Vətənə daş, yoxsa başına daş


Bir dəfə kimsə Tereza Anadan soruşdu ki, əgər o, balaca adamdısa dünyanın kamilləşməsi prosesində iştirak edə bilərmi? Görəsən balaca adamın böyük işlərə gücü çatarmı?Tereza Ana cavab verdi: «Böyük işlər görmək lazım da deyil. Hər gün kiçik, amma böyük sevgidən doğan işlər görmək lazımdı». Lazımdı ki, insan cəmiyyəti heyvan sürüsündən fərqlənsin. Sürüdə qayda-qanun məsələsində bəzən insanların həsəd aparacağı dərəcədə qayda-qanun olur. Sürünün böyüyü-kiçiyi, güclüsü zəifi o qədər aydın bilinir ki, heç insanda da artıq sual doğurmur. Dəstə halında yaşayan heyvan bilir ki, sürü onu dolandıracaq bəlkə də yeganə və ən yaxşı yaşam formasıdır. Təklikdə o heçnədir, birlikdə isə onlar güclüdür. Heyvanlar aləmindən çəkilən filmlərə baxanda filin özü boyda qızını nəvəsi üstündə danlamasını, ya da dıqqılı quşun begemotun dişlərinin qayğısını çəkməsini görəndə anlayırsan: Bizim bir-birimizə ehtiyacımız var!
Nə vaxtsa insan da anladı ki, tək yaşasa olmayacaq. Ətraf mühit onu həzm edəcək və o, izsiz-soraqsız yoxa çıxsa milyonlarla növ yetişdirən təbiət onunçün göz yaşı tökməyəcək. Yırtıcı üçün fərqi yoxdu ki, bu gün nahara insan əti idi yoxsa siçan. Bu mənada bəlkə də insan əti daha dadlı olardı. İnsanlar təklənəndə asan şikara çevrilirlər. Amma özündə əmin olan, mənəm-mənəm deyən yırtıcı insan məskəninə hücum eləməyə ürək eləməz. Çünki insan yaşadığı yeri hasara aldığı kimi ətrafını keçilməz enerji qatı, psixi enerjisindən hörülmüş «divar» çəkir. Çox vaxt insan bunu şüursuz şəkildə edir və məqsədi sonsuz Kainatda, kəhkəşanlarda itməmək, əriməməkdi. Bir də insan onu da bilir ki, təkcə daşıdığı bədəndən ibarət deyil, onun Kainatla əlaqələri, insan diliylə desək qohumluğu daha möhkəmdi.
Bioloqlar termitlərəl bir sıra təcrübələr aparıblar. Məhdudlaşdırılmış sahəyə termitləri buraxaraq onların artması və davranışlarını müşahidə ediblər. Müəyyən ana qədər, yəni ki, onların sayı hələ çox artmamışa qədər termitlər özlərini xaotik şəkildə aparırdı. Yəni ki, onların hərəkətlərində ümumilik və məna tapmaq mümkün olmurdu. Necə deyərlər hərə öz başını dolandırırdı. Amma termitlərin sayı kritik həddə qədər çatandan sonra onlar davranışlarını kökündən dəyişdilər. Termitlərin bir hissəsi yuva qurmağa başladı. Özü də proses birdən başladı və bu işdən yayınan, prosesə qoşulmayan bir dənə də termit əmələ gəlmədi. Termitlər yuvanı millimetrə qədər dəqiqliklə tikirdilər. Daxili, xarici çıxış və girişlər elə bil ki, mühəndisin göstərişlərini yerinə yetirirmiş kimi layihə üzrə ucaldılırdı. Termitlərin bir hissəsi lazım olan tikinti materialı gətirir, yerdə qalanları bütün icmanı yeməklə təmin edirdi. Üstəlik bütün kaloniyanı qoruyan əsgərlər, tərbiyəçilər, tənzimləyicilər də əmələ gəldi. Sanki kiminsə əmri əsasında icmanın qanunları termitlərin beyninə yerləşdirildi. Beləliklə termitlər üçün xarakterik olan yaşam tərzi formalaşdı. Sanki onların özünü belə aparması üçün, insan diliylə desək özünü, kimliyini xatırlaması üçün müəyyən ərazidə müəyyən sıxlığa qədər artması lazım imiş. Sanki vahid əsəb sisteminin neyronları kimi aralarında enerji keçməsi üçün onların sayının müəyyən həddi olmalı idi. Yalnız bundan sonra onlar özünü əsil termit kimi aparmağa, insanın həsəb aparacağı səliqəylə şəhərlərini tikməyə, körpələrini böyütməyə başladılar. Alimlər bunu belə izah edir: hər fərdin (qarışqa, termit, arı, hətta insanın) öz fərdi əsəb sistemi var və bu psixi sistem onun ətrafında müdafiə qatı yaradır. Müəyyən ərazidə canlıların sayı artdıqca onların fərdi enerji sahəsi tədricən pozularaq vahid psixi enerji qatına çevrilir. Bu yeni əmələ gəlmiş enerji təbəqəsi hər fərdin xüsusiyyətini özündə höpduraraq eyni zamanda vahid, bölünməz bir qata çevrilir.
Termitlər minilliklər boyu öyrəşdiyi kimi yuva tikməyə başlayanda insanlar millətlər halında birləşir. Birlik, vahidlik ideyası təkcə əraziylə bağlı olan anlam deyil. Ona görə də birgə yaşanan ərazilərdən, Vətəndən ayrı olanda da, hətta qürbətdə doğulub böyüyəndə də insanınn içində sarı sim kimi titrəyən bir fikir, bir olmaq, birləşmək, vahid orqanizmə çevrilmək kimi istəklər baş qaldırır. Yalnız bir olandan sonra kimin müəllim, kimin əsgər, kimin inşaatçı olduğu bəlli olur. Məhz bu vaxt balaca adamlar böyük işlər görməyə başlayır. Onda hər mənfi hərəkət də bütün millətə xələl gətirir, bir mənfi fikir də tək sənin yox, hamının balasının başına düşür. Yeri gəlsə insan psixi enerjisindən dünyanın ən qorxulu silahından da güclü bir silah kimi istifadə edə bilər. Sadəcə termitlərdən fərqli olaraq insanın bu prosesi başa düşməsi lazımdı.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?