Bu günün maqı- Qalib Quliyev

Ağların, maqların, azların elmi nəyi öyrədir?

İşimiz belədi ki, müxtəlif qəribə adamlarla rastlaşırıq. Onların içində yalançı peyğəmbərlər də, zəkalı insanlar da, yalan-doğru proqnozlar verənlər də, klassik ədəbiyyatı sinədəftər əzbər deyənlər də olur. Müsahibimiz bu qəribə insanlar sırasında öz qəribəliyi ilə seçilir. O, Bill Qeytsi Azərbaycana gətirmək istəyir. Yeyib içməyə, gəzməyə yox. Ona deyəcəyi sözü var, daha doğrusu kompüter texnologiyasında inqilab edə biləcək sitemin hazır həllini ona vermək fikrindədir. Çünki düşünür ki, artıq bir millətin deyil, dünyanın qurtuluş məsələsi aktuallaşıb. Riyaziyyatçı Qalib Quliyevin öz həmvətənlərinə deyəcək sözləri isə yığıb yığışdırmağa bir igid gərək. Çırmalanaq…
Gördüyümüüz dərk edirikmi?
… Təqribən 40 il bundan qabaq həm özüm, həm də dünya elmi barədə yüksək fikirdəydim. Sonra elə bir hala çatdım ki, nağıllarımızdakı kimi yol ayrıcında seçim etməli oldum. Gedər-gəlməzdən qayıtmağı öyrənəndən sonra aydın oldu ki, dunya yalan dünya imiş. Çünki yol göstərən ziyalılarımız zəncirlidirdər və nə etməli olduqlarını bilmirlər. Bizim gələcək nəslə verdiyimiz biliklər onları yalnız məhvə aparır. Mən bütün ömrümü universal məntiq axtarışına sərf eləmişəm. Texniki fənnlər - riyaziyyat, fizika, kimya, astronomiya, elektronika, kompüter texnologisı məni məcbur edirdi ki, hər bir nəzəriyyəni bütün istiqamətlərdə oxumağı bacarım. Həm soldan sağa, həm yuxarıdan aşağı və s. Obrazlı desək elm binaya öndən girəndə mən arxa qapıdan boylanırdım. İndi bilirəm ki, ortada elm yoxdu, alimlərimiz elmlə məşğul olmur. Mən texniki yollara üstünlük vermiş qədim elmimizin rəqəmsal alqoritmini tapandan sonra onu həyatda yoxlamaq qərarına gəldim. Dediklərimin təsdiqini dilçilikdə, coğrafiyada, tarixdə və başqa sahələrdə tapdım. Elmin olmamasından siyasətçilər meydan sulayır. Elm sözündəki M hərfi göstərir ki, həm el, həm də elm maqlara məxsus olub. Bütün dünya maqlardan danışır, amma biz yatmışıq.Hər gecə başımızın üstündə sayrısan ulduzların nə dediyini anlayırıqmı? Dilimizdiki təhrifi bir balaca düzəltsək ulduz-uldüz-uludüzən olar.
İn-An nəzəriyyəsi
Dünyanın hər yerinə yayılmış insanlar dinindən asılı olmayaraq eyni yaddaşa malikdir. Yer üzündə bütün yazılar günəşə məxsusdur. Yaranışın sirrləri daha qədim – Günəş-Yer-Ay əlaqələrindən asılıdır. Bütün dünyanın İn-Yan nəzəriyyəsi kimi tanıdığı sistem əzəldən İn-An olb. İn-an-en-ən sadə işarələri istifadəyə daxil olduqdan sonra yaddaşlara yazılmış. Millətlərin və xalqların yaranışı da bu universal təbiət alqoritminə tabedir.
Astrologiya indi mövcud olan bütün elmlərdən ən dəqiqi və qədimdir. Bütün Maq elmi və ümumilikdə okkult elmlər bizim xalqla bağlıdır. Bunun sübutu dilimizdə qalıb. Heç bir millətin dilində, yaddaşında bu problemlərin həll yolları qalmayıb. Bir tək Qız qalası bəsdir ki, bütün sirrlərin açarı kimi hər şeyi izah edə bilsin. Əvvəllər bu qalada ölü diriltməyin sirrini biliblər. Sonradan qalada edilmiş dəyişikliklər onun keyfiyyətlərini sıradan çıxarıb. İtirilmiş elmi bilikləri dəqiqləşdirib Qalanın keçmiş xüsusiyytələrini qaytarmaq mümkündür. Kosmik enerjidən ilk dəfə olaraq bu Qalada istifadə edilib. Bütün dünya əlifbalarını Qız qalasının əsasında tərtib ediblər. Dünya xalqları içində bu bilgiləri başa düşməyə hazır olanı yəhudilərdir. Çünki onların Kabbalaları var. Ancaq təəssüf ki, onlar da daşlaşmışlar və kitabın nə dediyini anlaya bilmirlər. İndi insanlar hiss edir ki, hər şey yalan üzərində qurulub. Cəmiyyətlər parçalanır, deqradasiya gedir. Bu, sonun başlanğıcıdır. Bəs kimlər xilas olacaq? Bunun cavabını matrisada axtarmaq lazımdı. Yəni ki, ilkin mənbədə.
Hörmətli alimimiz Firudin Cəlilov öz əsərlərində bu alqoritmin qədim formalarını tədqiq etmişdir. N hərfinin yerinə L yazsaq İl-al-el-ər alınır. Bu sözlər yalnız bizə məxsusdur. İllah-Allah- ellah- əllah böyük xalqın ayrı-ayrı millətlərinə mənsubdur.
Qız qalası bütün hərflərin təsvirini verməkdən əlavə rəsədxana kimi istifadə edilib. Rəsəbxana quyuda olduğundan (Qalanın o vaxtlar mərtəbələri yox idi) gündüzlər də ulduzları görmək olurdu. Bu müşahidələr əsasında ulduz xəritələri tərtib edilib sonra dünyaya zodiak adıyla yayılıb. Qütb ulduzu yerləşən zodiak da Qız qalası formasındadır. Ona kəfkir də deyirlər. Bu yaxında byrəndim ki, bu zodiakın ulduzlarından birinin adı elə Qız qalası olub. Sonradan ərəblər onun adını dəyişiblər. Bu kəfkirin müşahidəsi üçün ən münasib yer elə bizim qalamız olub. Dünya falkloru və qədim kitablardan toplanmış məlumatlar da sübut edir ki, dünyanın əzəli Adəm və onun övladları ilə bağlıdır. Onların qoyub getdiyi qanunlar bizim xalqımız tərəfindən qorunub saxlanmışdır. İn-An işarəsi elə Qız qalasının quruluşundadır. Bu işarə həm də 69-96 kimi də oxunur.
Qız qalası dünya sirrlərinin açarıdır
Qalanın təpəsi 32 dişli maq ulduzudur. Dibində isə su üzərində güzgü vardı. Qalanın dibində qədində quyu heç vaxt indiki kimi susuz olmurdu. Bütün qədim tikililəriin fəlsəfəsi eynidir. Elə bil ki, bir memarın düşüncə məhsuludur. Ona görə də bir qalanın sirrini bilməklə bütün dünyanın sirrini açmaq olur. Qalamızın quruluşu da yuxarıdan baxanda açar şəklindədir. Bu qalanın sirri açılsa bütün mütərəqqi bəşəriyyətə xeyir verəcək. Qala tikilən vaxtla indiki durumunu ulduzlara əsasən təyin etməklə yaşını hesablasaq görərik ki, qala 90 dərəcə altında çevrilmişdir. Yer kürəsi bir dərəcə sapmanı 73 ilə edir. Deməli qalanın heç olmasa 6500 il yaşı var. İndi əminliklə deyə bilirəm ki, bu açar bizim əlimizdədir.
