
Adamlar lap qədimlərdən qeyri-adi əməllərə, möcüzələrə ayrı –ayrı şəxslərin fövqəladə keyfiyyətlərinə inanıb, ən çətin anlarda onlara müraciət ediblər. Günümüzdə də tez-tez ekstrasens, münəccim və türkəçarə həkimlərin elanlarına rast gəlir, soraqlarını eşidirik. Bunların sırasında real imkanları olanları da var, kimlərinsə kor-koranə inamından yararlanıb özünə güzəran yaradanları da. Birmənalı şəkildə nə hamısını inkar etmək olar, nə də hamısına inanmaq. Müasir tibbin son vasitələrindən əli üzülənlər bəzən təskinlik üçünmü və ya son ümid yeri olaraq bunlara üz tutur. Bu ümidsizlərə şəfa vermək iddiasında olanların biri də Faizlə Musayevadır.
“BİR GECƏMİ
GÖRSƏN...”
Təxminən 80-cı illərdən narahat həyatı başlayıb. O, vaxtlar səbəbsiz ağrılarını,
mənbəyi bilinməyən həyəcanlarını görənlər, ona hətta ruhi xəstə deyənlər
də vardı. Ocaqları gəzmək məsləhətinə də əməl edib. İndiyədək canına dua
oxuduğu bir kişi əllərinin vergisini camaata paylamağı, işlətməyi məsləhət
edib. Elə o vaxtdan bəri gəlib gedənlər nə qədər çox olarsa özünü də bir
o qədər yaxşı hiss edir. Gecələri yenə də narahat, ağrılı. Öncəgörmələri
də çox vaxt yuxularında olur. Səhərə qədər olacaq müharibələri, kiminsə
taleyindəki çatları da görür. Bir sözlə səksəkəli, qayğı dolu bir həyat
yaşayır.
- Yatmışam, görürəm dilimi çəkirlər. Bu başlanğıcdır. Durub otururam.
Elə bil boğuluram. Hər dəfə də belə olur. Dedilər aparaq səni ocaqlara.
Mən ocaqlara getdim gəldim. Yevlaxdakı Mir Qəfər ağanın ocağına getmişəm.
Baxmışam, nəzir qoymadım. Gələndən sonra vəziyyətim pisləşdi. 40 gündən
sonra ...
Çox vaxt gördükləri əyan olur:
- Mən İsa peyğəmbərin Amerikadan gətirilmiş kasetinə baxmışdım. Hardasa
bir ay olar onu yuxuda görmüşəm. Yuxuda gördüm ki, İsa peyğəmbər mənə
xaç uzadır. Mən dedim istəmirəm. Üç gün dalbadal yuxuma gəldi. Amma bilirdim
ki, bu yuxu deyil. Üçüncü gün dedi: “Niyə qəbul eləmədin? Sən mənim davamçımsan.
Sən mənim kimi millətə hər cür kömək edirsən. Gördün məni çarmıxa çəkdilər.
Heç kəs mənə inanmadı”. Mən İsa peyğəmbərin təklifini qəbul eləmədim.
Allahımdan da çox razıyam.
- Bir dəfə də gördüm ki, taxıl zəmisindəyəm. Zəmi yaman odlanırdı. Həyəcanlandım.
Mənə kimsə dedi ki, qorxma bu ocaq sənin ocağındır. Ətrafında qızınanlar
çox olacaq.
XƏRCƏNGİ
DƏ SAĞALDIRAM
Görüşümüzə yaxşıca hazırlaşmışdı. Özünə hörmət edən bir adamı burnunu
bayıra çıxarmayacağı o cırhacırda Bakıxanov qəsəbəsinə yollanan jurnalistləri
dolu süfrə ilə qarşıladı. Hər bir normal adam kimi yazıdan əlavə öz taleyimizlə
maraqlanırdıq. Ekstrasens yanına ilk səfərimiz deyil. Amma bizə qarşı
reaksiya təkrarlanır. Görən kimi “Vasif müəllim, Sizdən yaman narahatam.
Zəng edən gündən içim əsir. Bir neçə günə Sizə nəsə deyəcəyəm. Amma mənə
dedilər ki, narahat olma” deyir.
- Kim dedi?
- Onu demək olmaz. Mənə icazə vermirlər. Hər bir adamı müalicə edərkən
o, yanımda olur.
