Bu günün ən çox oxunan informasiyalarından biri də intim həyat və onun
artıq qaranlıqda qalmayan detalları barədədir. Məsələn, oxuyuruq ki,
müasir qadınlar seksdənsə kompüteri üstün sayırlar. Yəni ki, sosial
şəbəkələr və vertual əyləncələr artdıqca minilliklər boyu kişini həyatının
mənasına çevirmiş qadın boş vaxtını kişi ilə deyil, kompüterlə keçirməyi
üstün bilir. İndiki kompüterlər də ki, maşaallah, dəqiq görünüşlü kamerayla,
xüsusi səs sistemi ilədir, daşınması rahatdır. Harda ürəyin istəsə yerləşdir
və kişilərdən olmasa da həyatdan ləzzət al. Bir də ki, normal intim
münasibətdə zöhrəvi xəstəlikdən tutmuş adi dava-dalaşadək hər cür fəsad
var. Kompüterdə həmsöhbətin zəhləni tökdüsə bircəcik düyməni basıb əhvalını
korlanmağa qoymursan.
«Women at NBCU» əməkdaşlarının ABŞ-da təzəcə aparılmış sosialoji sorğunın
nəticələri hələ də qadınlarla maraqlanan kişiləri ruhdan sala bilər.
İnternetin inkişafı seksi sıxışdırıb çıxarmaqdadı v zəif cinsin həyatına
elə soxulub ki, kişilər bu vəziyyəti düzəltməkçün çox çalışmalı olacaq.
Müasir qadındısa yəqin, əlində smartfonu olan mobil telefonu var ki,
ona lap nəqliyyatda da ünsiyyətə girməyə imkan verir. Burda oyunlar
da var, əyləncələr də, zarafatlar da, emosiyalar da. Bir sözlə kişidən
öz xoşuyla ala bilmədiyi hər bir şey. Kişilər də müasir texnologiyalarla
maraqlanır və bəlkə qadınlardan da artıq onlardan istifadə edirlər.
Amma qadınlardan fərqli olaraq kişilər müasir texnologiyaları qadın
ovuna uyğunlaşdıraraq qədim adətlərinin daha da itiləşməsinə xidmət
etdirirlər. Yəni ki, kişi üçün sosial şəbəkə bütün özəllikləriylə bərabər
üstəlik qadın tapmağın daha rahat üsuludur. 18-54 yaşı arasında qadınlar
arasında keçirilmiş sorğuda məlum olub ki, həyat üçün ən vacib 3 məsələ
qadın üçün internet, yuxu, duş qəbul etməkdirsə kişi üçün internet,
yuxu və seksdir. Bu minvalla getsə qadınlar real həyatdan lap uzaqlaşa
bilər. Kişilər onları yenidən geriyə, canlı həyata qaytarmağın yolları
üzərində düşünməli olacaqlar. Mən belə məsələlərdə dahiyanə kişilərdən
məsləhət almağı önəmli bilirəm. Çünki kəmiyyət və keyfiyyət məsələsində
tarixdə iz salmış kişilər var:
Ən fərasətli və seks məsələsində ən yorulmaz adam Çin imperatoru, Yandi
sülaləsindən olan Suy adlı imperator olub. O, ləzzət almaq barədə bəlkə
də çempion ola bilərdi, əlbəttə əgər müsabiqə təşkil edilsəydi. Həyatının
əvvəlində çoxlu qəhrəmanlıqlar edib dövlət işlərini səliqəyə salandan
sonra o, hakimiyyətdən, dövlət qayğılarından aralanıb «sevgi dənizinə»
baş vuraraq özünü seksə həsr elədi. Onun yatağındakı monumental «döyüş»
səhnələrində 7 qanuni arvadı, 72 saray xanımı iştirak edirdi. Bundan
əlavə sarayda 3 min kəniz saxlanırdı. Bu kənizləri onun üçün ölkəni
bütün nöqtələrindən axtarıb tapır və gətirirdilər. Dünyanın hər üzünü
görmüş imperator yataqdakı yenilikləri çox çevirdi və ona yeni ləzzət
duyğusu bəxş etmiş hər kəsi şah kimi mükafatlandırırdı. O, harasa yola
çıxmalı olurdusa içində çılpaq kənizlər oturmuş 10 araba onun ardıyca
gedərdi. Yəqin ki, belə bir kişi qadını kompüterdən qoparmağın da yolunu
yaxşı bilərdi. İfrat sevgidə ad çıxarmışlardan biri də Qay Yuli Kaliquladı.
