Həcc ziyarətindən qayıdan jurnalist qız: «Ərəblər namazı ayaqyolunun yaxınlığında qılır»
İnsan övladı özünü, Allahını biləndən bəri Şeytanı da tanıyıb. Bütün yaxşılıqların,
gözəlliklərin müəllifliyini Tanrıya həvalə edib. Elədiyi pisliklərin,
eybəcərliklərin, bəd əməllərin altındansa Şeytanın imzasını atıb. Odur
ki, həcc ziyarətinə gedən hər müsəlman müqəddəs ayinlərə əməl edəndən
sonra Böyük, Orta və Kiçik Şeytana yeddi daş atmalıdı.
Həmkarımız Laçın Səmla illərdən bəri arzuladığı həcc ziyarətinə getdi,
gəldi və «Ulus» qəzetində təssüratlarını da yazdı. Orda Şeytana tolazladığı
daşlar ürəyini soyutmadı, gördüyü və şeytan əməli saydığı eybəcərlikləri
dilə gətirdi. Şeytana daş atmaq onun əməllərinə qarşı çıxmaq, etiraz eləməkdi.
Biz də bu işdə ona yardımsı olduq, «Avtopa»ya çağırıb dinlədik…
Başını bağlamaq istəmir
- Orta məktəbi bitirəndən namaz qılıram. Müqəddəs torpaqları ziyarət etmək
çoxdankı arzumdu. Keçən il getməliydim, alınmadı. Allah bu il qismət elədi.
Bu yaşda həcc ziyarətinə getmək hər adama qismət olmur. Qarşımı kəsənlər,
«getmə, hələ hazır deyilsən» deyənlər vardı… İndi də deyirlər ki, ordan
gələn adam açıq geyinə bilməz, başı örtülü olmalıdı. Qəbul eləmirəm bunu.
Ora gedəndə niyyət tutmamışdım ki, gələndən sonra başımı bağlayacam. Məni
ora sevgi, istək aparıb. Məkkədə ərəblərin Allahın evinə, Kəbəyə, peyğəmbərin
qızı Fatimeyi-Zəhranın namaz qıldığı məscidə münasibətini gördüm. Amma
fikrim yenə də dəyişmir. Bundan belə açıq gəzməyim günahdırsa, mənim çiynimə
yazılacaq, əzabını da mən çəkəcəyəm. Mən yalnız Allah qarşısında hesabat
verməyə borcluyam. Başqalarının düşüncəsi məni maraqlandırmır. Ordan gələli
xeyli yüngülləşmişəm. Yenə də ora qayıtmaq istəyi ürəyimdədir. Bəlkə də
Allaha daha yaxın olmaq istəyirəm.
Səudiyyə Ərəbistanı zəvvarların hesabına dolanır
- Qafqaz Müsəlmanları Ruhani İdarəsinin xəttiylə 164 nəfərlik qrupla getmişdik.
Bizimlə gedənlər arasında üç, beş, hətta yeddi dəfə bu səfərdə olanlar
vardı. Necə deyərlər, həm ziyarət, həm ticarət. Ərəb ölkələrindən qızıl,
gümüş çox ucuzdu. Qayıdanda elektrik əşyaları, geyim, yaylıq gətirənlər
də uduzmur. Amma heç kim gözmuncuğu tapa bilmədi. Deyirlər, Suriyadan
gəlir… Adətən həcc zamanı bahalıq olur. Bakıdan Məkkəyə çatanacan çoxlu
yoxlamaların, axtarışların həyəcanını yaşadıq. Qrupumuzun rəhbəri dedi
ki, Cəddə gömrükxanasında 8-10 saat, bəzən günlərlə saxlama adi haldı.
Ərəblər bir-iki saatlıq imzalama işini qəsdən uzadır, bununla da ölkənin
iqtisadiyyatına xeyli gəlir gətirirlər. Əcnəbi saxlandığı yerdə pul xərcləməyə
məcburdu axı - heç olmasa bir stəkan su, bir qarın yemək almalı olur.