Qalanın tikilmə tarixinə aydınlıq gətirmək üçün Abşeronakı yer adlarına nəzər salsaq diqqətimizi Nardaran, Nargin kimi günəşli adlar cəlb edir. Nar günəşin qədim adıdır. Yəni ki, günəş həmin səmtdən çıxır. Qaladan günəş istiqamətinə baxanda görərik ki, Nardaran adı təqribən 2500 il bundan qadaqkı vəziyyətə uyğun gəlir. Bu yolla tarixi əbidələrimizin yaşını öyrənə bilərik. Əsil astrologiya, başımızın üstündəki ulduzlar sistemi demək olar ki, sabitdir. Onların sayı yox, mövqeləri dəyişir.
Azərbaycanlı olduğumuza görə dəyişməliyik!
Dünyaya 4 ünsürü vermiş xalqımız Ağ elminin qanunlarına əsasən adlanmışdır. Bu distur yaranışın sirridir. May cədvəlindəki hərflərin sırasından bilinir ki, ünsürlərin adı od-oq-op-ob olub.
Xristianlığın rəmzləri, İslamın nişanələri hamısı maq kvadratı qanunu üzrə adlandırıbılıb deyən onların bir-birinə zidd ola bilməz. Xaç məsələsi, ilahi üçlük də maq kvadratı ilə asanlıqla izah edilir.
Bütün dünyanın faşist nişanı kimi tanıdığı svastika Azərbaycanın məhsuludur. Ərazilərimizdə üstündə svastika olan çoxlu abidələr, gil qablar tapılır və hələ də tapılmaqdadrı. Svastika günəş rəmzidir. Tapılan rəmzlər, damğalar hamısı yazıdır. Maq əlifbasını oxuyanlar bu yazının da mənasını anlayırlar. Biz elə azərbaycanlı olduğumuza görə dəyişməliyik, düzəlməliyik.
Maq kvadratı nə deyir?
Ana bətnində uşağın 9 ay, 9 gün, 9 saat qalması da birbaşa maq qanunlarının təsirini göstərir. Doqquzluq sistem canlı həyatın əsasını təşkil edir. Bütün elmlər maq, bütün dinlərsə qam mənşəlidir. Maq və qam bir-birinə tərs olsa da vəhdətdə olublar. Sufilikdə, qədim Misir dilçiliyində bütün sözlər sağa və sola oxunsa da eyni məna verir. Çünki rəmzlərdən, yəni eyni samitlərdən ibarətdir. Amma samitlərdən ibarət olan yazılarda çoxlu təhriflərə yol verilmişdir. Bizim ahəng qanununa uyğun əlifbamız var.
Maq kvadratı adında qədim məhvum var. 9 əsas rəqəm 3 sətir və 3 sütuna elə yerləşdirilib ki, hər tərəfdən oznanda cəmi 15 alınır. Soruşa bilərsiz ki, axı kimdir bu maqlar? Onlar latın əlifbasını yaradanlar kimi yox olmayıblar. Onlar dünya mədəniyyətinə təkan verib, hər şeyi özülünü yaradıb gediblər. Yaddaş isə canlıdır. Onun içindəki kiçik rüşeymdən bütöv bir canlı varlıq yaranacaq. Kənarda dörd nöqtə və ortada bir nöqtə maq kvadratının canıdır. Bu xaç 45 dərəcə fırlananda gəlir səkkizcuşəli ulduzu verir. 0 başlanğıcdı, həm də bizim O hərfimizdi.
Bayrağımızı bəzəyən səkkizguşəli ulduza maq ulduzu da deyirlər. Bu, peyğəmbərlərin ulduzudur, planetar üzüyün açarıdır. Müxtəlif tərtibatlı maq ulduzları dünya mədəniyyəti abidələrini bəzəyir. Bu ulduz cənnətin yerdəki timsalını simvolizə edir. Vatikanın (Batıqanın) qarşısındakı meydanda maq ulduzu durur. Onun ortasındakı sütun günəş saatı kimi işləyir. Soruşula bilər ki, ərəblərin, yəhudilərin ulduzu 6 guşəli olduğu halda bizimki niyə 8 guşəlidir? Günəş zenitdə olanda həmişə 8 saçaqlı olur. 8 guşəli olmaq tamlıq əlamətidir, yəni ki, zirvədə olarkən. Sonradan Babilistandan başlayan parçalanma hər şeyə nüfuz etdi və ölçü sistemlərini dəyişdirdi. Gah 60-lıq sistemlə zamanı ölçürük, onluq sistemlə məsafəni və s. 9-luq sistemlə yaranmış formalar dəyişdirilib və hər xalqın özünə uyğunlaşdırılıb. Ona görə də ilkin mənbəyə qayıdış lazımdı.
Bizim başımıza gələnlər eynən kosmosda da təkrar olunur. Biz kainatda tək deyilik. Dünyamız idarə olunur. Hər şey ulu düzənə tabedir. Sirr axtaranların cığırları çox vaxt Tibet dağlarına gedib çıxır. Tibetdə-Qobidə yerin altında qobular- müasir dildə reanimasiya olunmuş insanlar saxlanır. Bəlkə qobu ideyalarını bizim Qobustan ideyaları ilə eynilik təşkil edir? Yeraltı dünyaya gəlincə, nə bilirik yerin altında, elə Bakımızın altında nələr yatır?
Şamanlıq qanımızdadı
Şam-Şaban-Şaman-Şambala-Şamanizm bütün bu anlayışlar hamısı Azərbaycanın məhsuludur. Şamanın sinəsindəki 8 guşəli ulduz onların ilkin maqlardan olduğunu göstərdiyi kimi yaşadıqları ərazinin və qədim Midiya ərazisi olması ona göstərir ki, Midiya maqlarının müəyyən hissəsi şaman olub. Əvvəl şamanizm, sonra tanrıçılıq formalaşıb. Zamanın müəyyən anında Allah-İllah cütlüyü Tanrı-Şaman cütlüyü ilə əvəz edilib. Şamanlıqdan sonra qamançılıq - Qəmər, peyğəmbərlər dövrü başlanır. Şamanın bağladığı şal-qurşaq, göy qurşağı onların ocaq sahibləri olduqlarını və bir uclarının seyyidlərə gedib çıxdığını göstərir. Azərbacan şairlər məskənidir. Şairlik bu xalqa harda verilib? Bəlkə şairlik elə şamanizmin bir qoludur?
Şamaxı haqqında çox yazılıb. Bilirik ki, qədim Şamaxı zəlzələ nəticəsində dağılıb, sonralar onun yerində müasir Şamaxı tikilib. Bu cəhətdən Şamaxının taleyi Bakı il eynidir. Bu yaxınlarda yer altından daha bir şəhərimiz zühur etdi – Şabran. Şabran-Şaban-Şaman göstərir ki, burada böyük sirrlər gizlənir. Şabran şəhəri qədim mədəniyyət mərkəzimizdən biridir. Siriyanın Şam şəhəri nə qədər qədimdisə bizim Şabranımızdan, Şamaxıdan qədim deyil. Şaman sözü təmiz az ərlərin sözüdür. Zənnimcə Şaman İlahi sözünün ilkin əvəzləyicisidir.

