Çılpaq qadın silahdan da güclüdü


İndi desəm ki, hamı «unisex»də məşğuldur, bilirəm ki, heç kim məni daşa basmaz. Çünki qəlbinin dərinliyində hamı (gizlin fikirləri açıq deməyə ürəklənənləri qınayanlar da, qınamayanlar da) bilir ki, bu həqiqətən də belədir. Hamının başı qarışıqdır, özünü təsdiqləyir, hamıya, ən vacibi özünə sübut eləyir ki, hələ də Alen Delon (qadınlarçün Merlin Monro) əlinə su tökməyə yaramır. Onu da hamı bilir ki, əsil qadın tapmaq əsil kişi tapmaqdan da müşkül məsələdi. Yazının bu yerində bilirəm ki, kişilər əlini bir-birinə sürtüb ləzzətlə gülür.
Bütün dünyanın kişilərinin başı bir istiqamətdə daha yaxşı işləyiir desəm, yenə də məni daşa basan olmaz, yəqin. Ən ağıllıları «mən belə deyiləm» deyib yaxasını kənara çəkə bilər. Filippində brakonyerlər meşəbəyi və polislə mübarizənin çox maraqlı yolunu tapıblar. Meşəni qanunsuz qırmaqda onlara çılpaq qadınlar kömək eləyir. Orijinal taktikanı ölkənin paytaxtı Maniladan 90 kilometrlikdə yerləşən ərazilərdə meydan sulayan «yaşıllıq düşmənləri» tətbiq eləyir. Onlar qadınları işə götürür. Bu qadınlar yarıçılpaq, ya da tam çılpaq vəziyyətdə (yəqin ən amansız polislərə qarşı məhz onları işə buraxırlar) meşədə gəzişirlər. Bu səhnələri (səhnənin incə məqamlarını özünüz fantaziya eləyib lap uydura da bilərsiz) müşahidə edən polislər və meşəbəyi utancaqlıq keçirir, ya da «amazonkalara» yaxın gəlib sonradan seksual təcavüzdə günahkar bulunmaqdan qorxaraq həmişəki marşrutu dəyişməli olurlar. Bu vaxt brakonyerlər öz işini rahatcana görür. Hətta deyilənə görə polis (yəqin onların da acgöz və nadan polisləri də olur) çılpaq qadınları həbs eləyə bilmir. Çünki sonradan seksual təcavüz ittihamı ilə məhkəmə qarşısında ifadə vermək istəmirlər. Hə, bunu bizimkilər də sevmir. Maraqlıdır ki, qabaqlar brakonyerlər bambuk nizələrdən, tüfənglərdən, bıçaqdan istifadə edirmiş. Yəqin ki, çılpaq qadınların istifadəsi bu məsələdə inkişafa doğru bir addım sayıla bilər.
İndi bundan sonra yazsam ki, qadınların soyunması inkişaf əlamətidir, yəqin məni lap elə də qınamazlar. Amma məncə qadınlar əlacsızlıqdan soyunur. Bütün zamanlarda qadının soyunmasına bir hay gərəkmiş kimi bunu çox rahatlıqla eləməyi bacarıblar. Qadınlar əlacsızlıqdan və ən vacibi özünə diqqəti çəkməkçün soyunur. Ölkənin qadın əhalisi gündəyməz yerlərini bayırda qoymaq istiqamətdə irəliləyirsə deməli yerdə qalan kişi əhalisi etinasızlıq göstərir. Gün kimi aydın, ay kimi sirli məsələdə əsas məqsəd kişinin diqqətini çəkib sonradan (ikinci məqsəd olmasa birincinin bir qəpiklik mənası olmaz) özünə bərk-bərk bağlamaqdır. Əlbəttə, zəmanə ağırdır, uşaqları kim böyüdəcək, yedirdəcək, geyindirəcək, ev-eşik sahibi eləyəcək? Bu ümdə, deyərdim ki, ümumbəşər məsələdə bütün dünyanın qadınları əl-ələ verib. Bircə kişilərin xəbəri yoxdu, deyəsən. Eybi yox, qoy onların başı qadınların başıboşluğu haqqında lətifələr danışmağa qarışsın, biz öz işimizi görəcəyik.
İndi desəm ki, dünyanın bütün qadınları elə bir bezin qırağıdı, yəqin qadınlarımız inciməz. Sadəcə kişiləri yanında saxlamağın hər millət öz vasitəsini düşünüb tapıb və şifahi ənənələr şəklində, folklor kimi dildən-dilə ötürməklə miras verirlər. Məsələn, alman qadını kişisini yeməklə əldə saxlayırsa (əla pivənin burda yaranmasını kişilər öz adına çıxarsa da) ingilis qadını bu işi tərbiyəsi ilə eləyir. Odlu alovlu ispan qadını ehtirasla, kubalı qadınlar rəqslə, polşalılar nəvazişlə, çinlilərsə yaltaqlıqla kişini ayağından qırağa buraxmır. Həmin bu işi qaraçılar oxumaqla, meksikalılar qisaslə, yəhudilər səbrliliklə, ukraynalılar dəyənəklə, zəncilər bacarığıyla, yunanlar gözəlliyiylə, amerkalılar iş bacarığıyla, fransızlar bədəniylə, ermənilər qışqırığıyla, ruslar içməkdə ustalığıyla həyata keçirir. Bütün dünyanın qadınları adı çəkilən sahədə necə deyərlər «külüng vuran» vaxtı azərbaycanlı qadınlar həmən missiyanı uşaqlarıyla icra eləyirlər.
İndi də düşünürəm ki, qadınlarımızın kişini özünə uşaqlarıyla bağlayır desəm, «yalan deyirsən» deyib heç kim ağızımıni üstündən vurmaz. Kasıbın da nəyi olmasa da uşaqları bir düjün, ya da uzağı yarım düjün olur. Bəzən azərbaycanlı qadın vertuozluq eləyib evin bircəcik uşağıyla kişinin bütün həyatını məhv eləməyə nail olur. Bələkdəykən qızına cehiz yığmaqnan, 2 yaşlı oğluna ev aldırmaqnan Bəzən körpəyə pampers almaq xahişi oğlunu əskərlikdən azad eləmək tələbi də üst-üstə düşür. Amma sonda bütün ümumbəşəri vasitələr işləməyəndə qadınlar yenə də soyunmağa başlayır. Xeyr, istidən, dəbdən, şəhvətdən yox, diqqətsizlikdən və etinasızlıqdan soyunur. Heç gör isti ərəb ölkələrinin qadınları soyunmaq tələbini dilinə gətirir? Onsuz da onların kişiləri qaynardır…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?