Bakının “hava balonu”


Nəbatət bağının direktoru Oruc İbadlının otağında bir gül var, pis adam görəndə toxumunun biri çırt eləyib yerə düşür
Dünyanın yeddi möcüzəsindən biri də bağdı. Babilistanın asma bağları gör necə gözəl olub ki, onu bəsər tarixinin möcüzələrindən biri sayıblar. Amma bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar. Baxmadılar - oldu dağ və həmin bağdan bizə yalnız rəvayət qaldı. Bir də ki, möcüzələri əsrlərin tozlu arxivlərində, rəvayət və nağıllarda axtarmaq lazım deyil. Yasadığımız hər gün, adət elədiyimiz döngə, tin, hətta göziimiiziin öyrəsdiyi peyzaj da möcüzə ola bilər. Adilikdə möciizə tapmağm özü də bir istedaddı.
Bilmirəm, Bakı camaatı üçün yaşıllıq, sakitlik, gül-çiçək adilikdi, ya yox? Elə olsaydı, Badamdar yolundakı Nəbatat bağına get-gəl çoxalardı. Bizim bağ Babilistanın asma bağıyla müqayisədə çox cavandı. 70-ci yubileyilini 2004-də qeyd edəcək. 70 il bir igidin ömrüdü – insan gözüylə baxsaq. Amma 500 il yaşayacaq ağacçün 70 il nədi ki? Təzəcə kök atıb qonşularla cəngləşib -itələşib yerini tutana kimi 70 il başa çatır. Hələ irəlidə görəsi günləri var bağın... Çünki canlı nəbatat muzeyimiz 2000-ci ildə ElmlərAkademiyasının Botanika İnstitutunun qoltuğundan qurtulandan və sərbəst elmi-tədqiqat təşkilatı kimi fəaliyyətə başlayandan bəri xeyli irəli gedib.
Yerləşdiyi 41 hektara hələ ki, sığışır. İş çox, qayğı çox, işləyəni az. Burda fəhləyə "tezol, tez elə" də demək olmur. Çünki büdcə təşkilatı olduğundan fəhləsini güclə dolandırır, ondan iş tələb eləməyə bağın ərki çatmır.

Bu bağın heç Avropada da analoqu yoxdu

Elə bilməyin qayğısına qalanı yoxdu. Bağın direktoru Oruc Ibadlı, müavini Üzeyir Ağamirov, elmi katib Nilufər Hüseynova və Asif İsgəndərov bağa gələnlərin istirahətiyçün bələdçi kitabçası nəşr etdiriblər ki, təklif olunan üç marşrut üzrə gəzənlor həm azmasın, həm də ağacların gövdosinə vurulmuş tanıtmaları oxuyub hansı bitkinin hardan gəldiyini də bilsinlər. Bağa kütləvi axından danışmağa dəyməz. Əsasən xəstələr gəlir. Onkoloji xəstəliklərdən və vərəmdən əziyyət çəkənlər şam ağacının buraxdığı efir yağlarıyla nəfəs alandan sonra yüngülləşirlər.
Şəhərimizin ən yüksək nöqtəsində yerləşən Nəbatat bağı neçə nəsil alim və təbiət vurğununun zəhmətinin nəticəsidi. Zəngin floranı nümayiş etdirməkdə bu bağın nəinki postsovet məkanında, heç Avropada da analoqu yoxdu. Axı Bakı Asiya və Avropa florasının qovşağında yerləşir. Nəbatat bağında Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və başqa faydalı bitkilərin yetişdirilməsi, iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədon nadir vo nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində elmi işlər aparılır. Burda elə bitkilər var ki, başqa heç bir yerə uyuşmayıb. Atlas sidri, Livan sidri, Avropa ağ şamı, Sahil şamı, ikidilli kinqon, bataqlıq sərvi və daha nə qədər bitki bu torpağı özünə "vətən" eləyib. Bağda hətta çiyələk ağacı da (düz oxuduz: çi- yələk kolu yox, bir neçə metr hündürlüyü olan çiyələk ağacı) var. Həmin ağacın çiyələyini dekabrda yeyən adamın danışdıqlarından hələ də çiyələk ətri gəlir. Çinarlar və salxım söyüdlər fotokameralardan qaçıb hovuzun suyunda gizlənə bilir.
Burda Azərbaycanın xəritəsini bitkilərlə yaratmaq haqqında düşünürlər. Hər bölgənin öz rəngi olacaq. Bu xəritədə də Qarabağ tünd rəngdə, boz çalardadı. Xəritəyə baxmağa, inşallah, gələn yaz gələcəyik. Bir vaxtlar camaat kənddən şəhərə axışanda özüylə ağac qələmi, şitil gətirərdi. İndi qaçqınlar torpaqların əsirlikdən qurtulacağı günü gözləyirlər - arzuları çin olsa, bu dəfə şitil şəhərdən kəndə gedəcək.