Kosmik əlifba necə yarandı?
Əlifbamızı əlimizdən alıb özəlləşdiriblər. Bütün dünya Abesədən öyrənmişdir. Avesta sözü qədim əlifbamızın ilk 5 hərfinin ardıcıl düzülüşündən alınıb. Kitabın ilkin adı Abesə olub. A-B-S hərfləri Avesta kitabının adı kimi, həm də bütün dünya əlifbalarının ikl 3 hərfi kimi hamıya məlumdur. Dünyanı yalanla idarə etməyin sonu çatıb məncə. Pars-pəhləvi öz əlifbasını bir yana atıb yeni Avesta əlifbası yaratdı ki, qədim mədəniyyəti mənimsəsin. Abesə sözü təkcə kitab deyil, insan cəmiyyətinin ən ümdə sirrləri yerləşmiş məlumat mənbəyidir. Abesə kitabımızın əsil mənası cəm işarəsidir. Sonradan cəm işarəsindən müxtəlif simvollar yaranacaq və dünya müharibələrinin əsasını qoyacaq. Xristianlar da xaç işarəsinni hardan cəldiyini və əsil mənasını bilməlidirlər. Onlar heç ağıllarına gətirmir ki, onların icra etdiyi ayinlərin hamısı Azərbaycan mənşəlidir. Bu simvollar bu yaxınlaracan Alban mədəniyyətində qorunub saxlanmışdı. Amma ermənilər nə qədər çalışsalar da bunu özününküləşdirə bilməyəcəklər. Çünki dillərində bizimki kimi genetik kodları saxlanılmayıb. Bir az da dərinə getsək etmənilər də bizimlə çox yaxın qohumlardandı. Bütün dünya xalqları bir mənbədən çıxdığından bir-birinə qohumdur.
Göydə başımızın üstündə fırlanan qütb ulduzu qrupu, ona bəzən kəfkir də deyirlər, buta quruluşundadı. Qədimdən bəri bu ulduzların vəziyyətinə görə camaat vaxtı təyin edib. Qız qalasının simvolunu da bunu bilən adamlar yaradıb. Mən hətta axtarıb tapdım. Sən demə qütb ulduzu qrupunda 7 ulduzdan birinin adı Qız qalası imiş, ərəblər adını dəyişdiriblər. Zodiak da sənindi, əlifba da! Qütb ulduzu saatın kəfkiri kimi fırlanır. Onu zaman saatının əqrəbi kimi götürsək vaxt keçdikcə bu işarə müxtəlif rəqəmlər və hərflər əmələ gətirir. Bayaq 90 dərəcə fırladıb q, p, b, d hərflərini aldıq. 45 dərəcə fırlananda artıq e və ə hərfləri yarandı. Əlifbasında ə hərfi olmayan adam bunu hardan bilsin? Dilimizdə 9 sait və 9 samitlər əsasdır. Qalanlar sonradan aranıb. Lap dişimizdəki kimi. Dil əsas işlək dişlərə toxunur. Arxa dişlərə dəyə, ya dəyməyə.
Mifik qəhrəman Poseydonun əlindəki üçdişli yabası əlifba yaranışı prosesində iştirak edib. Bu yaba hərflərin yaranışını göstərən bir simvoldur. Onu 90 dərəcə fırlatdıqda müxtəlif hərflər alınır. Rus əlifbasının ş, yumşaq ş, m, latın əlifbasının w,m , siqma və zeta hərfləri maq qanunlanı uyğun Poseydon yabası-şablonu əsasında yaradılıb. Yeni yaranan əlfibalarda bəzən izləri itirmək üçün dəyişikliklər edilmişdi.
Allahdan göstəriş alanın peyğəmbərə ehtiyacı var?
Oğuz ilkin insan yaranışı deməkdir. Ona oğul da demək olar, həmən mənanı verir. Allah Ol dedi (maq kalratınnı mərkəzindəki hərflər) və hər şey oldu. Maq vadratında mərkəzdə Oğuzlar durur. Guya ki, yoxa çıxmış xalq olan Latın xalqı bizim xalqımızdı.
Müsəlmanlar və xristianlar müqəddəs üçlük və müqəddəs ana mövzusunda bir-birini qırır. Oğul, ata, müqəddəs ruh maq kvadratında rahat görünür. Bunu ərəb, yəhudi qana bilməz. Bunu biz bilərik, çünki qan yaddaşımızda çoxlu kod var. Onları işə salmaq lazımdı.
Birbaşa Allahdan göstəriş alanların peyğəmbərlərə ehtiyacı vardımı? İndi görün hansı buxovları qıran azad olur. Bütün dünyada tək bir nəfər azad olsa bütün dünyanı azad edəcək…
Ağ elmindən bütün ziyalı, nurlu adamların xəbəri olub. Dünyanın güc sahibləri, Hitler də, Stalin də Şambalanı- yəni, allahların evini axtarıb, amma tapa bilməyib. Gizli bilikləri axtaran təşkilatlar indi də var. Onlardan ən samballısı massonlardı. Toplanan məlumatlar əsasında güclü silahlar yaradılıb amma hamısı iflasa uğrayıb, çünki şərə xidmət edirdi. Mənim məqsədim başqadır. Hazırda əlimdə bir model tutmuşam və onu vermək istəyirəm, qəbul etmirlər. Matritsanı kompüter variantında hazır verirəm ki, al! Verə bilmirəm. Çünki istəyirəm ki, birinci öz xalqıma verim. Yəhudi onu göydə tutacaq, silaha çevirəcək. Bizimki isə «Bu kişi havalanıb» deyəcək…
Gələn sayımızda:
• Piramidaları kim tikib?
• Qalib Quliyev Bill Qeytsə nə verəcəkmiş?
• İnsan bədəni və əzaları maq qanununa necə uyğunlaşdırılıb?
• Bakı, Abşeron, Azərbaycan, bütün dünya şəhərləri hansı prinsiplə adlandırılıb?
• Dənizdən dənizə kimindir?
• Muğam maqların musiqisi kimi
• Rəqəmlərin sirri



Ağlar, Maqlar, Azlar…

Onlar muğamı dinləyir, ən qədim dildə danışır və tamamilə təvazökardırlar

Müsahibimiz riyaziyyatçı və ömrünün 45 ilini maq qanunlarının araşdırılmasına sərf etmiş Qalib Quliyevlə söhbətimizi davam edirik:
Cənnət formalı şəhərimiz
Dünyanın ilk şəhəri Bakı-Baqa-Bəkkə olub. Cənnət formasında yaradılmış 8 qapılı şəhərimiz sulara qərq olandan sonra yadigar olaraq qalan abidələr qədim dovrlərdən danışır. Müasir Bakının altında və Bakı buxtasında qədim şəhərin qalıqları hələ də durur. Maq cədvəlini Avşeronun xəritəsinə tətbiq etsək (Maq kvadratı keçən sayımızda verilib) 2-ci xanaya Qara şəhər, 9-a İçəri şəhər (Açar şəhər olub), 4-cü xanaya isə Patamdar uyğunlaşdırılıb. 3 rəqəminə Səbayıl, 8 rəqəminə Bayıl, 7 rəqəminə isə Zığ uyğundur. 6-cı xanada Hövsan yerləşir. 1-ci xana, yəni ən aşağıdakı xana Nargin adasıdır. Bütün xəttləri dioqonal üzrə birləşdirdikdə xəttlərin kəsişmə nöqtəsi gəlib dənizin içinə düşür. Hazırda suyun altında olan qədim şəhərin sakinləri şəhər batandan sonra bütün Abşeronu məskunlaşdırmış və həmin 8 qapılı cənnət timsalındı yeni abidələr yaratmışlar.
