Vaxtilə ciddi musiqi yazan bəstəkarların cəmiyyətlə təması sıx olardı. Çünki konsertlər, görüşlər, simpoziumlar, yaradıcılıq mübadilələri vardı. İndisə ciddi musiqi yazan bəstəkar özünü cəmiyyətdən təcridə məhkum edir. Tək-tük bəstəkarlar yeni əsərlərini şəxsi kanallar vasitəsilə xaricə aparır ki, sağlığında əsərin canlı ifasını eşidə bilsin. Amma Azərbaycanda professional bəstəkarlıq məktəbi var, əsərlər də yaranır, bircə dinləyicisi yoxdu..
Davamı: »

«Həyatverici lütf» təşkilatı

Günümüzün reallığını səciyyələndirən amillərdən biri də mənəvi boşluqdur. Elə boşluq ki, uzun müddət belə qalması mümkün deyil. Onu kim necə bacarır, elə də doldurur. Uzunmuddətli ateizm dövründən sonra istənilən dini təsəvvürlərin girməsi üçün açıq olan məkana əcnəbi missionerlər maraq göstərir.
Davamı: »

Dədə Qorqud simpoziumu

Allah eləməsin, rəsmdəki Dədə Qorqud «Fransız» filmindəki Dədə Qorquda oxşasın. Bizə güclü, müdrik, bizləri səfərbər edən birisi lazımdı. Əynində qaftanı, gözləri mütləq göy, başında müasir kişi şlyapasına bənzəyən qırğız papağı, əlində qopuzu.
Davamı: »

 
Züleyxa İsmayılova

Biz həmişə skripka üçün yazılmış əsərlər çalmışıq. Əgər kamança üçün əsər yazılmırsa, bu bəstəkarın günahıdır. Ziyan çəkən isə ifaçı olur.
Davamı: »

Səbihə Əli

Qabaqlar mənim əl işlərimi alıb aparanda özümü pis hiss edirdim. Amma indi fikirləşirəm ki, əgər mənim işlərim kimisə xoşbəxt edirsə, mən bununla fəxr edirəm. Deməli hədər yerə işləməmişəm.
Davamı: »

Yaşar Mirzəyev

Millətimizdə xeyirxah adamlar çoxdu deyə, sadə, təmənnasız adamlara görə bu yoldan dönmək istəmirsən. Dönməyə nə var ki. mən indi öz yolumdan çəkilsəm, çoxları bundan dərin nəfəs alıb xoşbəxt olarlar.
Davamı: »

 
Şamil Fətullayev

Deyirlər ki, mühit itib. Bu düzdür. Nə qədər evlər yıxılıb. Keçirsən binanın yanından, görürsən pəncərələrin gözü kor qalıb. Bu sahələrdə tikinti aparmaq istəyənlər də bildirir ki, yaylıq boyda 5-7 kvadrat metr bizə bəs etmir. Ona görə sahələr böyüyür.
Davamı: »

Qasım Şeyxov

Mən heç cür gəncləri günahlandırmaqla, yaxud belə musiqini kəsməklə cəzalandırmaqla razılaşma bilmirəm. Gəncin dinləyəcəyi musiqini əlindən almaq onu cəzalandırmaqdı. Biz öz qrupumuzun gələcəyini xalqın duyğusuyla üst-üstə qurduğumuza, xalqın içindən gələn səsləşdiyinə görə böyük görürük.
Davamı: »

Laçın Səmla

Mən kiminsə Ulu Tanraya, onun möcüzəsinə olan inamına kölgə salmaq niyyətində deyiləm. Dediklərimlə bağlı mümkün hücumlar da məni qorxutmur. Çünki Tanrıya sevgim böyük və sonsuzdu.
Davamı: »

 
Mətanət Azmanlı

Onu da deyim ki, vətəndən xaricdə yaşamağa qərar vermək Məlikməmməd nağılındakı quyuya düşmək kimi bir şeydi - "yandım,yandım" - desən qayıdacaqsan, quyunun dibinə çatsan qarşına 40 qapı çıxacaq. İçərisində div də ola bilər, şəhzadə də, ləl- cəvahirat olan sandıq da, nə istəsən.
Davamı: »