İçərişəhərlini Ağcabədiyə aparsan, maddələr mübadiləsi dəyişəcək

Nəbatat bağının Oruc müəllimi var, Oruc müəllimin də bağı... Kim kimindi - ayırmaq çətindi. Kompüter qabağında işləməkdən, havasızlıqdan sapsarı saralmış redaksiya işçilərini bu bağa salsan, nə olar? Bağın da işçiyə ehtiyacı var...
- Sən Allah, qoy oturmuşuq. Bütöv redaksiyanın qabağında tab gətirə bilmərəm. Əslində, mən burda oturmalı deyiləm. Qızımı özümə köməkçi götürmüşəm ki, hər adamı içəri buraxmasın. Çünki yaradıcılıqla məşğul olmağa vaxt eləyə bilmirəm. Birdən elə adam gəlir ki, keçə bilmirəm. Düzdü, qonaq ev yiyəsinin quludu, harda qoysa, orda durar. Amma qonaq Allah qonağıdı - yola salmalısan. Elə sən də rejimimi pozdun.
- Təcrübə sahəsindən çıxan kimi sizi yolda yaxalamasaydım, kabinetdə nə edəcəkdiz?
- Gülçülük haqda kitab hazırlayıram. Azərbaycanda yetişməsi mümkün ola bilən 110-a qədər gül haqqında ensiklopedik məlumat yığılıb o kitaba. Məsələn, İçərişəhərə öyrəşmiş adamı on günlüyə Ağcabədiyə aparsan, maddələr mübadiləsi dəyişəcək, ya yaxşıya, ya pisə doğru. Dağ adamı arana gələndə nəsə bir şey baş verməlidi. Bitkilər də elədi, onların çoxunu dağlardan, başqa ölkələrdən gətirmişəm. 10-15 ildi burda sərt iqlim şəraitində böyüyürsə, deməli, Azərbaycanın 9 iqlim qurşağının hamısına dözəcək.
- Belə çıxır ki, Bakının iqlimi ən sərt iqlimdi?
- Burda ağaclar var, budağını dirsək kimi büküb durub. Bu il qış çox sərt keçdi. Belə şəraitdə ağacı qorumaq asan deyil. Qar yağanda budaqlara ağırlıq düşür. Vay halına ki, dalıyca yağış da yağa. Üstündən külək əsdi, ağacları yıxacaq böyrü üstə. Onların əksərinin kökü çinar, palıd kimi dərinə getmir. Builki qar şəhərə böyük ziyan vurdu. Təmizləyib qurtara bilmədilər. Hər tərəfdə qovaq, sərv ağacları qırılıb qalmışdı.

