Qaçan qurbağaların nağılı
Uçmaq istəyənlərçün autotreninq

Harda gəldi ruhdan düşmə,
ayaq altında qalarsan.
Laruşfuko


Belə bir pritça var, amma nədənsə lap nağıl kimi başlayır: Biri vardı, biri yoxdu. Yer üzündə balaca qurbağa balaları vardı. Onlar o qədər balacaydı ki, bəzən torpaqdan, bəzənsə yarpaqdan heç seçilmirdi. Onlar bir-birinə o qədər bənzəyirdi ki, elə bil almanı min yerə bölmüşdülər. Heç anaları da onları ayıra bilmirdi. Bu balaca qurbağalar yığışıb qaçış üzrə yarış keçirməyə qərar verdilər. Qabaqlarına da özlərindən çox böyük məqsəd qoydular: Onlar uca bir qüllənin başına dırmaşmalıydı.
Tamaşaya o qədər canlı yığışmışdı ki, onların arasında qurbağalar heç görünmürdü. Toplaşanların əksəriyyəti balaca qurbağaların «axmaqlığına», «yekəbaşlığına», «nadanlığına» gülməkçün vacib işlərini qoyub gəlmişdilər. Zirvəyə can atan qurbağanı həmişə görmək olmur ki?!
Yarış başladı. Tamaşaçılardan heç kim inanmırdı ki, balaca qurbağalar yüksəklərə ucala bilər. Axı qurbağalar sürünənlər sinfindəndi. Göylərdə pərvaz eləmək onların qisməti deyil.Yerdən replikalar da səslənirdi: «Bu çox çətin məsələdi», «Onlar heç vaxt zirvəyə çata bilməyəcəklər», «Qüllə çox hündürdür, onların şansı yoxdur»....
Balaca qurbağalar bir-bir yıxılmağa başlayır. Bir-birinin ardınca sürüşüb onlara hürüldayanların ayaqları altına düşürdülər. Amma bəzilərində ikinci nəfəs açılır, tullanır, gücünü toplayıb hoppanır, bir az da irəli gedirdilər. Kütlənin gözü doymurdu elə bil: «Heç vaxt ola bilməz!!! Mümkün deyil! Bunu heç kim bacarmaz!». Bu sözləri eşidən qurbağalar ruhdan düşürdü və bir–bir sıradan çıxırdı.
... Amma BİRi daha da yüksəyə qalxır, hamısını arxada qoyurdu. O boyda qurbağalar dəstəsindən cəmisi BİR qurbağa məqsədinə çata bildi. Qalanı kimi yoruldu, kimi şübhə elədi, kimisi geri qaldı, kimisi güc çatdıra bilmədi. Bax ONDA bütün qurbağalar qabağa düşən qurbağanın kimliyini bilmək istədi. Onun başına toplaşdılar, onu süal yağışına qərq elədilər: «Axı sən bu zirvəyə necə qalxa bildin?!». Elə onda məlum oldu ki, qalib qurbağa kar imiş. Ətrafının, cəmiyyətin sözlərini eşitmir, onun barəsində deyilənlərdən heç xəbəri də yoxdu.
Bu pritçanı ağıllı adamlar yazıb, amma nəticə çıxarmaq bizlikdi. Heç vaxt pissemizmini, neqativ əhvalını sənin çiyinlərinə yükləmək istəyənlərə qulaq asma! Onlar sənin ən qiymətli, ən istəkli arzularını əlindən ala bilərlər, daha doğrusu alırlar da. Axı bu arzuları sən öz ürəyindən incəliklə, varlığının bütün nəfiq hissləriylə bəsləmisən. Onları başqasının əlinə vermə!
Sözün qüdrətini də unutma! Axı eşitdiyin, oxuduğun yaddaşının dolambacında gizlənib vədə pusur ki, sənə arxadan zərbə vursun. Özünkünü, öz daxili enerjinlə bəslədiyin arzularını yad fikirlərdən qorumağı öyrən. Xeyr, bu heç də əlacsızlıq deyil. «Min dərdin min bir dərmanı olar» - deyib atalar. Bütün dərdlərin əlacı hadisələrə müsbət bucaqdan daxmağındı. Bu bucağın dərəcəsini də sənə heç kim göstərməyəcək. Özün ölçüb biçəcək, hayatından kəsib doğrayıb, artığını atıb müəyyənləşdirəcəksən.
Bir də ki, hərdən bir kar olmağı da öyrən. Sənə «Arzuların əlçatmazdı», «Sən kainatın bir tozu da ola bilməzsən», «Alınmayacaq, mümkün deyil» deyəndə özünü karlığa vur. «Mən bacaracam» deyib həmin o qurbağa kimi irə çıx. Amma bil, zirvəyə can atarkən unutma ki, bu Olimp dağı yox, Zizuvi vulkanı da ola bilər. Həmişə kiminsə ucalmaq cəhdləri başqa birisinin alçaqlığı ilə yarımçıq qalır...
Sən dünyanı dəyişə bilməzsən, amma sən dünyaya olan münasibətini dəyişə bilərsən. Yuxarıda yazılanlardan heç biri alınmasa onda əllərini yanına salma. Planetin bir küncündə durub taksi gözləyirmiş kimi dayan və avtostop üçün əlini hazır saxla. Sənin arzularına uyğun planet yanından şütüməyə cəhd edərkən var gücünlə «Saxlayın dünyanı, rica edirəm, mən düşmək istəyirəm!!!» çığırarsan...

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?