Qalib Quliyev

Astrologiya indi mövcud olan bütün elmlərdən ən dəqiqi və qədimdir. Bütün Maq elmi və ümumilikdə okkult elmlər bizim xalqla bağlıdır. Bunun sübutu dilimizdə qalıb. Heç bir millətin dilində, yaddaşında bu problemlərin həll yolları qalmayıb. Bir tək Qız qalası bəsdir ki, bütün sirrlərin açarı kimi hər şeyi izah edə bilsin.
Davamı: »

"Mama Roza"

Bəzən özünü satan qadına alçalmış, azmış, nə bilim, pozğun deyirlər. Guya onlara münasibət çox pisdi, guya alçalırlar, döyülürlər… Mən gördüyüm kişilər qızları ayağını yerə dəyməyə qoymurlar. Bəlkə də adını uca tutduğu həyat yoldaşı, uşaqlarının anası belə hörmətə, diqqətə həsrətdi.
Davamı: »

 
Məmməd Səfəroğlu

Mən indi oturmuşam emalatxanamda. Bura mənim həm evimdir, zindanımdır, cənnətimdir. Məndən soruşanda ki, hansı rəngi sevirsən, yaxud hansı üslubda işləyirsən, təəccüblənirəm. Allah yaradan bütün rəngləri sevirəm. O divardakı quramada qara da, yaşıl da gözəldir. Çünki yerindədir.
Davamı: »

Toğrul Dadaşov

Yaradıcılıq həyatın özü kimidir. Yaradıcılıq azartlı bir şeydir. Əvvəl maraqlanırsan, nəsə düzəldirsən. Sonra yenidən baxıb başqa bir şey görürsən. Bir sözlə, çəkib aparır səni. İşləyə-işləyə daha maraqlı olur.
Davamı: »

Namiq Dadaşov

Mübarizəni yalnız dostla etmək olar. Səni başa düşənlə. Ətrafda o qədər qəribə insan var ki. Mən onunla niyə mübarizə edim. Ən böyük cihad özünlədi. Cihadi – əkbər. Hər kəs özüylə mübarizə etsə, paklığa çıxarsa nə gözəl olar. Mən niyə kimisə paklığa çıxarmalıyam.
Davamı: »

 
Fazilə Musayeva

Ağacdan meyvə dərmək istəyirsiniz. Meyvənin yaxşısını, yoxsa pisini seçirsiniz. Allah təala oruc tutub namaz qılanları seçir. Həqiqətən də pislər ölmür, pislər qalır. Yaxşıları dənləyib aparır.
Davamı: »

Sara Manafova

1987-ci ildə Moskvada məndən «nə çəkirsiniz?» soruşanda cavab verdim ki, necə yaşayıram, elə də çəkirəm. Hər şey mənim XX yüzilin obrazını yaratmağa çalışmağımdan başladı. Əvvəl kresloda oturan çılpaq qadın yarandı. Boyunbağı və qalstuk geyindirdim. Ayağına qolbaq taxdım. Yüziliyin obrazı beləcə xırda – xırda yığıldı. Amma bu, insan deyil, epotaj modeldi.
Davamı: »

Sidqi Mustafayev

Mən tamaşaçını da başa düşürəm, bizi heç burda oturan musiqiçilər dərindən anlamır. Çarəsizlikdən oturub. İndi tarzən gitara çalır, kamançaçalan skripka, zurnaçalan klarnet. Elə bilirsiz “dörd yanın qızdı, kef elə” deyən cavanları dinləmirəm? Geyimimiz açıq, sözümüz açıq, musiqimiz açıq...
Davamı: »