Qədir ağacı qəbir əzabından xilas edirmiş

Bəşəriyyətə lazım olan qida bitkilərinin hamısı bağlardan çıxıb. Bitki insandan əvvəl yaranıb. O da qidalanır, nəfəs alır, doğub törəyir. Bizdən fərqli, onların dili yoxdu. Amma yaxşı münəccim onların dilini də bilir.
- Dillərini bilirsiz, nədən danışırlar?
- Baxan kimi bilirəm kim bikefləyib, kim su istəyir, hansı xiffət çəkir. Bir də gördün yeməyi azdı, həyəcan təbili çalır. Başa düşürəm, istəyir ki, nazını çəkəsən. Bizim kənddə bir toxumsəpən vardı, xəstələnəndə hamı başını tutardı ki, vay, batdıq. Bu kişi toxum səpməyə gələndə əvvəl yuyunurdu, mis ləyənə mis parçla su süzüb dəstəmaz alırdı, namaz qılırdı, başına tərtəmiz ağ çalma bağlayırdı. Səpindən qabaq kisənin ağzını açıb dua oxuyurdu. Bitmə duasından sonra qara zurmanın səsi altında başlayırdı sopməyə. Ona görə deyirlər, hər adamın əlinə toxum vermək olmaz. Bitkiylə məşğul olan adamın qəlbində gərək kin-küdurət olmasın.
- Siz də əkəndə dua oxuyursuz?
- Mənimki duadan keçib, özüm dualığam. Camaatın içində cin-şeytana dönmüşəm. Guya qədir ağacı əkəcəklər mənə?.. Yeri gəlmişkən, bu "qədir ağacı" məsəlinin hardan gəldiyini bilirsən? Türklər Altaydan Avropaya kimi köç eləyiblər, ora modəniyyət aparıblar. Hun imperatorları balta, dəhrə hazırlatdıranda Avropa hələ dəmir tanımırdı. Onlar dəmiri türklər muncuq düzəltməyə başlayanda kəşf eləyiblər. Türk sərkərdəsi öləndə onun qəbri üstündə qədir ağacı bitirmiş, indi ona sidr ağacı deyirlər. O qədər qiymətli ağacdı ki, tərkibində mikrobları öldürən maddə var. O vaxtlar sərkərdəni dəfn eləməmişdən qabaq meyitin altına sidr ağacının yarpaqlarını sərərmişlər. Adam dünyasmı dəyişəndə gərək 40 gün meyitə həşarat dəyməsin, ət çürüyüb torpağa qarışsın, sümük də ətdən aralanıb yavaş-yavaş çürüsün - qəbir əzabı budu. O vaxtkı inama görə, qədir ağacı mərhumu qəbir əzabından xilas edirmiş. Meyitin altında qalan yarpaqlarsa bir müddət sonra cücərdiyinə görə istər-istəməz sərkərdənin ayağı altından ağac bitirmiş. Ağacı "Avropa" qəzetinə... (Gülür) yox, əvvəl Avropaya apardılar. Avropalılar bu ağacdan sauna tikdi. Sidr ağacı indi Livanda, Atlas dağlarında, Himalay dağlarında təbii şəraitdə bitir.

Gözdəymədən qoruyan bitkilərin tərkibində alimlər nə tapıblar?