- Müalicə etdiyiniz hansı xəstəliklər var.
- Zob, qol-qılça ağrılarını götürürəm. Qaraciyər, böyrəkləri də sağaltmışam.
əsəb və ruhi xəstəlikləri müalicə edirəm. 3 dənə xərçəng sağaltmışam.
Xərçənglə xəstə adam gəlib evimizdə diz çöküb ağlayıb. Oğlunun iraq qulağınızdan
başının tükünə kimi tökülüb. İsraildə, Amerikada müalicə də kömək etməyib.
Mən kişiləri müalicə eləmirəm. Dedim şəkilini gətirin. On günə bu adam
olub anadangəlmə.
- Elə şəkilnən?
- Bəli. Bəs nə, mən kişi qəbul eləmirəm. Buyurmurlar. Qadağandı. Birinci
uşaq vergim olubdu. Gəncəyə getmişdim. Gördüm bir ana çox ağlayır. Yığışdılar
ki, vay bu, bir ölü uşağı sağaltmaq istəyir. Nə qədər pul tökdülər, hamısını
yığdım verdim anasına. Dedim uşağın durub danışacaq. Dedi axı uşağım laldı?
Dedim sənə deyirəm uşağın durub danışacaq. Uşaq durub baxdı, baxdı sonra
anasını, xalasını göstərib adını çəkdi. 4 yaşı vardı uşağın...
ƏLLƏRİN
MÖCUZƏSİ
Biz orada olan müddətdə pasientlərindən biriylə söhbət etdik:
- Sizin nə probleminiz var idi ki, gəlmisiniz?
- Çox problemlərimiz var. Mən bu qadını eşidib bunun sorağına gəlmişəm.
Onun möcüzələrini çox görmüşəm. Bu qadına elə inanıram ki. Mənim qızımın
boğazında zob var idi, müalicə elədi. Həmin günü qızımın üstündə dua var
idi. İçəri girən kimi, hiss edib çıxartmağı tələb etdi. Mənim qulağım
elə şişmişdi, ölürdüm sancıdan. Əlini qoymaqla sağaldı.
- Hə hiss elədiniz əlini qoyanda ora? İstilik?
- Elə bil ağrını çəkdi. Özümçün də sirdir ki, insanın əllərinə Allah təala
nələr bəxş eləyib.
Başqa bir pasientin müalicə seansını müşahidə etdik. Fazilə xanım başını
örtüb qadının da örtməsini gözlədi. Əvvəl yuxarıdan aşağı əllərini sürtmək
ilə bir növ “təmizlik işləri apardı”. Qadının bronxitini əlini üstünə
qoymaqla sağaldırdı. Qadının dediklərindən:
- Əlləri elə bil ütüdür. Bəzən isidir deyə deyirəm bir az saxla, yoxsa
istidən nəfəsim daralır.
KİMİN ÜRƏYİ
BULANIR?
- Ekstrasens mərkəzləri ilə əlaqə saxlayırsınızmı?
- Heç istəmirəm də. Yalanı sevmirəm. Kimisə aldatmağı da sevmirəm.
- Yalnız öz imkanlarını öyrənmək üçün.
- O mənə heç nə edə bilməz. Onu mənə verən verib, deyən deyib bu sözü
de. Hətta Allah təala iki şeyə gülür: birinci, deyir mən bu adama ruzunu
vermişəm, niyə sən buna quyu qazırsan? Sən kimsən? Mən buna bir də verəcəm.
İkinci, Allah təala əgər bu ruzunu sənə verməyibsə, mən kömək edirəm.
Onda Allah məndən alır, deyir buna mən verməmişəm, sən kimsən eləyirsən?
Sübh namazı vaxtı dururam. Şəkilin sahibin ruzusunu, şəfasını – hamısını
sübh namazı vaxtı Allahdan diləyirəm.
Düzdür, ruzu Allahdandı hərəyə bir yerdən gəlir.
Bir vaxt fars dili müəlliməsinə kömək etmişdim. Dedi “gəl sənə hərifləri
öyrədim”. Razı olmadım. Mən indi bundan sonra dua yazacağam? Mənə nə deyirlər
onu edirəm və edəcəyəm də. Camaat nədənsə məndən söz istəyir. Söz nəyinizə
lazımdır? Gəlin mənə nəsə iş görüm. Birdə ki, mən buna necə gəlmək lazım
olduğunu deyə bilmirəm. Mən camaata pomadanı sil deyə bilmirəm. Onda məni
elə bil dondururlar. Pis günə qalıram. Mənə demirlər ki, mən də deyə bilmirəm.