Məmurlar zəvvarları nə qədər saxlasa, ölkə bir o qədər yüksək gəlir götürür.
Deyirlər ki, Səudiyyə Ərəbistanının bir-iki ziyarət ayındakı qazancı illik
gəlirinə bərabərdir. Həcc ziyarəti zamanı ölkə müxtəlif ölkələrdən axışıb
müqaviləylə işləyən adamlarla dolur. Taksi, yaxud avtobus sürücülərindən
sürücülük vəsiqəsi istənmir. Sürücünün nabələdliyindən yollarda saatlarla
vaxt itirməli olurduq. Gecələr yola çıxan sürücülər yuxuqaçırdan xüsusi
həblərdən istifadə edirlər. Həbin təsiri keçən kimi yuxusuzluq sürücünü
üstələyir. Şəhərlərarası yola gecələr getdiyimizdən sürücüyə yaxın oturan
adama çubuq verirlər ki, yatsa dümsükləyib oyatsın.
Məkkə, demək olar ki, gəlmələrin məskənidi. Yerli əhali həcc zamanı evdən
bayıra çıxmır. Onların gəlir mənbəyi icarəyə verdikləri saysız-hesabsız
otellər, ticarət obyektləri, dükanlardı. İcarədən gələn gəlirlə özləri
aylarla Avropa ölkələrində istirahət edirlər. Obyektini də taciklər, türklər,
əfqanlar işlədir.
Namaz bir görüntüdü
- Öz gözlərimlə görüb hər şeyin şahidi olmayınca ərəblərə qarşı belə mənfi
yüklənməmişdim. O cür müqəddəs yerdə yaşasalar da, nə dinə, nə də namaza
layiqli münasibət göstərirlər. Ərəblər antisanitariya şəraitində olan
ayaqyolunda dəstəmaz alıb elə onun yaxınlığındaca namaz qılırlar. Keçməyə
yer olsa da, namaz qılanın üstündən adlayırlar. Özüm görmüşəm, ərəb qadın
natəmiz yerdə bardaş qurub yemək yedi, sonra ətrafında adamın olmasının
fərqinə varmadan balaqlarını əlinə yığdı, təbii ehtiyacını ödədi. Sonra
oradaca namazını qıldı. Azan verilən vaxtı ticarət obyektləri bağlanır,
hamı namaza gedir. Amma eksperiment xətrinə dükanın qapısını açmağımla
içəri dəvət almağım bir oldu. Kimdi namaz qılan? Oturub söhbətləşir, namazın
bitməsini gözləyirlər. Namaz vaxtı ticarət yerlərinin bağlanması namazın
özü kimi bir görüntüdü.
Ziyarətə gəlməzdən əvvəl özünü bir qaydaya salmalısan. Zəvvarların içində
də ziyarət vaxtı lazımi gigiyena qaydalarına əməl eləməyənlər də çox idi.
Tutulmamış dırnaqların içinə dolmuş qapqara çirk, təmizlənməmiş qoltuqaltı
bu insanların özünə və müqəddəs yerlərə münasibətindən danışır.
Qadınları fahişə, kişiləri homoseksualist?!
- Səudiyyə Ərəbistanı 20 ildi ki, inkişaf etməkdə olan ölkələr sırasındadı.
Amma ərəb kişisi qadınını evdən bayıra buraxmaz. Buralarda qadına əşya
kimi baxırlar. İstər lap dünya gözəli olsun. Yolda birinin əhvalı pisləşsə,
yolun ortasında uzanıb qalmalı olacaq. Yerlilərdən imdad gözləmək əbəsdir.