 
Mələkxanım Əyyubova

Dar paltar geyib oxuya bilməzsən axı. Əlimizə dəf götürüb oxuyuruqsa, sinəsi açıq paltar oxuduğunun ruhuna uyğun gəlmir. Muğam ifaçılığında bir xanımlıq var. Əgər Fizulidən, Nizamidən oxuyursansa, daxili aləminlə xaricin bir-birinə uyğunlaşmalıdır. Müasir geyinmək, saçını dəblə daramaqla yanaşı millilik də olmalıdır.
Davamı: »

Nərgiz Şəfiyeva

Hər dövrün öz estetikası var. İstedadlı bəstəkar öz dövrünün estetikasını təcəssüm etdirir. Musiqinin dahiliyini melodik istedad, zövq və zaman duyumu təşkil edir. Bəstəkar musiqini zaman içində realizə etməlidir. Bu üslub duyumu deyil. Bəstəkar sərhəd, ölçü və zaman məhfumlarını duyubsa bu musiqi daima yaşayacaq.
Davamı: »

Adelaida Məmmədova

Bəlkə də sağ olsaydı, ermənilər belə edə bilməzdi. Bülbül onlarla ünsiyyətdə çox olub. Siz görsəydiniz ermənilər onu necə qarşılayırdılar. Bunu yazmaq, demək bəs etməz, bunu görmək lazımdır.
Davamı: »

 
Rəsul Quliyev

Bakı sürtgü yağları dünyada çox böyük rəğbət qazanıb. Onlar Amerika yağlarını Avropa bazarlarından hələ 100 il əvvəl asanlıqla sıxışdıra bilib. Bu da Bakı neft yağlarının yüksək keyfiyyəti və aşağı qiymətiylə əlaqədar olub. O vaxtlar Bakı sürtgü yağlarını primitiv üsulla Balaxanı neftindən alırdılar. Yağı əslində elə biz kəşf eləmişik.
Davamı: »

Maarif Soltanoğlu

Əgər qadın təslim olmursa, qalib gəlir, əgər təslim olarsa, onda qalibə öz şərtlərini diqtə edir. Qadınlar və kişilər birgə yaşamağa məcbur iki sivilizasiyadır.
Davamı: »

Cavanşir Quliyev

Qarşımızda iki yol var. Ya heç yazmamaq, ya da şəraitə uyğunlaşmaq. Operetta yazanlar da o ümidlə yaşayır ki, nə vaxtsa teatrda yaxşı səs əmələ gələcək, xor və orkestrin tərkibi düzələcək.
Davamı: »

 
Qorxmaz Əlili

Əgər xalq artisti olanda sonra mənə heç kim əl çalmayacaqsa, dal qapıdan içəri keçməyə can atmayacaqsa, səhnəyə girib çıxanda kablukumun səsi eşidiləcəksə, mənə o titul lazım deyil. Allah iraq eləsin, səhnədə çıxışımı kabluk səsi müşayiət eləməyib.
Davamı: »

Oruc İbadlı

Bəşəriyyətə lazım olan qida bitkilərinin hamısı bağlardan çıxıb. Bitki insandan əvvəl yaranıb. O da qidalanır, nəfəs alır, doğub törəyir. Bizdən fərqli, onların dili yoxdu. Amma yaxşı münəccim onların dilini də bilir. Baxan kimi bilirəm kim bikefləyib, kim su istəyir, hansı xiffət çəkir. Bir də gördün yeməyi azdı, həyəcan təbili çalır. Başa düşürəm, istəyir ki, nazını çəkəsən.
Davamı: »

Ələkbər Rzaquliyev

İtirdiyim vaxtı qaytarmaq istəyirəm. O illər ideyalarımı, işlərimi, xatirələrimi əlimdən aldı, ona görə də nə qədər ömrüm çatsa, işləməliyəm.
Davamı: »

 
Ibrahim Əhrari

Biz azərbaycanlılarçün zaman dəyişməyib. Otuz milyonluq bir xalqın öz dilində məktəbi, qəzeti yoxdu. İranda bu gün də Azərbaycan mədəniyyəti yolunda çalışanları həbsə alır, təqib edirlər. Mən İrana gedə bilmərəm, çünki orda dövlət qəzetində yazıblar ki, guya dinin əleyhinəyəm, Azərbaycanı İrandan qoparmağa çalışıram. Yerli hökumət Azərbaycan mədəniyyəti uğrunda elədiklərimi mənə heç vaxt bağışlamaz.
Davamı: »