‎8 qapılı cənnət timsalında hər yerin öz nömrəsi və öz adı var. Bu cür bölgü əslində ulduz sistemindən götürülüb. Uzun müddət göy cisimlərini müşahidə edən münəccimlər göy qübbəsini də 8 yerə bölmüş və ən işıqlı ulduzu-dan ulduzunu zodiakın ortasında yerləşdirmişlər. Bu müşahidələr Qız qalasının nəhəng konusunda aparılırdı. Burda mərtəbələr yox idi və hətta gündüzlər də qalanın dibindəki quyunun suyundan güzgü kimi istifadə edərək göy cisimlərini izləmək olurdu.
Ulduz xəritəsində buğa bürcünün qarşılığı əqrəb bürcüdür. 12 ildən bir fəlakətlərdə onların yeri dəyişir. Həmin an buğa başlayır əqrəbə oxşamağa. Buynuzlar əqrəbin caynağına çevrilir. Ona görə də qoşa qala qapısı üzərindəki buğa simvolunun tərsi əqrəbdir. Misirin Dendera şəhərində 8 bürclü zodiak tapılıb. Bu zodiakda tarixin başlanğıcı buğa bürcündən götürülüb. Bundan Quranda yazılan ilk şəhərin Bəkkə-Baqa olması məlumatlara uyğun gəlir.
Abşeron-Avestanın məskəni
Abşeronun bütün yaşayış məntəqələrinin adları cənnət qapılarına uyğunlaşdırılmış və Bakı kəndlərinin 32 olması özü də həmən düzənin əlamətləridir. 32 bürclü Avesta itirilməyib, Bakı-Abşeron-Azərbaycan yaşadıqca Avesta da yaşayır. Bizim mükəmməl əlifbamız olub və hər yerdə ilikin əlifba kimi istifadə edilib. Bu əlifba indi istifadə etdiyimiz əlifbaya çox yaxın olduğundan anlaşılmaz sirrləri də yalnız biz anlaya bilərik. Abşeron sözünün mənası isə Avestanın məskəni deməkdir: Avesta-Abesə (ilkin əlifbanın ilk beş hərfi)- Abesəron- Abşeron.
Hamı bilir ki, Abşeronun yeraltı yolları yerüstü yollarından daha çox və keyfiyyətlidir. Amma heyif ki, ermənilərin əllərində olan bu qədim yeraltı kommunikasiyaların çox hissəsi bilərəkdən dağıdılıb. Bu torpaqlarda dağılmaqda olan abidələrimizi məhv olmaqdan qurtarmaq olar. Çünki Avşeronda gizlənən sirrləri tək bizim dövlət yox, bütün dünya qorumalıdır.
Muğan - maq mədəniyyət mərkəzi
Adını çəkdiyimiz maq kvadratını bütün Azərbaycanın xəritəsinə tutuşdursaq yenə də yer adlarının eyni prinsiplə verildiyini görərik. Bir az müasir Azərbaycanın durumunu araşdıraq. Təbris-Tabasaran xətti ilə səyahət etsək görərik ki, həm Təbriz, həm də Tabasaran əlimizdən alınıb. Ulduz elmi göstərir ki, Təbriz də Tabasaranın proyeksiyasıdır. Tabasaran çox qədim yaşayış məskənidir və qürub etmiş Alban mədəniyyətinin yerində çiçəklənmişdir. Cənnətin Təbriz qapısı ilkin biliklərin qoruyucusu və xəzinədarıdır. Bu xətt üzrə irəliləsək Qəbələ və Biləsuvar şəhərləri diqqətimizi çəkər. Qəbələ öz qədim adını Qabalanı saxlamışdır. Biləsuvarın yaxınlığında Astarxanbazar adlı mədəni mərkəz olub. Bu mərkəzlər maq mədəniyyət mərkəzləridir. Astarxanbazar adını başa düşməyiblər deyən onu dəyişdirib Cəlilabad qoyublar. Maq cədvəlinin sirrini bilmədən bu şəhərlərin adını izah etmək çətindir.
Azərbaycanın bir hissəsi Muğan adlanır. Muğ-Muq-Maq-Maqan-Muğan göstərir ki, bu ərazilər maqların mskəni olub. Muğan maq mədəniyyət mərkəzidir. Maqam sözü daha simmetrik olduğundan ilkin ada daha yaxındı. Maq ulduzunun mərkəzi, haqqa qovuşmaq məkanıdır. Qamlar-peyğəmbərlər həmin məkanda namaz qılır, maqlar isə müxtəli ayinlər keçirirdilər. Dünyanın hər yerində namaz qılan insanlar bir mərkəzə sitayiş ediblər. Onun üçün də həm azanın, həm də namazın birbaşa maqamla bağlılığı mövcuddur. Quranın avazla oxunması qədimdən qalan yaddaşdır. Ağların-maqların irsi elə maqam-muğam irsidir. Dünyaya elm vermiş ulularımız maq qanunları əsasında incəsənət nümunələri yaratmış və onları da cənnət qapıları timsalında adlandırmışlar. Millətlər, imperiyalar artdıqca maqama əlavələr edilmiş və əvvəlki mənasından uzaqlaşmışdır.
Dağlıq Qarabağ bütün dünyanın problemidir
Maq cədvəlinə görə 2-ci birləşdirici xətt Bakı –Naxçıvan xəttidir. Bakı və Naxçıvan hər mənada bir-birinə arxadır. Yerləşdikləri xanalara uyğun Bakıya Baqa – 8-ci xanaya görə Naxçıvana Aqba, yəni Bakının tərsi kimi adlandırıblar. Qa-aq yerdəyişməsi Ağların qanunlarıdır. Naxçıvana verilmiş Aqba ən ulu adlardan biridir və Aqlar məskəni mənasını verir. Bakı-Naxçıvan xətti həm də yerin fırlanma xətti ilə üst-üstə düşdüyündən bütün ölkə tarixində çox vacib rol oynayıb. Dağlıq Qarabağ da bu xətt boyuncadır. Ona görə də düşünürəm ki, bu problemi siyasətçilər həll etmək iqtidarında deyillər.
Bütün dünya eyni bir mədəniyyət mərkəzinin proyeksiyasıdır. Bayaq göstərdiyimiz prinsiplə maq cədvəlini dünya xəritəsinə tətbiq etsək yenə də adların eyni qaydada qoyulduğunu görərik. Həmin bu adlar indiyədək bir qədər təhrif olunmuş olsa da işlədilməkdədir.
Elə bilməyin ki, Xəzər dənizinin ortaya düşməsi və S hərfi formasında olması təsadüfdür. Xəzər bir müəmmadır. Rənglərin ortası yaşıldır və gözümüzə xoş gəlir, rəqəmlərin ortası 5-dir və ən yaxşı əməlləri belə qiymətləndirirk. Xəzərimiz də 5 rəqəminə uyğundur və dünyanın ortasında yerləşir.
