Qanla yuyulan günahlar
Yaxud «Sənə qurban olum» deyənlərin təmizlənmə mərasimi


İnsan qəddardı. İnsan hələ də qan tökməyindədi. İnsan hələ də düşünür ki, başqasının qanını tökməklə günahları bağışlanacaq. Min il bundan əvvəl də beləydi, 3 min il əvvəl də. Qurban vermə prosedurunun dizaynı, tərtibatı dəyişib, amma mahiyyəti həmən cür qalıb. Qurban bayramı ərəfəsindəyik. Minlərlə qoyun kəsiləcək və insanın günahlarını yuyacaq.
Qurban vermə mərasimi çox qədimdi. Yunanlar Troya divarları altında qekatomba yuraşdırırdılar ki, bu da onların görünməz zənginliyindən danışırdı. Burda eyni vaxta yüz öküz qurban verilirdi. Ona görə də hələ ki, ən qiymətli qurban mərasimlərindən sayılır. Orta əsr səyahətçilərin yazılarında ruslar və slavyanlarda ər ölərkən arvadı, ya da kənizinin qurban vermə mərasiminin təsvirini oxuya bilərik. Yəhudilərdə günahın bağışlanması üçün, qərəzlə edilməmiş qətlin günahını yumaq üçün qurban vermə mərasimi ən vaciblərindən biri sayılır. Qurban onu verənin maddi durumundan asılı idi. Kasıblar göyərçin, toyuq verməklə canını qurtara bilərdi, amma varlı mütləq xərc çəkib buğa almalı idi. Bəlkə ona görə, yəni varlı olmadıqlarına və kasad təbiətdə yaşadıqlarına görə çukçalar qar, piy və söyüd yarpaqlarından xüsusi kolbasalar hazırlayıb onu bıçaqlayırlar. Guya ki, maral bıçaqlayırmış kimi.
İnsan ev tikəndə də qan tökməyini saxlamır. Qədimdən bəri təzə tikilmiş evin bünövrəsinə quban qoymaq adəti vardı. Çox vaxt at kəlləsi, kasıblarçün isə toyuq qoyulurdu. Ona görə də ruslar indiyədək daxmalarını «toyuq ayağı üstə koma» adlandırırlar. Serbiyada qəsr tikərkən eyni adlı əkiz bacı və qardaşı diri-diri divara hörmək adəti vardı. Beləsi tapılmasa ustalardan birinin qardaşı arvadını divara hörür və yalnız uşağına süd vermək üçün bir dəlik saxlayırdılar. O da ki əgər qadının uşağı oğlan idisə.
Qədim çinlilər panda qurban verərdi. 4 min il əvvəl pandaları ölən adamla birgə basdırırdılar ki, o dünyada günahlarını yuya-yuya onu müşayiət etsin. Prosedurlar içində inklərin Allaha körpə uşaqları qurban verməsi xüsusi qəddarlığıyla fərqlənir. Bura Hindistan və Yaponiyada dini baxışlarna görə öldürülən, Rusiyada və Orta Asiyada özünü axtalayan adamları da əlavə edək. Atsteklərin «Ketselkoatl qanadlı ilan» adlı qaniçən ilahı da həmişə qanpərəst olmayıb.Vaxt vardı ona kəpənəkləri qurban verirdilər. İnsanların işi fırıq olduqca tökülən qanın miqdarı, verilən qurbanların dəyəri artmağa başladı. İnsan ona qiymətli olan əşyanın qurban verilməsinə dəyər verir. Hələ nəfəs alan canlı üçün qan hər şeydən qiymətlidir. Ona görə də qurban rituallarında suda boğmaq, asmaq kimi qansız mərasimlər keçirilmir. Əgər əşya qandan qiymətlidirsə onu qurban vermək olardı, çinlilərin kağızı qurban verdiyi kimi.
Yaxşı ki, İbrahim peyğəmbər oğlunu qurban vermək istəyəndə Allah onun əlini saxlayıb qoyun qurban verməyi tövsiyə etdi. Yoxsa ki, biz hələ də afrikanın daqomey, aşanti xalqları kimi yüzlərlə qulun qanını tökərdik, ya da qədim Misirdəki kimi qulları öldürüb padşahlara yol yoldaşı edərdik. Ya da assuriyalılar, filistinlilər kimi padşahın günahlarını uşaq qanı ilə yuyardıq. Kütləvi şəkildə insan qurbanı verməkdə ad çıxarmış mayalılar düşünürdü ki, Günəş insan qanı ilə qidalanır. Çin insan qurbanı verməkdən 17-ci əsrdə, yaponlar isə orta əsrlərdə əl çəkiblər. Yunan divar freskalarında qurban mərasimlərinin çəkilməsi də əlbəttə ki, estetik baxımdan gözəgəlimli olmaq üçün deyildi, onalar real hadisələri əks etdirirdi. Romalıların da qladiator döyüşləri əvvəllər şou xətrinə düzənlənmirdi, ritual xarakterli olurdu. Sonralar insanlar kütləvi şəkildə qan tökülməsindən ləzzət almağa başladı. Bəşər sivilizasiyası abidələrinə nəzər salsaq salamat qalmış divarlar qurban mərasimlərinin təsvirləriylə doludur. İnsanlar Allahdan qorxduğundan günahdan əl çəkməkdənsə onu qanla yumağa üstünlük veriblər. Tədqiqatçılar deyir ki, insan Allaha dua etməyə başladığı dövrdən, yəni əlini açıb ilahi qüvvələrdən kömək, xilas, imdad diləməyə başladığı zamandan qurban verməyə, yəni başqasının qanını öz məqsədlərinə görə axıtmağa başlayıb. Peruda ink xəstələnirdisə böyük oğlunu öldürərək göy yaşları içində bu qurbanı qəbul etməyi yalvarıb xahiş edirdi. Spartalılar zəif xəstə uşaqları öz güc və əzəmətlərinə qurban verərək qayadan tullayırdılar. Axı xəstə uşaqdan nə döyüşçü çıxacaqdı? İnsan qurbanı verən mayalılarda adi vaxtda adam öldürmək çox böyük günah sayılırdı. Bəzən qurban özü qurban olmaqdan ləzzət alırdı. Atsteklərdə kiminsə seksual günahına görə qurban verilmiş qızın dərisindən kahin üçün gözəkcə tikilərdi. Kahin Allahın dərisini geydiyini zənn edərək fəxr duyardı.
Yalnız insan qəddarlığından ləzzət ala bilir. Milyonlarla insanın qorxulu filmlər, qan və ölüm olan kadrlar üçün ürəyi gedir. Hətta dindar xristianlar da evlərində çarmıxda qan tökülən, əzabdan qovrulan insanın şəklini saxlayıb bəlkə də hər gün ona baxıb dua edirlər. Müsəlmanlar isə heç olmasa ildə bir dəfə ailə rifahı naminə qoyun qanı tökməyi arzulayır. Görəsən hələ nə qədər qan tökülməlidir ki, insan günahları tam yuyulub təmizlənsin?

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?