Maqbet Bünyadov

Sirk teatr deyil. Teatrda cılız bir aktyor - əlbəttə ki, əgər qabiliyyəti varsa-cəngavər rolunu oynaya bilər. Teatrda Koroğlular, Babəklər yaratmaq olar. Amma sirkdə ən azı cəngavər olmalısan. Burda bir saniyə gecikmənin sonu ölümdü. Teatrda aktyor bir dəqiqə geciksə tamaşaçı heç nə hiss eləməz.
Davamı: »

Zakir Hüseynov

İnsan özünü təsdiqləməlidi. Evlənməsəm, maşınım, ev-eşiyim olmasa da olar. Amma rəsm çəkməsəm nakam köçərəm dünyadan. Bir nəfər də döyüşçüdü. Tək hər şeyə qalib gəlmək olar. Mən indi özümü meydanda tək qalmış döyüşçü kimi hiss eləyirəm.
Davamı: »

 
Sənubər Səmədova

Bu kuklalar sevinc gətirir axı. Elə buna görə də buranı atıb getmək olmur. Sənin düşündüyün, sonra düzəltdiyin kuklalar səhnədə qol açıb oynayır, gülür, güldürür. O vaxt mən özüm də onun canlı olduğuna inanıram.
Davamı: »

Altay Hacıyev

Hətta ən mürəkkəb elmi tapıntılar da hissiz, duygusuz olmur. İstər elmi, istər bədii material olsun, beyində yığılıb qalır. Beyinsə işləməkdə davam edir. Və bu biliklərin qovşağında tamam cüzi səbəbdən hər şeyi birləşdirmək mümkün olur. Yenilik bu anda yaranır.
Davamı: »

Maya Bədəlbəyli

Əlverişli şərait əmələ gəldiyindən mən hansı andasa siqnala rezonansa düşmüşəm. Siqnalı göndərən də hiss edir ki, onu alan var. Amma siqnalı kim göndərir, mən bunu hələ də deyə bilmərəm. Çünki onu görmürəm. İnformasiyaya əsasən, söhbət başqa sivilizasiyadan gedir. Bəziləri deyir ki, Allahla danışıram. Mən hesab edirəm ki, heç kim Allahla danışa bilməz.
Davamı: »

 
Kamal Xudaverdiyev

Hələ yaxşı vaxtlarda teatra gələndə bilirdik ki, pul söhbəti yoxdur. Bura varlanmaq, dövlətlənmək üçün gəlmirdik. O qədər narazılıq edirik ki, sırtıqlaşırıq. 7 milyonluq əhalisi olan respublika üçün 31 teatr çoxdur. Teatrda islahat getməlidir, beşcə dənə dövlət teatrı olmalıdır.
Davamı: »

Xanlar Əhmədov

İncəsənət baxımından ən ucuz bazar Bakıdır. Amma səviyyəli işlər çoxdur. Mən 20-30 dollara işini satan rəssamlar da görmüşəm. O işlər heç də dünya səviyyəsindən aşağı deyil. Özünə bir az qiymət verən adam gərək dözsün və işini belə satmasın. Həmişə xalq ayrı, incənət ayrı olub. İncəsənət onu başa düşənlər üçündür. İncənətə qoyulan vəsait həmişə getdikcə artan puldur, heç vaxt ölmür, heç vaxt da dəyərini itirmir.
Davamı: »

Siyavuş Kərimi

Rektorluq da yaradıcı işdir. Yaradıcılıq təkcə fırça ilə, ya da musiqi ilə olmur ki. Bu bir şahmat oyunu kimidir. Çox məsuliyyətli, maraqlı və heç də asan olmayan işdir.
Davamı: »