Xəzər dənizinin adı Qa dənizi olub. Qa günəşin çıxdığı şərq istiqamətini bildirir. Qırmızı müqəddəs rəngdi, Oğuzun da rəngi qırmızı sayılırdı. Qa-nın əksi Aq Aralıq dənizinin adı olub. Qa dənizi vertikal olduğundan günəş çıxan Za istiqamətiylə birləşib Qaza -Qazar-Xazar şəklini alıb. Qara dəniz horizontal yerləşdiyidən Qa ünsürü ra ilə birləşib. Müxtəlif dövrlərdə hegemon dövlətlər əraziləri özlərinə uyğun adlandırıblar.
İnsan üçün ən təhlükəli iş danışmaqdır
Bədənimizin əzaları də həmin prinsiplə adlandırılıb. Ağız sözünün mənasına fikir verək. Ağız-Aqız-Aq-İz, yəni ki, ağların izi. Dil ağızın içində 4 həcmi kamerina idarə edib səs çıxarır-söz yaradır. 8 qrup, 4-lü dişlər və bir dil 9-lu qrup yaradır. Maraqlısı odur ki, diş-dil-dodaq-damaq-dilçək-dad sözləri d hərfi ilə başlayır. İnsan üçün təhdükəli olan hər şey d hərfi ilə bağldır. (Maq cədvəlinə görə Azərbaycan üçün ən böyük təhlükə d xanasından, şimaldan farslar tərəfindən gəlir). İnsan üçün ən təhlükəli iş danışmaqdır.
Görməmiz üçün 9 əsas məlumatı ehtiyac var: 8 minimal məlumat və mərkəzin-beyinin analizi. Deməli Allah-Taala da insanın maq qanunlarına uyğun yaratmışdır. Bütün bədənimizin funksiyaları bu qanun əsasında işləyir. Xalqımızın insan əzalarına qoyduğu adlar sübut edir ki, hər şey maq qanunlarına uyğun adlandırılıb. Başqa millətlər bu sözləri bizdən tərcümə edib işlədiblər. Leonardo da Vinçinin çəkdiyi əlləri yana açılmış insan fiqurunu xatırlayırsız? Bu rəsmdə + xətti üzrə enerjinin toplanması, X dioqanalı il isə enerjinin sərfiyyatı gedir. Maq kvadratınnı xanalarına uyğun yerləşən əza həmən hərflərlə də adlandırılıb. Əl-ayaq, böyür, böyrək, qol-qıç, sin, ürək hamısı öz yerindədir və əsas nizamı pozmur. İnsan bədəni də maq ulduzu kimi həm şaquli, həm də horizontal oxa nəzərən simmetrikdir.
İnsan bədəni bir kitabdı. İnsan beyni yer kürəsini təkrarlayır və iki yarımkürəyə ayrılır. Kəllə 8 sümükdə yaranıb. Bu sümüklər beyinlə birgə maq ulduzunu təşkil edir. Yer kürəsinə də bir kəllə sümüyü kimi baxsaq burada da 8 plitə, 8 kontinent var. Yerin təkindəki maqma il birgə 9 alınır. Maqma ilə maqam arasında efniliyi görməmək olmur. Bu göstərir ki, Yer kürəsi canlıdır, onun da gözləri, qulaqları, yaddaşı var.
Vətənimizi də, özümüzü də yaman kiçildiblər…
Dünya mədəniyyətlərində maq ulduzunun təkər formasında dəyişmiş variantı daha çox yayılıb və ona tarixin təkəri də deyirlər. Ulduzun dairə içində qapanması onun artıq cəmiyyət halında olmasını bildirir. 8 bucaqlı ulduzu dünyaya proyeksiya etmək üçün 8 millətin yaranması lazımdı. Dünya insanları arasındakı uçurumlar doldurulmalıdır, çünki hamı bir mənbədən yaranıb. Bizimsə vətənimizi də, özümüzü də yaman kiçildiblər…
Buddanın sinəsindəki günəş rəmzi soldan sağa fırlanan svastika bildirir ki, buddizm özündən qabaqkı böyük bir mədəniyyətin təmsilçisidir. İslam, tenqriçilik, xristianlq, buddizm bu mədəniyətin dinə çevrilmiş proyeksiyasıdır. Dünya müharibəsi aparan almanlar bəzi sirrləri faş etmək istədiklərinə görə faşist adllardırıldılar. Məlumdur ki, Hitler gizli sirrləri öyrənmək üçün çoxlu ekspedisiyalar təşkil etmiş, laboratoriyalar yaratmışdır.
Qədim çinlilərdə bir inam var ki, maq kvadratı (fen-şuy) ilk dəfə onlara mifik tısbağa tərəfindən ötürülüb. Bağanın belindəki işarələr sonradan maq kvadratı şəklinə düşüb. 5 min ildən çox dövr ərzində Aziya xalqları həmin matrisa əsasında özlərinə mədəniyyət yaradıblar. İç-zin fəlsəfəsi də maq cədvəlindən qidalanır. Amma Aziya xalqlarının anlamadıqları məqamlar var ki, bunu yalnız biz, maqların əsil varisləri izah edə bilərik. Maq cədvəlinin üstün cəhəti odur ki, hər şey rəqəmsal şəkildədir. Bütün dünya üzərində yayılmış buğa bütləri insanların yaddaşında həkk olmuş qədim biliklərin simvoludur. Onun mənasını itirəndən sonra ona sitayiş etməyə başlayıblar.

Dənizdən dənizə
Əslində Ermənilərin dənizdən dənizə siyasəti uydurulmuş deyil. Belə mədəniyyət ocağı olub və bütün dünyanı qidalandırıb. Amma bu ermənilərinki deyildi. Onlar mədəniyyətimizin qədimliyin çox yaxşı bilir və ona görə də mənimsəmək istəyirlər. Dədə Qorqud dastanlarının yer adlarını xəritəyə yerləşdirəndə dənizlər arası ərazilərdə böyük bir elin məskəni olduğunu görürük.
Ailə - Allah ilə olmaq deməkdir
Yalnız Azərbaycan ailələrində qohumların adları maq cədvəlinin prinsiplərinə uyğun gəlir. Cədvələ görə ana mərkəzdə ən müqəddəs yerdə yerləşir, ata isə yuxarıya doğru xətt üzrə Allahın yerində durur. Ailə sözü müqəddəsdir, mənası A – ilə, yəni Allah ilə deməkdir. Ən maraqlı adlandan biri oğul-qız sözləridir. Oğul sözü oquz kimi 45 dərəcəlik bucaq altında yerləşdiyi haldı qız sözü düz sözünün tərsi kimi şaquli istiqamətdə oxunur. Belə çıxır ki, qız sözü eyni zmanda düzgünlük ölçüsü kimi də işlədilib. Bacı və qardaş sözləri maqnit qüvvə xəttlərinə paralel yerləşdiyindən əsas sayılır. Atanın qardışı yuxarıda ataya yaxın, anannın qardaşı isə anaya yaxın verilmişdir. Bütün dünyada maddi dəyərlər sistemi çökməkdədir. Mənəviyyatını qoruyanlar qurtulacaq.
Azərbaycana gəlsə Bill Qeytsin milyardları artacaq
Nə muğamlarımızı başa düşürük, nə də nağıllarımıza inanırıq. Ancaq onu deyim ki, bəşəriyyəti rəqəm qurtaracaq. Rəqəm həm hərifdir, həm rəngdir, həm işıq. Bu rəqəmlərni sirri məhz bizim anlamdadı, başqa millətlər bunu anlamaz. Ya da onlara izah etmək gərəkdir, çünki ağacın kökündən xəbərsizdilər. Biz kainatda tək deyilik tarixin müəyyən anlarında bizə kömək olunur.