Bir içim su verən də tapılmayacaq. Maşın səni yolun ortasında vurub sürətini
azaltmadan itə bilər. Ərəb kişiləri və qadınları sevgi nədi bilməz, yalnız
cismani ləzzət tanıyarlar. Ərəbistana hərəmxana da lazım deyil. Çünki
burda kişilər küçədə qadına yaxınlaşıb ürəyindən keçəni açıq bəyan edə
bilər. Çadranın gizlətdiyi qadın gözəl, yaxud çirkindi, bunun heç fərqi
yoxdu. Qadın da imkan olsa, bu təklifdən mütləq yararlanacaq. Cütləşəndən
sonra getməyə yer çoxdu. Çünki varlı ərəblərin çoxlu otelləri, evləri
var. Polis də yanındakı qadının kimliyilə maraqlanan deyil. Ölkənin hər
hansı yerində hərəmxana aşkarlansa, əcnəbilər 200 şallaq yeyər, ən azı
2 il həbsdə yatar, sonra pasportuna qırmızı damğa vurulmaq şərtilə ölkədən
qovular. Səudiyyəlilərin əxlaqına, davranışına illər uzunu bələd olanların
dediyinə görə, onların qadınlarının əksəriyyəti fahişə, kişilərinin əksəriyyəti
də homoseksualdı. Çünki ölkədə nə teatr, nə klub, nə bar, nə diskoteka
var. İnsanlar heç nədən zövq ala bilmirlər. Azyaşlı qızlar və oğlan uşaqlarının
dostluğu də gizlin arzuların həyata keçməsiylə nəticələnir. Yerlilər zəvvar
qadınları da rahat buraxmırlar. Ağdərili qadın görəndə ağıllarını itirir,
müqəddəs yeri ziyarət edən qadını iyrənc təkliflərlə bezdirirlər. Odur
ki, yanında kişi olmadan küçəyə çıxmaq mümkün deyil. Mənə dedilər ki,
nəbadə taksiyə tək minəsən. Danışırlar ki, 6 il əvvəl həcc ziyarətinə
gəlmiş indoneziyalı qızlar yoxa çıxıb. Onları zorlayıb öldürüblər. 13
il öncə bu hadisə türk qadınlarının da başına gəlmişdi. Amma qadın ərəb
kişinin əlindən qurtula bilsə belə, heç nəyi sübut edə bilməyəcək. Kişi
qadınn öz xoşuylu getdiyini deyəcək.
Yeddi il həbsə, sonra edam
- Səudiyyəlilər heç vaxt inşaat işində işləmirlər, daha doğrusu bunu bacarmırlar.
Burda insanlar elmi-texniki tərəqqidən geri qalsalar da, oxumağa meyllidirlər.
Amma Məkkə və Mədinədə heç bir yerdə internet klubu yoxdur. Ölkəyə uzun
məddətə gəlmiş əcnəbi mütləq vəkil tutmalıdır. Yalnız vəkilin verdiyi
icazə kağızıyla bir şəhərdən o birinə getmək olar. Ölkədə illər uzunu
yaşayan əcnəbiyə də vətəndaşlıq verilməz. Səudiyyəli qız, ya oğlan əcnəbiyə
evlənsə də xariciyə vətəndaşlıq düşmür.
İran kimi burda da spirtli iskiyə yasaq var. İçkidən və narkotikdən gizli
itifadə edirlər. Xarici vətəndaş spirtli içki satsa, onu 150 şallaq və
3 il həbs gözləyir. Cəzasını çəkəndən sonra bu adamın pasportu qırmızı
rənglə damğalanır, öz ölkəsinə yola salınır və bir daha Ərəbistana buraxılmır.
Bulə hadisə səudiyyəlinin başına gəlsə, lap bizdəki kimi «yuxarılarda»
adam tapıb məsələni böyüməyə qoymaz. Narkotik maddələrin istifadəsi və
satışına gəlincə, istər səudiyyəlini, istər xarici vətəndaşı 7 il həbs
gözləyir. Yeddi ilin tamamında isə … boynunun vurulması barədə fərman
verilir.
