Konservatoriyanın
ikinci mərtəbəsində bir zal var. Binası qoyulan gündən o qədər konsertlər,
o qədər görüşlər keçib ki, orda… Tamaşaçısı olduğum konsertlər arasında
bəyəndiyim də, bəyənmədiyim də var idi. Bu günlərdə dinlədiyim konsert
bu divarlara da, zala da, hətta səsinə öyrəşdiyim tara da münasibətimi
dəyişdi. Bu gec ətarzən Malik Mansurovun solo konserti idi. Deyirlər,
ustalıqdan yüksək zirvə yoxdur. Bəlkə ustalıq anlayışının yerini dəqiqləşdirmək
lazımdır? Xaric xallara, naşı əldə cırıldayan tar səsinə öyrəşdiyimiz
vaxt kiminsə bilmədiyi sədləri asanlıqla adlayan ifaçını dinlədikdə belə
fikirlər gəlir. Malikin ifası kimi tarının səsi də seçilirdi. İncə şikayətli
alət düşünür, qulağa pıçıltı təki səmimi dildə danışır, sahibinin ürək
hıçqırtılarını çatdırırdı. Səsi əsrlərdən gəlməsiilə fəxr etdiyimiz muğam
mənim başa düşdüyüm dildə danışırdı. Zalda kimsə dözə bilməyib motivi
mızıldayanda və ya tələbələrdən bəzilər imuğamı diktofona yazan kimi tez
yerindəcəyoxladığı vaxt qovulmaq hədə-qorxusu ilə tələbələrinə konsertə
gəlməyi qadağan edən başqa məşhur ifaçının nə qədər gülünc olmas ıbarədə
fikirləri qovmağa çalışıram. Axı nağaranın müşayiətində tarın ifası alçaq
hisslərin düyünündən çox yüksəkdədir.
Malik Mansurovun konsertdən aldığı təəssüratı ilə maraqlandım.
- Təəssürat bir qədər mənfi idi. Konsertə bir gün qalmış xəstələndiyimdən
mən istəyən kimi alınmamışdı. Amma bəzi anlar pis deyildi, yəni özümə
də dəydi.
- Biz trioda qavalın səs tembrinə öyrənmişik. Nağara və tarın
dueti bir az qeyri-adi idi.
- Təzə başlayanda mən də qavalla başlamışdım. Mənim özümün də qavalın
tembirindən xoşum gəlir. Uşaqlıqda televizorda mərhum Hacı Məmmədovun
nağaranın müşayiəti ilə rəqslərin ifasını görmüşdüm. Gözəl kaman ustamız
Habil Əliyev indi də nağaranın müşayiəti ilə çıxır. Bunlar mənə cəsarət
verdi.
- Repertuar hansı prinsiplə seçilmişdi?
- Bu vaxta qədər 5-6 konsert vermişəm. Həm də Alim Qasımovla işləyirəm.
Məndə yavaş-yavaş muğamı dəstgah formasında ifa etmək meyli yaranmışdı.
İran tar çalanlarının ifasına da tez-tez qulaq asıram. Onlar bu yolu çoxdan
gedirlər. İstədimki, klassik dəstgah formasını təkcə tarda ifa edəm. Bu
mənbələrə qulaq asdıqdan sonra yəqin etdim ki, belə də çalmaq olar.
- Deyəsən, qədim xalq havalarını çox sevirsiniz? Onları hansı
mənbələrdən axtarıb tapırsınız?
- Axtarmaq lazım deyil. Çünki çalırıq, əlimizin altındadır. Sənətlə məşğul
olan hər bir adam öz sələflərinə qulaq asır. Qulaq asdıqda görürsən ki,
maraqlı təsniflər var, amma populyar deyil. Axı mən oturub gözləyə bilmirəm
ki, nə vaxt xanəndə «Şüştər» oxuyacaq, mən də ürəyimi boşaldacağam.
- Prorektor Gülnaz Abdullazadə giriş sözündə Malik Mansurovun
üslubunun hələ də formalaşdığı fikrini söylədi. Ənənənin yeniliklə sintezin
nə dərəcədədir?
- Mən bu barədə düşünürəm. Mənə elə gəlir ki, hamı belə çalır. Düzdür,
elə nüanslar var ki, tarda yoxdur. Qarmonda eşidib götürmüşəm. Çox da
gözəl alınır. Amma mən onu tara olduğu kimi köçürməmişəm, sadəcə, üslubunu
tara uyğunlaşdırmışam. Və yaxud Vaqif Mustafazədədə bir gözəl barmaq eşidirəm.
İstəyirəm ki, ondan bir işartı məndə olsun. Onu «Şahnaz» muğamının lap
axırına salmışam. Düzdür bu, caz deyil, amma Vaqifin ritmləridir və məndən
yan keçməyib. Bu proses çoxdan gedir. Hazırki konsertə həm əqli, həm fiziki
cəhətdən 3 il hazırlaşdım. Sənətə müqəddəs şey kimi baxıram. Sənətdən
pul qazanmaq mümkün də deyil. Pulu başqa şeydən qazanmaq lazımdır.
- Məgər Sizi sənət dolandırmır?
- Məni sənət dolandırır. Amma bu konsert dolandırmır. Təzəlikcə iki-üç
nəfər sponsor peyda olub. Məni də artıq imkanlı adamlar içində sevməyə
başlayanlar var. Səni xalq da sevə bilər, amma xalqın pulu yoxdur. Çalışacağam
növbəti konsertim bundan qat-qat maraqlı olsun. O, elə bir konsert olmalıdır
ki, Azərbaycan tar sənəti tarixində olmayıb. Buna gizli hazırlaşacağam.
Çünki bu mənim sirrimdir. Düzdür, hər konsertin, hər çalğının öz yeri
var. Konsert dinləyici üçün bir gündür. Mənim üçün illərdir.
- Tar bu gün çox qeyri-adi səslənirdi. Tarın bu tərz səsini heç
eşitməmişdim.
- Tarı eşitməmək mümkün də deyil. Azərbaycanda tar çalanlar çox olub.
Amma Əhsən Dadaşov kimisi olmayacaq. O, səpgili, sənətə məsuliyyətli,
tardan tar səsi çıxardan daha inanmıram ki, olsun. Mən pissimist deyiləm,
amma izah edə bilmirəm ki, niyə bu fikirdəyəm.
«Çağ» qəzeti
04. 04. 98