Mən Bill Qeytsin Azərbacana gəlib mənimlə görüşməsini istəyirəm. Onun adı mənim adımın tərsidir. Onun adı qeybi bilən mənasını verir. Mənimlə görüşü ona maraqlı və məhsuldar ola bilər. Mən ona axtardığı qeybin sirrini verə bilərəm. Bu sirri bilməklə bəşəriyyəti min il qabağa atmaq olar. Həm də onun milyardlara artar. Mənim müşahidələrimə görə o, adi adam deyil, onun da yüksək tapşırığı var…
Dünyanı Azlar idarə edir
Maq cədvəlini tanıyandan sonra qitələrin niyə belə adlandırılmasını asanlıqla bilmək olur. Arktika-Ark-Ar-Tikə yəni arilərin qitəsi. Afrika= A-Frika – ən farika, yəni gözəl. Azia-Azların yaşadığı yer. Avstraliya= Abstraliya – Ab-ın astralı, xəyalı. Antarktika= An-Tark-Tika – ən tərk tikə. Bu adların verilmə mərkəzini dəyişsək, onda bütün qitələrin də adı dəyişdirilməlidir. Hansı kitabı açırsan qitələrin sayı 6 verilir. Amma qitələrin də sayı Azlara- 9-a bərabər olmalıdır: Aziya, Avropa, Afrika, Avstraliya, Arktika, Antarktika, Amerika1, Amerika 2 və Mərkəz. Adəmin həyata gətirildiyi allahlar məskəni Azərbaycan. Vaxtilə onun ərazisi bütün dünyaya bərabər olub. İndi kiçilməkdə davam edir. Dünyamıza sahib çıxmaq vaxtı çatıb. Bunun üçün saf fikrə, saf sözə və saf əmələ ehtiyacımız var. Allah yer kürəsinə sahiblik etmək üçün Adəmi yaratdı. Yaradılanda o, ölməz idi. Buraxdığı səhvlər üzündən öləri oldu. Bilgilər Allah-Adəm-Qor vasitəsilə insanlara ötürülürdü. Adəm rəhmətə getlikdən sonra onun işlərini ailə üzvləri-seçilmişlər- Azlar davam etdi. Azlar artdı, çoxaldı və bütün dünyaya yayıldı. Az-Azər-Azərbay-Azərbaycan belə yarandı… Sonuncu heca- can sözünün də maraqlı açıqlaması var. Bütün canlıların əsasını hüceyrə təşkil edir. Sübut edilib ki, günəşdən ötürülən idarəetmə komandaları hüceyrə səviyyəsində qəbul edilir. Allah tərəfindən hüceyrə də 8 guşəli ulduz şəklində yaradılıb. Hər şeyin səbəbkarı hüceyrədir. Canlıların tərsi isə cinlərdir. Hüceyrə səviyyəsində bakteriyalar candırsa, viruslar cindir. Canlarla cinlərin əbədi vuruşu gedir.

Cənnət timsalında tikilmiş şəhərin bahar bayramı

Əsas saydığını simvola çevirib qoy mərkəzə, onda diriləcək


Şəhəri maqlar tikib və bütün dünyaya çərşəmbələri qeyd etməyi tövsiyə edib
Çərşəmbələri yola verdik, qabaqda bayram günləri gəlir. Adətlərimizi istər kor-koranə, istər sevə-sevə icra edəcəyik. Amma bahar fikirlərin də təzələnməsini istər. Müsahibimiz Qalib Quliyevlə söhbətdə çərşəmbələr, bahar bayramı və yaşadığımız şəhər barədə tamamilə yeni fikirlərlə qarşılaşacaqsız. Bu da olsun sizlərin bayram payı. Qalib Quliyev riyaziyyatçıdır. Hazırda təqaüddədir. Ömrünün 40 ilini yaranışın sirrini öyrənməyə sərf edib.
Gilqameşin gedərgəlməz yolundan
- Əvvəllər, mən hər şeyi distur və tənliklə həll etməyə çalışırdım. Sonradan gördüm ki, işlətdiyimiz nəzəri sistemlər, qanunların əksəriyyəti yanlışdı. Ona görə də həqiqəti keçmişimizdə axtarmağa başladm. Tarixini ən qədim abidəsi kimi maqik kvadrat adlı 3 sütun, 3 sətirdən ibarət kvadrat göstərilir. Belə deyirlər ki, tısbağanın çanağı üstündə yazılıb və eramızdan neçə min əvvəllərə gedib çıxır. Bütün şərq mədəniyyəti bunun üstündədir. Kvadratın sirri odur ki, rəqəmlər xanalara elə yerləşdirilib ki, hər tərəfə həm horizontal, həm dioqonal üzrə toplayanda cəmi 15 verir. Adının maqik kvadrat olduğunu heç kim izah edə bilmir. Sonradan mən də bununla məşğul olanda gördüm bu kvadrat mənimlə danışır. O, mənə bütün rəqəmlərin və dilin sirrini verdi. Bunun sirrini tampaqçün mənə kömək oldu. İnsan fikirli yatanda beynindəki ardını düşünür. Yuxuma müqəddəslər köməyə gəlib mənə yol göstərdi. Bir növ Gilqamışın getdiyi gedərgəlməz yoldaydım, məni ordan qurtardılar. Özün bilirsən, kitablar adamı nə günə qoyur.
- Ölü diriltməyin də yolunu göstərdilər sizə?
- Vaxtilə özüm lağ eləmişəm, ölünü də diriltmək olar? Məcazi mənada mümkündü. Ölü diriltməyin sirrinə gəlincə bu barədə çox düşünmüşəm. Quranda Ali İmran surəsi var. Burada insanlar üçün ilk inşa olunan yerin, Bəkkənin adı çəkilir. Orda İbrahim peyğəmbərin nişanəsi olduğu göstərilir. Həzrəti İbrahimlə Allah arasında olan söhbət hədislərdə verilir. Özü də maq olan, Allahın sevimlisi İbrahim peyğəmbər Allahdan ölü diriltməyin sirrin istəyib. Sevimli bəndəsi olduğuna görə bu sirri Allah peyğəmdərinə öyrədir. Ona qədər mən bu surəni bəlkə də 20 dəfə oxumuşdum. Sonra gördüm ki, cavab müqəddəs kitabımızda yazılıb. Deyir, apar kəs bu göyərçini 4 hissəyə və 4 tapənin başında qoy. Özün də qal onların ortasında və çağır gəlsin. İbrahim peyğəmbər elə də edir. Paraladığını çağırır, göyərçin gəlib qonur onun qolunun üstünə. Ondan sonra bu iman gətirir və ölü diriltməyin sirrini bilir.
- Dünyanın 4 tərəfi və 4 çərşəmbə arasında paralel görürsüz?