 
Elşən Mansurov

Bizim publikada bir pis cəhət var. Hissə bitməmiş, əsər tamamlanmamış başlayırlar əl çalmağa. Dinləyənlər də, ifaçıya da mane olurlar. Orda dinləyiciylə elə kontakdaydım ki, barmağımı qaldırıb onlara əl çalmamağı işarə eləyirdim. Sonra Teymurla zarafatlaşırdım ki, sən 30 adama dirijorluq eləyirsən, mən 300 adama.
Davamı: »

Malik Mansurov

Sənətə müqəddəs şey kimi baxıram. Sənətdən pul qazanmaq mümkün də deyil. Pulu başqa şeydən qazanmaq lazımdır. Konsert dinləyici üçün bir gündür. Mənim üçün illərdir.
Davamı: »

Rəna Rzayeva

İngilislərin öz pianoçuları kifayət qədərdir. Bir gündə müxtəlif yerlərdə konsert olduğundan seçmək imkanı böyükdür. Ona görə də bizim müvəffəqiyyətimiz daha qiymətlidir. Bu dəfə amerikalılar bizi ayaq üstə alqışlayırdılar. İngilislər daha təmkinli idilər. Amma keçən il səfərimdə ingilislərdə ayaq üstə alqışlamaqdan çəkinməmişdilər.
Davamı: »

 
Muxtar Məlikov

Hər dəfə səhnəyə çıxdıqda, düzdür, qorxu hissi olur. Amma bu qoxunu arxada qoyub müəyyən səddi keçdikdən sonra təsvir edilməz bir duyğu hiss edirəm. Bəlkə də biz bu duyğunu hiss etmək naminə yaşayırıq. Bu an zal dolu və ya boşdur, bunun mənim üçün fərqi yoxdur. Mən başa düşməyə qadir olan bircə nəfər üçün belə oxumağa razıyam.
Davamı: »

Mustafayeva Nüşabə

Mən və övladlarım ölüb gedəndən, o təzə cənnətə düşəndən sonra Allah yeni insan yaranışında bu təzə ruhlardan istifadə edəcək. Allahın uğursuz işi yoxdu. Millət mənim dalımcı getsin, ya yox məcbur deyil.
Davamı: »

Həsən Əli Önəmi

Əgər mən toyda, restoranda oxusaydım səsim məni çox yaxşı dolandırardı. Demirəm onlar pisdir. Amma mənim yolum başqadır. Bu yolu özüm seçmişəm.
Davamı: »

 
Zahidə Haşımova

Axı mən ikiüzlü xalçanın texnologiyasını bilirəm və bu mövzuda yazardım. Bunu məndən yaxşı kim yaza bilər? Axı mən bunun səhvini də bilirəm, düzəltməyin yolunu da. Onsuz da nə tapıntımız olarsa, gorumuza aparmayacağıq ki. İndi mənə adi xalça maraqsız gəlir.
Davamı: »

Sənan Qurbanov

... Sənə, mənə, ona verib - bizə verməyib. Bu, Allaha bənzəmək arzusunda gəlir. Mən heç nədən nə isə yaradıram. Rəssam heç vaxt camaat üçün işləmir, insan üçün işləyir
Davamı: »

Məzahir Avşar

İtin sahibi varsa, türkün də Tanrısı var. Fikrə kənar təsirin, enerjinin bir hissəsi kimi baxmaq lazımdı. Biz ona bəzən təbiətin verdiyi güc, istedad, qabiliyyət də deyirik. Haradasa gözəgörünməz qüvvə var, ona inanmaq lazımdı. Tanrı həmin qüvvə, o enerji, gücdü.
Davamı: »

 
Azad Ozan Kərimli

Sənət eşqdir. Eşq olan yerdə Allah var. Allah əsərdədir, Allah gözəllik, sədaqət olan, yaxşı dostluq olan yerdədir. Bütün xeyirli işlərdədir. Allah Azərbaycanda var. Biz Allahı öz vətənimizdə axtarmalıyıq.
Davamı: »

