Ağ və Qara

yaxud oyunçu aparsın

Həyat siz düşündüyünüz qədər sadə deyil. O lap sadədir.

Yəqin ki, şaxmat oyununu hamı müşahidə eləyib. Maraqlı oyundur. Bir vaxtlar şaxmatla çox ağıllılar, çox biliklilər maraqlanardı. «Aha, şaxmatla maraqlanırsa deməli başı işləyir» deyərdilər. Şaxmat taxtası arxasında iki layiqli rəqib qarşı-qarşı dayanıbsa daha maraqlı olur. Bir qaralarla, o biri ağlarla oynayır. Hərəsinin öz qoşunu, öz şahı və vəziri var. Öz sərkərdələri olan döyüş meydanında özünün qala qurmaları da olur. Bu oyunun öz atlısı, öz piyadası olur. Amma nədənsə oyunun nəticəsindən asılı olmayaraq atlı elə həmişə atlıdır, piyada isə piyada. Fiqurlardan kimisə yolunu addım-addım keçir, kimisə başqasının üstündən addayıb tullana bilir. Burda da şahın dalındla toplar daha yazşı dayanır. Qabağa isə zəifini, piyadanı verirlər. Qırılanda da qırılır, amma gücdü fiqurların oyununa imkan yaradır. Yalnız zirək, özükimiləri arxada qoyub addım-addım irəliyə bilən piyadalardan seçmələri düşmən tərəfə çatanda dönüb vəzir ola bilirlər. Bax onda sehirli çevrilmərin reallığını öz gözümüzlə görə bilirik. İndi həmən piyadanın qılıncının sağı da kəsir, solu da. Deyəsən, bu situasiya sizə də tanış gəldi…
Şaxmat taxtasında hər şeyi görmək olur. Lap real müharibədəki kimi. Bu oyunun öz taktikası və strategiyası var. Hücumu mərkəzdən, ya da cinahlardan, müdafiəni də eləcə müxtəlif pozisiyalardan qurmaq olar. Burda da özünkünü rəqibinə qurban verməklə hücum kombinasiyası qurmaq olur. Burda buna satqınlıq demirlər. Şaxmat bataliyalarında da sərkərdələr, sıravilər məhv olur. Yalnız şahlar bu boyda qurbanlar verəndən sonra öz canını qurtararaq rəqibə təslim olmaqla sağ qalırlar. Sağ qalırlar ki, ardını yaşaya bilsinlər. Sağ qalırlar ki, düşmən baxıb sevinsin. Gör bir, lap həyatdakı kimidir…
Eyni səviyyəli oyunçuların partiyasında kimin udacağını qabaqcadan demək çətin olur. Amma ağ fiqurlarla oynayanın həmişə üstünlüyü olur. Ola bilər ki, bu üstünlüyündən bacarıqla yararlanıb oyunu udsun. Ağ bilir ki, o birincidir. Bütün ağla oynayanlar birsə ki, birincidir yəqin uduzmazlar. Onda qaralar sevinməz. Onsuz da udmuş, ya uduzmuş ola, bir oyun bitən kimi o birisi başlayacaq. Həmişə ağlardan olmaq da olmur.
Hələ ağ-qara filimlər yaranmamışdan, ağ-qara fotolar çəkilməmişdən əvvəl ağlı-qaralı həyat yaşayan insanlar ağ qara damalı oyunu- şaxmatı oynayarmış. Yəqin bu oyun udmağı və uduzmağı da öyrədərmiş. Bir növ həyatın repetisiyası kimi. Hələ ağ-qara dilləri olan pianolar dillənməmişdən əvvəl insanlar həyatın klavişlərini tərpədərdilər. Həyatın qara dilləri olmasaydı yəqin ki, həmən alətdə çalınan musiqi də maraqsız adlınardı. Həyat nə ağdı, nə də qara. Həyat rənglidir. Bütün rəngləri qarışdıranda qara alınır. Spektrin bütün çalarları lazımi nizamla bir-birinin ardıncı düzüləndə isə ağ işıq əmələ gəlir. Deməli, işıq nizamdan düşən kimi qaranlıq çökür. İnsanlar da nizamsız olanda həmişə qaralar qalib gəlir.
Ağ və Qara. Xeyir və Şər. Həmıya tanış qarşıdurma. Bəs sən kimlərdənsən, heç bilirsən? Heyif, Xeyir və Şərin sərhəddində gömrük olmur. Olsaydı ən böyük qazancları burda toplamaq olardı. Bunun adını qazanc da qoya bilərsən, rüşvət də. Onsuz da hamı bu anlayışları çaşdırır. Ayağını cəbhənin o tayına qoyan kimi necə deyərlər «Əlin cibində olsun». Xeyirin tərəfinə keçdin vergi ver, Şəri dəstəklədin, yenə də… Əslində Xeyir və Şər arasındakı oyun çoxdandı ki, bitib. İnsana bircə o qalır ki, kimlərdən olduğunu müəyyənləşdirsin. Onu da bil ki, Allahın əmriylə şahmat oyunundakı ağlar kimi Xeyirin də ilk gediş eləmək hüququ var. Əlbəttə, bu oyunda da həmişə Xeyir qalib gəlmir. Xeyir və Şərin mübarizəsində həmişə İnsan qalib gəlir. Amma bu ki, son oyun deyil…

 

 


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?