- İndi mən bu prinsipdən istifadə edib göstərəcəm. Bütün araşdırmalarımın başında Qız qalası durur. Götürək bir kağızı, dörd yerə qatlayaq. Qız qalasının simvolunu bir tərəfinə yazaq. Bilirsiz də, Qız qalasına yuxarıdan baxanda butaya oxşayır. Yəni yumru və onun uzunsov çıxıntısı kimi. Sonra vərəqi açsaq bu simvolun güzgüdəki kimi əksi o biri tərəflərə keçir. Özüm də qalıram ortada. Nəticədə çərşəmbələr alındı. Mərkəzdə o hərfidir, yəni ki ol. Yuxarı sol küncdə q, sağ küncdə p, aşağı sağ küncdə b, aşağı sol küncdə d hərfi alındı. Mən bunu özümdən yaratmıram ha. Kvadratı hara çevirsən də belə alınır. Bu sistem hərflərin yaranması tarixini də izah etdi. Mərkəzdəki o hərfiylə birləşəndə oq yəni (oksigen, hava), op, ya da or- torpaq, ob - su və od alınır. Sözlərin əsəriyyəti od, ob (ovdan kimi işlədirik) dilimizdə olduğu kimi qalıb. Adəmin palçıqdan yarandığı yazılır. Op palçıq, torpaqdı. Çərşəmbələrin sırası saat əqrəbinə əks istiqamətdə getsək od, hava, torpaq, su olur, ya da saat əqrəbin əksi onun tərsinəsi – su, torpaq, hava, od. Soldan sağa sayılmalıdı, çünki yer kürəsi bu istiqamətdə fırlanır. Amma məncə su havadan tez yarana bilməzdi. Suyun tərkibi H2O dur, hava isə sadəcə O2.
Ə hərfini bilməyən bunu anlamaz
- Göydə başımızın üstündə fırlanan qütb ulduzu qrupu, ona bəzən kəfkir də deyirlər, qız qalasının quruluşundadı. Qədimdən bəri bu ulduzların vəziyyətinə görə camaat vaxtı təyin edib. Qız qalasının simvolunu da bunu bilən adamlar yaradıb. Sən demə qütb ulduzu qrupunda 7 ulduzdan birinin adı Qız qalası imiş, ərəblər adını dəyişdiriblər. Qütb ulduzu saatın kəfkiri kimi fırlanır. Onu zaman saatının əqrəbi kimi götürsək vaxt keçdikcə bu işarə müxtəlif rəqəmlər və hərflər əmələ gətirir. Bayaq 90 dərəcə fırladıb q, p, b, d hərflərini aldıq. 45 dərəcə fırlananda artıq e və ə hərfləri yarandı. Əlifbasında ə hərfi olmayan adam bunu hardan bilsin? Dilimizdə 9 sait və 9 samitlər əsasdır. Qalanlar sonradan yaranıb.
- Qız qalasının simvolu, buta şəklinə düşməmişdən əvvəl arxeologiyada Venera qadınları adlanan kök, amma başı olmayan qadın simvolları ilə oxşar olduğunu yazırlar.
- Simvolun asimmetrik olması vacibdi. Çünki zaman keçdikcə simvollar dəyişir və onların əvvəlki quruluşu itirilir. Allah Taala əvvəl yer kürəsini yaratdı. Sonra onu hərəkətə gətirdi. Yumrunu, toplumu, istər nöqtəni hərəkətə gətirsən formada geri təpilmə alınır. Rusca buna otkat deyirlər. Bütün kosmik raketlə bu trayektoriya ilə uçur. Həmin bu geri təpilmədən 1 yəni xətti hərəkət yaranır. O isə formanın özüdür. Qalanın quruluşu 0 və 1-i özündə birləşdirir.
- Hərfə çevirsək yəni ki ol deməkdir. Tanrı Ol dedi və hər şey oldu.
- Ən əvvəl beşlik sistem yarandı. Dörd qütbdə və ortada nöqtə kimi yazılan beşlik sistemi 365 gün deməkdir. Dünyanın hər yerində ələm, beşlik bildirən simvollar çoxdur. Beşlik qanunu işləmədi, Allah Taala bu qanunu pozub 9-luq sistemə keçirtdi. Bu formanın müəllifi isə bizik. Biz maqlar. Bunu dünyaya biz vermişik. Biz ortasında nöqtə olan kvadratı 45 dərəcə altında təkrarladıq, nöqtələr üst-üstə düşdü, alındı 9-luq sistem.
Hazırda biz müxtəlif sistemlərlə işləyirik. Bucağı 90-lıq sistemlə, zamanı 60-lıq sistemlə ölçürük. Qədimdən qalan şeylərdi, mənasını bilməyib təkrar edirik. Bir tək rəqəm məsələsində dünyada hələ də dava gedir. Biri deyir rəqəm ərəbindi, o biri deyir yunanındı. Kompüter əsridir. Amma kompüter ona verilən məntiqdən qırağa çıxa bilmir. Düzdü cavabı tez verir amma sistemi dəyişə bilməz. Yalnız insan başqa sistemlərlə işləyə bilər. Xüsusi qanunlar var, onu bilib bir saniyəyə hesablamaq olar. İndi mənə çətin hesablamalarda kompüter lazım deyil. Barmaqlarımın sayı kifayət edir, çünki artıq bu 9-luq sistemlə, maq kvadratı ilə işləyirəm.
- Maq kvadratının sirri daha nələri öyrətdi?
- Bunu mən bu gün əminliklə deyirəmsə deməli artıq 40 illik araşdırmalarımdı nəticələrə gəlmişəm. Bizim bədənimiz maq qanunlarıyla işləyir. Hər hərəkətin, simvolun mənası var deyən onları dəyişdirmək olmaz. Sonradan ilkin simvolların, rəqəmləri hər xalq özünə uyğunlaşdırıb. Deyib ki, azərbaycanlı belə yazıbsa qoy mən əksini yazım fərqlənsin. Yəhudilər 2 üçbucağın kəsişməsi kimi verirlər simvollarını. Üçbucağın biri başayaqdı. 6 cuşəli ulduz yaranır və 7-ci nöqtə mərkəz sayılır. Bizim simvol isə 8 cüşəli ulduzdu. Bu ulduz 2 kvadratın birləşməsindən yaranır. Mərkəz doqquzuncu nöqtədir. Bizim simvol daha kamildir və bütün rəqəmsel sistemin əsası olduğunu sübüt edir. Maq kvadratına görə 9 və 7 Aziyadı. Əsas kimi günəşin şüasının düşmə istiqamətini götürürük. Aziya qitəsinin adı bəzəm öz-özünə yaranıb? İlk əvvəl həyat burda yaranmalı idi. Çünki günəşin şüası da ilk əvvəl bura düşür. Günəş ki başladı yaratmağa, dağ yaratdı, gül yaradır və s. Millət hələ yoxdu. İlkin yaranış burda olub. Ölü diriltmək prinsipiylə nəyi ki, əsas sayırsan, onu simvola çevirib qoyursan şərq tərəfə, yəni Aziyaya. Həmin bu simvolun proyeksiyası kağıza çıxdığı kimi 4 tərəfə çıxır. O biri xanalarda ilkin yaranışda millətlər yarana bilməzdi. Çünki dağlar, çaylar, təbiət burda yaranıb, sonra dünyanın o biri tərəfinə kopyalanıb. Fəsillərin mənası və yaranışın sirri də burdadı. Ona görə yaz demişik günəş çıxan fəslə. Yazı sözünün mənası bundadı. Yazılar böyük sirrlərdi. Sonra Allahın yazdığı o biri tərəflərə yayılıb və bu fəslin adını hələ də yay adlandırırıq. Yaz sözünün tərsi yızdı, yəni payız-pozmaq. Qış sözünün mənasında nəsə incəlik var, tapa bilməmişəm. Aziya sözünün mənası da ilkin, yəni az olanlar, bazis deməkdir. Niyə biz azıq bu başqa söhbətdi.
- Sizcə dediklərinizi qəbul edəcəklər? Bütün dünya olmasın, heç olmasa özümüz anlaya bilərikmi?