- Pomadanı sevmirsiz?
- Yox, ona görə demirəm. Vaxtıyla hətta sevmişəm də. Amma onun tərkibində
donuz yağı var. Sizdən kiminsə başı ağrıyır deyəsən. Ürəyi bulanır?
XƏSTƏLİYİ
GÜNAHLA ƏLAQƏLƏNDİRMİRƏM
Vaxtsız yeməyin nəticəsi kimi Gülnarənin ürək bulanmasını özündə hiss
etmişdi. Elə diaqnoz qoymağı da beləcədir.
- Elə bil rentgen qarşısında dayanmısız. Kiminsə böyrəyi ağrıyırsa, mənim
də böyrəyim “pristup” verir. Sonra nəzir qoymazsa məni buraxmırlar. Qabaqlar
nəzir istəməyi utanırdım. Lap 500 manat olsun. Amma nəzir qoyandan sonra
dalı gəlir. Bütün şeyləri deyə bilirəm.
- Bəzi fikirlərə görə xəstəlik insanın öz əməllərinə görə cəzasıdır. Krişnaçılar
da deyir ki, xəstəlik heç nədən yaranmır.
- Naxçıvandan biri gəlmişdi yanıma. Bacı - qardaşlarından 22, 24, 33 yaşında
ölənləri var idi. Gördüm növbə onundur. Dedim ananın boynunda qanlıq işi
var. Xəstəliyi mən günahla əlaqələndirmirəm. Hamı xəstədir. Ona görə ki,
problemlərimiz çoxdur.Evin bütün problemlərini qadın öz üstündə daşıyır.
Əsəbidir, çatışmamazqlıqdır.
- Başqa bir tərəfi götürək. Yaxşı insandır, yaşayır, çalışır, pislik etmir,
rüşvət almır. İndiki zamanda elədir ki, dolandırmaqcün bunları etməlidir.
Eləmir və nəticədə pis yaşayır. Fikirdən xəstəliyə tutulur və s. Yaxşı
insandır, taleyi pis olub. Ona görə ki, Allahın dediyi ilə yaşayıb. Allah
onu sınamağa çəkir?
- Əlbəttə. Lap elə məni götürək. Çox – çox varlı idim. Allah gətirib onu
mənə verib. Baxıb görür ki, lap evinin içinə olsun paylayıramsa, ildırım
surəti ilə alır aparır. Məsəlçün verir sizə. Sınağa bir də çəkir, görür
ki, özünə zülm edirsən, hər gün Allahı çağırırsan. Onda bir də verir.
Başın daşlara dəyibsə onda əziz tutarsan.
- Onda belə demək olarmı ki, insan dünyada ona görə əziyyət çəkir ki,
Allah onu sevmir.
- Ağacdan meyvə dərmək istəyirsiniz. Meyvənin yaxşısını, yoxsa pisini
seçirsiniz. Allah təala oruc tutub namaz qılanları seçir. Həqiqətən də
pislər ölmür, pislər qalır. Yaxşıları dənləyib aparır.
- Çətin deyilmi, gələn adamların hərəsi bir dərd ilə gəlir?
- Qızıl dişləri fasonçun qoydurmuşdum. (Qonşu otağa keçib balaca mücrü
gətirir. İçindən kökü tam sağlam üstü qızıl dişlərdən birini gətirir).
Hamısını çıxartmağa məcbur oldum. Şəkər xəstəliyini də əsəbdən tapmışam.
YENİ İNSAN
NECƏ DOĞULUR
Əsəbliyi göz qabağındadır. Gah ucadan, gah bəmdən danışır. İçindəki
artıq enerji elə bil ki çıxmağa yer axtarır. İçdiyi buzlu su da içini
soyutmur. Budurmu vergili insan? Mutasiyalar nəticəsində yaranan hər şeyə
qadir yeni insanın “doğulması” yaman çətin yollarla keçir. Əslində olmasa
da, nəslində davamcısı yetişir. O, da həmin ağrılı yolları keçməyi məcburdur.
Gülnarə
İsmayılova
Vasif Sadıqlı
7-9 avqust
1999-cu il
“Ekspress” qəzeti