Bizim çinar da müqəddəsdi. Kəndimizdə bir kişi vardı. Həyətindəki çinarı kəsəndən sonra eşitdik ki, evi yanıb, özü də kor qalıb. Çinar elə ağacdı ki,ona əl qaldıranın qolu quruyar. Çinarın biri mənim qapımın ağzında bitir. Yanından qaz xətti keçir. Çinar gəlib boruya dirənəndə elə burulub ki, qaz xəttiylə arasında 20 santimetr məsafə qalıb. Bu möcüzə də göstərir ki, çinar necə müqəddəs və dərrakəli ağacdı. Dağdağan ağacı da belədi. Qədimdən biz dağdağana sitayiş edirik. Uşağa göz dəyməsin deyə boynundan, ya biləyindən bir qırıq dağdağan asırlar. Bəzən inək doğanda havalanıb balasını buraxmır. Onda dağdağanı balaca cunaya büküb inəyin buynuzundan asırlar, səhərə quzu kimi olur. Hamısı dəfələrlə özünü təsdiqləmiş sınaqlardı.
Bu yaxınlarda Amerika alimləri aşkara çıxanb ki, dağdağanın tərkibində silen maddəsi var. Silen ultrabənövşəyi şüaların qabağını alır. Ultrabənövşəyi şüalarınsa baxışıyla məftili qıran adamların gözündə də olduğu çoxdan sübuta yetirilib. Deməli, dağdağandı, üzərrikdi, soğandı - bunların gözdəymədən qoruması heç də mif deyil.
Mən Türkmənistandan bir soğan növü gətirmişəm. 30 ildi burda becərirəm. Bax, pəncərədəki qurumuş soğan gülünün 20 yaşı var. Üstündəki toxumları görürsən? Mənə qarşı kinli adam, ya bədxasiyyətin birisi otağıma gələndə toxumun biri çırt eləyib düşür.
- 20 ildə otağınıza pis adam az girib deyəsən, soğanın gülü çox gözəl qalıb.
- Mən axı Allah adamıyam. Ona görə pis adama elə də rast gəlmirəm. Bir dəfə səs yayıldı ki, bağda gürzə var. Hamı qaçdı. Mənsə getdim, onun ovsununu oxudum, çubuğa dolaşdırıb apardım. Gördüm, başını qaldırıb dilini çıxarır. Dedim, "get, ay Allahın heyvanı, ziyanlıq eləmə". Müqəddəslik təcrübəsi var. Çox şeyləri anamdan öyrənmişəm. İnsanı sağaltmaqçün xüsusi günlər, saatlar var - xeyirlə şərin çəkişdiyi vaxt. Şər qovuşanda, axşam saat 5-7 arası - Qarabağda buna mal ayağı deyirlər - şər xeyirin boğazından tutur. Üzərriyi o vaxt yandırarlar. Onun tərkibində harmolin adlı maddə var, baş beyinə təsir edir. İnanmırsan? Gərək inamı yaradaq səndə. Bura tez-tez gəlsən, ovsun bitkilərindən - dağdağandan, üzərrikdən, o sağandan verərik, inamın güclənər. Qədimdən deyirlər:
Üzərriksən, havasan,
Min bir dərdə davasan.
Dərd qapıdan girəndə
Sən bacadan qovasan.

Allah ömür versə, bu barədə kitab da yazacam.

Üç milyonluq Bakıya havanı bu bağ verir

- Güllər, ağaclar möcüzədi, möcüzə! Bir ömür onları öyrənməyə bəs eləməz. Bir tanışım vardı, hələ mən aspirant olanda 40 iliydi ki, dağ laləsi-tülpanlarla məşğul idi. Deyirdi, məndən soruşsaz dağ laləsi nədi, cavab verə bilmərəm, 40 ildə onların sirrini hələ də açmamışam.
Bitki hər adama sirr verməz. Bax, üç milyon nəfərlik Bakıya sağlamlığı, havanı bu Nəbatat bağı verir. Elə bil tramplindi, havanı şəhərə vurur. Elə ölkələr var, sakinləri toqqasında hava balonu gəzdirir ki, havası çatmayanda qəbul eləsin. Biz bu yaşıllığın, bu boyda bağın qədrini bilmirik. İndi çiyələk ağacını gətirib bura salmaqçün neçə min dollar pul lazımdı. Burdakı maqnoliyanın 50, çiyələk ağacının 40 yaşı var. O özünü buranın sahibi kimi hiss eləyir.
Oruc müəllim mətbuatı sevən adamdı. Qələmini bəyəndiyi adamları, sağlamlığında nasazlıq görüb sağaltmaq istədiyi məşhurları da özü axtarıb tapır. Elə bil qəzet səhifəsinin tutumunu bilib söhbəti burda kəsdi. "Söndür diktofonu, bir şey çıxarıb yazarsan" dedi. Qızılı qələmiylə kitabları imzalayıb bağışlayandan sonra adımı hədiyyə alanların siyahısına yazdı:
- İndiyədək payladığım şitillərin, çubuqların hərəsinə görə bir qəpik alsaydım, indi on mərtəbəli evim olardı.
Mən də fikirləşdim ki, bağın xeyrini görən hər adam bu kişi barədə bir söz desəydi, dastan alınardı: "Sizə kimdən deyim, kimdən danışım, Nəbatat bağında bitkilərin dilini bilən, sirrini gəzdirən Oruc kişidən". Haydı görək, birinci cümləni mən yazdım...

“Avropa” qəzeti,
19-25 aprel, 2003-cü il