Arif Məlikov

Ən bahalı, ən dəyərli şey insan beyni, insan ağlıdır. Bəstəkarlıq ağır sənətdir. Burada birdən-birə sıçrayış etmək mmükün deyil. Əgər bir bəstəkar Şostakoviçdən «dərs almamış», Malerin dövrünə düşməmiş, Brukneri tanımırsa ondan professional sənətçi olmaz.
Davamı: »

Xosrov Natil

Gözümü açdım ki, «kirayə tutmuşuq yer kürəsini», «ovcumun içində buğda dənəsi» və «hörümçək tor qurub yumruqlarımda». …Əvvəl futbolu sevmişdim, sonra gördüm ki, sevəcəyim qadın elə indiyədək sevdiyim qadınmış. «Öpdüm bu dünyanın sevgi yaşını».
Davamı: »

 
Elçin Hasan

Bəli, mən darıxdığımdan və şöhrətpərəsliyimdən yazıram. Mən tarixə düşmək istəyirəm. Rus dili böyükdür, nəhəngdir, o məni bağışlar. Azərbaycanca belə yazmaq ayıbdır. Mən çoxlarını arxada qoymuşam. Onlar mənim ayağımdan çəkib özləri kimi ortabab olmağımı istəyirlər. Məni dahi sayanlar da var. Mənə əclaf, əyyaş, eləcə də alicənab və cəsarətli deyənlər də az deyil. Bəziləri düşünür ki, məni güllələmək daha yaxşı olardı, bünü yazırlar da.
Davamı: »

Xəyyam Mirzəzadə

Musiqi yazmaq sandıq ədəbiyyatı, qrafomanlıq deyil. Musiqi yazmaq bəstəkarın bir hadisəyə yaxşı nəzərlə baxmasıdır. Mən hesab edirəm ki, Azərbaycan musiqi məktəbi yoxdur. Rus məktəbinin bir şaxəsi var. Rus məktəbi özü isə, fransız, italyan, alman musiqisindən bəhrələnib. Biz hamımız cığır açanıq, çünki bu sənət hələ təzədir. Rəsm qədimdir, şeir qədimdir, musiqi isə kino kimi cavandır.
Davamı: »

Canəli Əkbərov

Burdakı xanəndə tələbələri biz çox yükləmirik. Hələ sütüldülər. Gücü çatmayan qədər yükləsək, sınar. Yəni bir şəxsiyyət kimi də sına bilər, səsi də ağırlığa davam gətirməz. Cümlə-cümlə, notbanot irəliləyirik. Beləcə xırda-xırda qaşovlayırıq.
Davamı: »

 
Qəyyur Yunus

Məhəbbət ruhun daxilindəki olan nurdur. Ruhun nuru başdan ayağa Allah eşqindən yoğrulub. Bu ailəyə də, gözəl qadına da, təbiətə də, yaradıcılığa da aid ola bilər. Mən hər yeni əsəri başlayanda Tanrıdan kömək diləyirəm. Yaradıcılıq günahları yumur. Günahları yalnız Tanrı bağışlayır. Sənət isə insanı günahlardan hifs eləyir, saflaşdırır və inam yaradır.
Davamı: »

İsmayıl Məmmədov

Mən şəhərin küçələrində gəzib elə bil ki, onu içimə çəkirəm. İnsanlar adət elədiyindən onun gözəlliyini görmürlər. Gözəl şəhərin sakinləri də çox vaxt gözəl olur. Rəssam yuxularını çəkmir, rəngli qrafik işlərini ona görə «yuxu» adlandırdım ki, orda enerjisinin qırığı var.
Davamı: »

Cavanşir Quliyev

Darıxıram, çox darıxıram! Qohumlarçın, dost-tanışlarımçün, Bakının çirkli küçələri üçün, küləkli qışı üçün (burda qış olmur ki!), «Tarqovı» üçün, Şəki pitisi üçün, qızğın mübahisələr üçün, məni dəng eləyən telefon zəngləri üçün, evdən çıxanda ətrafdakı dükançı-bakkalların salamlaşması üçün, studiyam üçün – bir sözle MƏNİM VƏTƏNİM üçün çox darıxıram.
Davamı: »