Burda kişilərin əksəriyyətinin adı Məhəmməddi. Ərəbistanda insanın hansı
qəbilədən olmağını onun üzündəki tatuajdan bilmək olar. Bəzən tatuajı
yanaqda qoyulmuş çapıq əvəzləyir. Üzlərini böyük həcmli tatuajla bəzəməyi
qadınlar daha çox sevir. Səudiyyəlinin qorxduğu bir şey varsa, o da kimisə
çəkidə aldatmaqdı. Çəki məsələsinə gəlincə bu ölkədə yaşamağına dəyər.
Uşaqların əl-qolunu kəsirlər ki, dilənə bilsinlər
- Məkkədə, Hərəmin ətrfında, Ərəfatda addımbaşı qolu, qıçı kəsik, çox
eybəcər şikəstlikdə adamlar vardı. Araşdırma aparıb öyrəndim ki, demə,
bu əlsiz-ayaqsızları öz valideynləri, yaxın qohumları uşaq vaxtı şikəst
eləyir ki, dilənə bilsinlər. Deyirlər ki, Məkkə şəhərindəki dilənçiləri
ərəb şeyxləri himayə edir. Hər şeyxə 100 dilənçi düşür. Ömrə və həcc ziyarəti
vaxtı dilənçinin hər birinə 500-1000 rial (100 ABŞ dolları 372 rialdı)
arası pul və illik azuqə verilir. Onları diləndikləri yerə xüsusi avtomobillərdə
gətirirlər. Bu bilənçilərə başqa dillərdən bir neçə kəlmə öyrədirlər.
Məsələn, onlar iranlılara «Ali baba» deyib müraciət edir, Əli yolunda
sədəqə diləyirlər. Türkləri görəndə isə «mərhabi, sebi», yəni «sədəqə
verin» deyirlər.
Bizimlə gedən birisi özünü biabır elədi
- Bizə, Azərbaycana orda hörmət böyükdü. Məkkə ziyarətində vəfat etmiş
həmvətənlərimizə «Əbu-Talib» adlı qəbristanlıqda (hərdən «Cənnəti-Müəlla»
da deyirlər) basdırılır. Məhəmməd peyğəmbərin anası da burda dəfn olunub.
Xidmət üzərində çalışan xaricilər də «Azərbaycan» deyib üzərimizə yüyürürdülər.
Məkkə və Mədinədə Azərbaycandan olduğunu biləndə barmaqlarını bir-birinə
sürtüb varlı olduğumuza, neftə işarə edirdilər. Durub onlara anlada bilməzdik
ki, həmin neftə bizim əlimiz çatmır. Həcc ziyarəti zamanı burda milyonlarla
zəvvar qurban kəsir. Deyilənə görə, kəsilən qurbanları kasıb ölkələrə
göndərirlər. Bu ölkələr arasında Azərbaycanın da adı vardı. Keçən il Azərbaycana
5000 cəmdək göndərilib.
Hamı bilir ki, həcc ziyarəti zamanı kiməsə şəhvət hissiylə baxmaq olmaz.
Ehram geyən zaman yoldaşınla bir yerdə qalmamalısan, ov əti yeməməlisən,
üstündə qarışqa gəzsə də qovmamalısan. Dırnaq almaq da, qan çıxarmaq da
batildi. Amma intim ən böyük gunaha yazılır. Bizimlə bir qrupda bir vaxtlar
siyasətə baş vuran, hacı olandan sonra şəhvət hisslərinin öhdəsindən gələ
bilməyib «mənə bir qadın tapın» deyə özünü biabır elədi. O, bura nə üçün
gəldiyini bilirdimi?...
Həmsöhbətimiz sonda qeyd elədi ki, bəlkə də orda gördüklərini ziyarətə
gedən hər kəs görüb, amma həqiqəti bəzəməyə çalışırlar: «Mən kiminsə Ulu
Tanraya, onun möcüzəsinə olan inamına kölgə salmaq niyyətində deyiləm.
Dediklərimlə bağlı mümkün hücumlar da məni qorxutmur. Çünki Tanrıya sevgim
böyük və sonsuzdu»…
“Avropa” qəzeti
2003-cü il, 15-21 mart