- Alimlərimiz əziyyət çəkir. Bir şey yazmaq üçün gərək sadalaya ki, filankəs belə dedi, beşmankəs belə. Mənbələri sadalamalıdı, mənbələrsə hamısı bir-birinni əksini yazır. Mənbələri sinxronlaşdırmaq üçün bir yol var. İlkin mənbəni tapmaq və onun əsasında mülahizələr yürütmək. Müsəlmanlar və xristianlar müqəddəs üçlük və müqəddəs ana mövzusunda bir-birini qırır. Oğul, ata, müqəddəs ruh maq kvadratında rahat görünür. Dediklərimi ərəb, yəhudi qana bilməz. Bunu biz bilərik, çünki qan yaddaşımızda çoxlu kod var. Onları işə salmaq lazımdı. Bəzən açar sözləri rus dilində də də tapmaq olur. Orda qədim rusları 300 il meşələrdə sərgəodan elədilər ki, «yazıçestvo»dan uzaqlaşdırsınlar. Yazı az sözü ilə bağlıdı. Hərfin Azərbaycana aid olmasını da rus dilindən bilmək olur Azbuka.
Görünməyən lövhədə
- Dilimizdəki sözlər - niyə əldi, niyə baldırdı, ayaqdı bütün sözlər maq sistemində tamam izah edilir. Özü də yalnız bizim dildə, başqa dillərdə yox. Maq kvadratını oxuyandan sonra «De qa rəbi» kəlamı elə bil gözümə girdi. Bu ki, Quranın birinci ayəsidi. Məhəmməd peyğəmbərə nazil olan ilk surə. Maq cədvəlində ikirəqəmliyə keçəndə bütün dünyanın sirri açılır. Hazırda bunu məndən başqa kimsə bilə bilməz. Alimlər bu mövzuda işləyirlər. Amma hələ ki 9-cu dərəcədən tənlik qurmaq ağıllarına gəlmir. 5 dərəcəli maqik kvadrat qurublar. Amma modeli düzgün quraşdırmayıblar. Mən artıq modeli quraşdırmışam. Ona görə də lövhi məchuz danışıram, nağıl yox. Lövhi məchuz yəni görünməyən lövhə barədə.
Cənnətin yerdəki modeli də göydəki cənnətə uyğun tikilməliydi
- Cənnət, cəhənnəm sözünün mənası ən təmiz yer və ən murdar yer deməkdir. Hurilər, axar çalar, filan bunları hamımız eşitmişik. Amma cənnətin bir dənə də adı var – bahəşt, ya da behişt. Ba qapıdı, həşt isə 8 deməkdir. Yəni ki, cənnət 8 qapılı yaxşı bir yerdir. Maq ulduzunun da 8 guşəsi var.
Bakı şəhəri də tikiləndə cənnətin yerdəki modeli kimi nəzərdə tutulub. Mən uzun illərin axtarışlarından sonra burdakı qapıları tapdım. Bütün adlar və abidələrin yeri maq kvadratının prinsiplərinə uyğun tikilib. Quranda yazılıb ki, Allah ilk olaraq Bəkkəni yaratdı. Deyirlər ki, bu Omandakı Bəkkə, ya da İsraildəki Bekaa vadisində olan şəhər imiş. Quranda da səba məleykəsinin adı çəkilir (səbayıl). Süleyman peyğəmbər onu çağıtdırıb yeni tikdirdiyi sarayı ona göstərir. Süleyman peyğəmbər cinlərin də, maqların da sirrini bilən adam olub.
Bizim ən qədim şəhərimiz bu dəqiqə suyun altındadı. Amma açarlarımız, yəni qapılar durur: Qız qalasıdı, Səbayıl qalasıdı (üçüncü qapı deməkdir)dənizin dibində, Nargin adası. Mən hazırda qalan yadigarlardan danışıram. Şəhərdə yaşayış olub və hər qapıya aid bir abidə ucaldılıb. Qız qalasınan tayı olub hardasa xalça muzeyinin yerində. Patamdar maq cədvəlinə görə 4-cü qapıda «p» hərfinə uyğun, Qız qalası 9-a, Qara şəhər 2-yə (qa), 3 –cü qapıya uyğun isə Səbayıldı. Ondan lap aşağıda Bayıl 8-ci qapıdı. Qapıların yerini tapandan sonra mərkəzdəki cənnət timsallı şəhər gəlib düşür dənizin içinə. Abşeronda tapılan araba yolları bu kompleksin qıraq divarları boyuca gedir. Cənnət şəhərinin yollarının yaşı 6 min ildən aşağı deyil. Belə əfsanə də var ki, guya Adeksandr Makedonski bu şəhəri almaq istəyib, amma alınmayıb. Acığından kimyagərləri çağıtdırıb. Onlar qayada turşuyla dəlik açıblar və su şəhəri basıb.
- Bakı körfəzində suyun altında olan şəhərin yollarını görmüş səyyahların qeydləri var.
- Cənnət şəhərinin indi niyə suyun altında olmasını biz bilmirik. Şəhər tikilib, Novruz bayramı düşüb həmin bu cənnət şəhərinn açılışı mərasiminə. 6-7 min il bundan qabaqkı baharımız Bakı şəhərinin açılış mərasiminə irhaf edilmişdi. Qədim şəhərimizsə müasir Bakınan altındadı. Hara əlini vursan çıxır. Abşeronda 32 dənə kəndin və qalaların olması da 9-un sirrini təsdiqləyir. Bütün qitələrə adları maqlar qoyub. Bu adları qoyanlar bizimlə eyni dildə düşünüb. Daha doğrusu biz onlar kimi düşünürük və danışırıq.
- Dünya bağa üstündədi əfsanəsi var. Bunun baqa sözünə dəxli varmı? Bəlkə buğa bürcünə də. Çünki şəhərdə buğa rəmzləri çoxdur.
- Əlbəttə. Hətta bahar sözü də Bakı ilə bağlıdır. Dünya duranı yaz bayramı var. Bahar Bakının qədim adlarından biridir. Ba – qa. Əvvəl Baq olub indi Bak. Bu dildə olan dəyişikliklərlə bağlıdır. Sonuncu hərfin a, yoxsa ı olması barədə danışdıq ki, «ı» - «a»nın inkarıdır. Yaxşı vaxtlarda Baqa deyilib, pis zamanlarda Bakı. Yarananda 9 şəklində idisə indi başıaşığı, 6 şəklindədi. Körfəzi də görürsüz, nə gündədi. Vaxtilə cənnət timsalında tikilmiş şəhər indi kanalizasiya içindədir. Sonralar baqa sözü dəyişib bağa kimi deyilib. Dünya bağa üstündədi deyən əfsanə burdan yarandı. Sonra zodiakda buğa şəklinə düşüb. 2-ci bürc, oğlaqdan sonra buğa gəlir. Yəni 2-ci qapıda.
- İki buğa oturub qədim Baqa şəhərindən danışır. Bu da bir rəmz.
- İndi mənə icazə verirlər ki, danış. «De qa rəbi» bir siqnal idi ki, yəni danış artıq. Cənnət timsalında Azərbaycanda tək bura deyil, böyük şəhərlər salınıb və onlar maq kvadratına uyğun adlandırılıb. Həmin prinsiplə respublikamızda, sonra isə dünyada tikilən cənnət qapılarını tapmaq olar. 8 guşəli ulduz harda var - bizimkidi.

 

Qalib Quliyevin faysbuk səhifəsi >>>>>