanlığı yalnız məhv etməyə yarayır, nəyisə axtarıb tapmağa yox.
Bəzən başımızı qaldırıb göyə baxanda səmada uçan obyektləri görmək ümidi ürəyimizdən keçir. Meksikadakı daş abidələrsə deyir ki, minilliklər əvvəl insan belə uçan obyektlərə minib gəzib. Orda idarə pultu arxasında çəkisizlik vəziyyətində pilotun təsvirləri qayada oyulub. Müasir alimlərsə bunu tanrısına dua edən insanın qəribə pozası kimi təfsir edir. Dünyada qayaüstü rəsmlərini tədqiq etsək Qobustan qayalıqlarındakı rəsmlərlə fəxr etmərik. Çünki əcdadlarımız maral, keçi təsvir edən vaxtdan da əvvəl Afrikada qayalarda skafandrlı insanların rəsmləri isti iqlimin hesabına hələ ki salamat durur. Maya sivilizasiyasının qoyub getdiyi daş ornamentlərdə bəziləri inklərin qəribə naxışlarını görür. Amma diqqətlə baxa bilənlər orda buxar maşınının sxemini aydın görər. Həmin bu sxemlər bizim xalçalarımızda da həkk olunub. Xalça rəsmləri kiməsə rəngbərəng, gözoxşayan naxışlar, kiməsə çox vacib informasiya mənbəyi kimidir. Sadəcə kimsə nəsillərə lazım olar deyib xalçalara hördürüb ki, unudulmasın. Amma naxışların şərhi unudulub. Heç kim izah edə bilmir ki, göy cisimlərinin hərəkətinə uyğun tikilmiş abidələr hardan əmələ gəlib. Pəncərələri planetlərə uğyun açılmış Qız qalasını, astoroloji rəsədxana kimi tikilmiş İngiltərədəki Stounxenci kim və nə üçün ucaldıb?
Alimlər gen mühəndisliinin qısır nəticələriylə və cəmi 2 il yaşamış klonlaşdırılmış qoyun Dolli ilə yaman fəxr edir. Assuriya carlarının gözətçiləri başı insan, bədəni it olan heyvanların kömyilə düşmənləri dəhşətə gətirirdi. Bunu əfsanələr və gil lövhələr üzərindəki rəsmlər təsdiqləyir. Onlar gen mühəndisliyi vasitəsilə insanla atın, itin, öküzün hibritini yaratmışdılar, başı qartal bədəni insan olan məxluqun öncəgörməlik qabliyyətində istifadə edirdilər.
Hazırda Darvin nəzəriyyəsinin ən əsas müddəası darmadağın edilib. Onun müşahidələri heyvanat aləmində çox qiymətli sayılsa da insanın yaranma məsələsində çox qüsurludur. Əsrin başqa bir dahiyanə kəşfi olan Enşteynin nisbilik nəzəriyyəsi də iflasa uğrayıb. Alimlər kosmik hesablamalarda onun kəşfindən istifadə etmirlər, çünki bu nəzəriyyə kiçik miqyaslarda işləyir,amma kosmosda insana kömək əvəzinə ziyan edir. Bu zamanı üçün dahiyanə kəşflər elan ediləndə insanlar ona müqavimət göstərirdi və heç vaxt onları məktəb dərsliyinə salmazdılar. Amma indi onların qüsurlu olduğu hamıya məlum olandan sonra bü nəzəriyyələr məktəblərdə tədris edilir. Bəlkə insanın geriyə, meymuna doğru inkişafı kiməsə sərf eləyir? İrəli getmək illüziyası yaradandan sonra istər test, ya da əzbərləmə yoluyla uşaqlarımız guya ki, inkişaf edir. Yuxarıda sadalanan izahedilməz sübutlar göstərir ki, insan irəli deyil, geriyə meymuna döğru irəliləyir. Onun yeyib içmək, cinsəl ləzzət alma və canlıları məhv etmək ehtirası hər şeyi üstələyərək təkamülə yox, tənəzzülə aparır. Bu geriləmə prosesində insan mənəvi dəyərlərini itirdiyi kimi əqli, texniki nailiyyətlərini də heçə endirir. Allah axırını xeyir eləsin!

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?