O öz atını da, doğma bacısını da böyük məhəbbətlə sevirdi. Fransız kralı
15-ci Lüdovik isə bütün fransız monarxları bu məsələdə kölgədə qoyub.
O, «Maral parkı» adı altında tanınan pansion saxlayırdı. Versal parkındakı
kiçik evlərdə saxlanan qadınlar kralın ən sevimli məşuqəsi, madam Pompadurun
seçimiylə bura layiq bilinirdi. Qadını ələ almaqda daha bir personaj
Cakomo Kazanova da ad çıxarıb. O, gözə gəlimli olan hər qadını sevirdi,
qadınlar da onu. Əgər onların arasına kompüter girsəydi inanmıram ki,
bu qadınlar onu atıb vertual sevgiyə qurşanardı. Amma bu məşhur məşuq
qocalığında tənhalıqda dünyasını dəyişdi. Ah, qadınlar! Yəqin onu yeni
bir oyuncağa dəyişdirdilər.
Sevgi cəbhəsində adı çıxarmışlardan biri də markiz de Saddır. O, əslində
kitablarındakı kimi qana susamış deyildi. Bip balaca kötəklənməklə cuşa
gəlirdi. Amma bu ehtirasının, daha doğrusu yazdıqlarının müqabilində
bütün qadınların fikrinə hakim kəsilsə də ömrünün ən gözəl illərini
ya Bastiliyada, ya da dəlixanada keçirib. Qadını ram eləmək məsələlərində
1-ci Pyotrla da məsləhətləşmək olardı. Onun seksual iştahası da böyük
di. Bəlkə də ona görə hamı dediyi kimi soyuq suda soyuqlamaqdan deyil,
sifilisdən ölüb. Rus şairi Puşkinin «qalant siyahı»sında 130 rəsmi «qurban»ın
adı vardı. 365 kitabın müəllifi Aleksandr Dümanın qadınlarının sayı
kitabları qədər idi. Balzak 200 qadınını xatırlayırdı. Kəmiyyət məsələsində
Cimmi Hendriks hamını gölcədə qoub. Cəmi 28 il yaşamış qitaraçının mindən
artıq qadını olub. Yəni bu qədər qadının ürəyini almış kişi sevgilisini
kompüterdən qopara bilməzdi?
Lavrenti Beriyanın adını da məşhur məşuqlar arasında çəkirlər. O, üstəlik
zorakı idi. Onun xüsusi öyrədilmiş adamları vardı ki, avtomobildə şəhərdə
gəzişib gözəgəlimli xanımları maşina basıb oğurlayırdılar. Beriyanın
evinin altındakı zirzəmidə barmaqlıqlar arasından çıxan qadın çığırtılarını
eşitməmək üçün həmən küçədən heç kim keçmirdi. Çarli Çaplini də qadınsevərlər
arasına salırlar. Amma onun lap sütül, azyaşlı qüzlarçün ürəyi gedirdi.
Deyirlər ki, keçmiş Amerika prezidenti Con Kennedi də yaman qadınpərəst
idi. Merilin Monro ilə əhvalat ayzberqin yalnız görünən tərəfi idi.
O, Ağ evin basseyni ətrafında elə orgiyalar təşkil edirdi ki, çağırılan
qadınlar parlament qarışıq bütün Ağ ev əməkdaşlarına kifayət edirdi.
Bütün bunlar onun gözəllikdə ad çıxarmış arvadının gözləri qarşısında
baş verirdi. Yəqin o vaxt kompüter və vertual ünsiyyət indiki kimi olsaydı
qadın gözü yaşlı gəzmək əvəzinə dərdini yazıb internetdə bölüşərdi.
Müğənni Xulio İqlesias da qadınpərəstlikdə ad çıxarıb. O özü 500 nəfəri
boynuna alır. El arasında rəqəmin 10 dəfə artıq olması barədə danışılır.
Müğənni deyr ki, sevgi naminə ölməyə belə hazırdır. Amma bu məsələdə
«Pleyboy» jurnalının yaradıcısı 89 yaşlı Xyu Xeyneri qabaqlayan hələ
ki, yoxdur. O, yatağından keçmiş 2 min qadını xatırlaya bildiyini müsahibələrin
birində demişdi. O, indiyədək zəngin malikanəsində geniş xalatda gəzişib
dəlicəsinə ziyafətlər keçirdir və hazırda 3 sarışınla birgə yaşayır.
Yəqin ki, qadını kompüterən qoparmağın sirrini ondan yaxşı bilən olmayacaq…