Güllü günlər
İnsanlar gül açmaq əvəzinə şəhərlər çiçəkləyir

Xatırlamış olarsız, Sovet dönəminin uzun illər şlyaqeri olmuş bir mahnı vardı: «Milyon al qırmızı qızılgüllər». Alla Puqaçovanın ifasında səslənməyə bəndmiş bu mahnı yaşlı, cavana baxmadan hamının ürəyinə girdi. Mahnının sözlərinə görə kasıb, vurğun rəssam sevdiyi aktrisanın nəzərini hes olmasa bir neçə dəqiqəlik çəkməkdən ötrü ev-eşiyini, rəsmlərini hamısını sataraq al qırmızı qızılgüllər alır. Səhər sevgilisi pəngərədən bayıra baxanda küçəyə səpilmiş milyon qızılgülləri gördükdə heyrətdən ağzı açıla qalır. Vəssalam… Hə, bir də ki, sonuncu kupletdə deyilir, həmən günün gecəsi qatar qadını uzaqlara aparır.
Məncə mahnını dinləyərkən hamı özünü pəncərədən bayıra baxan aktrisanın yerinə qoyurdu. Küçə gözəl, tər çiçəklərlə dolu ikən o, sevgi dənizində çimirdi. Amma bədbəxt rəssamın gününü fikirləşən olurdumu? Yaxud kimsə özünü onunu yerinə qoymaq istərdimi? Ən vacibi, gecə qatar sevgilisini uzaqlara aparandan sonra bu yazıq başını hara soxub yatacaqdı? Harda yaşayıb yaradacaqdı? Deyəsən, bu günlərdə keçiriləcək gül bayramından sonra bizim özümüzü yazıq rəssamın yerinə qoymaq şansımız da olacaq.
İnsanlar sevgisini çiçək yağışıyla izhar eləməyi sevir. Sevdiklərinin ayaqları altına gül səpməyi, küçələri təzə tər çiçəklərlə bəzəməyi, qucaq-qucaq güllər verməyi, xərclərini nəzərə almadan səpələməyi də. Ölkələr var ki, iqtisadiyyatını gül üzərində qürüb. Məsələn, Hollandiya deyəndə qarınqulu insanlar pendiri fikirləşər, amma qalanları ilk əvvəl çiçəklərini bütün dünyaya yaymış ölkəni gözünün qarşısına gətirər. Əgər qismət olsa, Hollandiyaya gedəsi olsaz, nəbadə ordan bir gül soğanağa gətirəsiz. Gömrükdə bunu kontrabanda sayıb sizi həbs də eləyə bilərlər. Yəni ki, milli sərvətləri daşıyıb aparırsız. İngiltərədə də bağbanlıq prestijli peşələrdən biri sayılır. Kolumbiya isə bütün dünyaya gül eksportu eləyir. Bü məsələdə hələ cavan olsa da (gül biznesinə onlar gəmi 40 ildi ki, baş qoşublar) Kolumbiya keçən il gülçülükdən 1,1 milyard dollar gəlir götürüb. Kolumbiya gülçülərinin azərbaycanlıları gül bazarından necə çıxarmasının mexanizmini dəqiq bilmirəm, amma məlumdu ki, Rusiya onların ən qiymətli müştərilərindən biridir. Ona görə də bu il 9 may qələbə bayramında Moskvanın Qızıl meydanını, küçələrini kolumbiyalılar gülə bələyəcək. Qələbə gününə Kolumbiya rus xalqına 100 min gül bəxşiş edəcək. Üstəlik bunu rus xalqının İkinci Dünya savaşında roluna görə kolumbayalıların minnətdarlığı kimi qəbul etməsini xahiş edəcəklər.
İkinci Dünya savaşında neftimizə gözə müstəsna rolumuz olması barədə düşünməkdə davam edərək biz bu il öz küçələrimizi güllə bəzəyəcəyik. Bunu bizə heç kim bağışlamayacaq, bəxşiş eləməyəcək, pəncərəmizin altında bədbəxt rəssam da olmayacaq. Gül bayramı Azərbaycan xalqının öz-özünə hədiyyəsidir. Gül bayramları təcrübəsi zəngindir. Adətən bu jesti özünə imkanlı, rifahı yüksək, əmin amanlığı olan şəhərlər icazə verə bilir. Yəni ki, ölkədə sülhdür ki, uşaqlar asfaltda gül və göyərçinlər çəkər. Torpaqları işğal altında olan uşaqlar mütləq tank və tüfəng rəsmləri çəkməlidi. Yoxsa bu özü də bir riyakarlıq olar. Xalqın maddi durumu stabil olmalıdı ki, valideynlər bu günü gəzməyə çıxmağa imkan tapsınlar, balalarıyla birgə bu gününə şükür deyib gəzsinlər. Təzəlikcə güllələnmiş uşaqlarının bədəni soyumamış valideynlər bu gəzintiyə necə qoşulsun axı?
Şəhərimin gülə bələnməsini mən 1990-cı ilin yanvarın 20-də görmüşəm. Onda insan seli cənazələri yox, sanki qərənfillər dolu tabutlar daşıyırdı. Bəlkə də bundan sonra şəhəri gülə bələmiş Avşeron gülçüləri bizneslərindən əlləri soyudu və yerlərini kolumbiyalılara verdi. Odu, budu indiyədək qərənfillər xalqdan reabilitasiya ala bilmir. Hes kim sevgilisinə qərənfil bağışlamır. Əslində bu durumda gül bayramının keçirilməsi xalqın milli keyfiyyətlərindən irəli gəlir. Görürsən ki, bir ailə necə deyərlər acından günorta durur. Amma son qəpiyini verib özünə bir qızıl əşyası alır ki, adam arasına geyib çıxsın. Nə olsun, əvəzində evində kanalizasiyası işləmir. Gül ğayramını keçirmək bir ailə başçısının toyda bir paçka pulu şabaş atması qədər tez-tez rast gəlinən hadisələrdən biridir. İndi 15 milyon artıq, ya əskik fərq eləməz. Onsuz da bu xalq gəlirini-çıxarını bilmir.
Bayramlı, ya belə burda kimsənin üzü gülmür. İnsanaları gül kimi qucaqlamaq istəyən şair Vayif Bayatlı Odər demiş: «İnsanlar gül olmaq, gülə çevrilmək istəmir. Gildən yapılmış insanlar nə şeir, nə də gül istəyir. İlahi, sən neynədin, güllərdən gil ətri gəlir». Gilə çevrilməmişdən əvvəl bir gül bayramında gəzək. Gillə qohumluğumuzun rəmzi kimi böylgələrdə qırmızı, gilli yağışlar da yağıb güllərimizin ətrinə qoşuldu.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?