Ağ kağız, yoxsa bahalı kətan?


Təmiz, bakirə insanları, uşaqları bəzən ağ vərəq adlandırırıq. Yəni ki, o qədər təmizdi ki, üstündə hələ heç nə yazılmayıb. Yaşadığı ömür ora hələ iz salmayıb. Nə yaxşı, nə də pis mənada bəyazlığını pozan olmayıb. Bu ifadəni hamı bilir, amma onun mənasını uşaqlara başa salmaq çətin olur.
Uşaq nə bilsin ki, təmiz, bəyaz olmaq nədi? Təmizlik onun normal halıdır, o, hələ ki, başqasını tanımır. Ona silinmz ləkə salan olmayıb, həyatında qara iz buraxan fikirlər beyninə hakim kəsilməyib. O, elə bilir ki, ətrafındakı rəngbərəng həyat elə onun kağızının rəngidir. Nə vaxtsa bir gün gəlir ki, bu kağızda ilk yazılar yazılmağa başlayır. Müəllimi , yol göstərəni, əlindən tutub qələmini yönəldəni varsa yazılar gözəl, mənalı olacaq. Olmasa uşaq əlinə keçən ilk qələmlə həyatını başdan-başa boyayacaq, özünü ətrafının bütün rənglərinə bulaşdıracaq.
Uşaq olanda mən də ağ kağız olmağın mənasını anamdan soruşmuşdum. Nə dediyi yadımda deyil. Yəqin ki, əsil azərbaycanlı qız anası kimi təmiz və bakirə olmaq barədə çox mənalı bir söz demişdi. Sonra böyüyüb başqa bir ananın öz qızına dediyini öyrəndim. Onun dedikləri mənim anamın doqmalarını sıxışdırıb yaddaşımdan çıxardı. Çünki daha mənalı və yaddaqalan idi. «Ağ kağız nədir?» sualının cavabını verməkçün bu qadın kağız və qələm götürdü və fikirlərini əyani şəkildə təsvir elədi:
- Bax mən sənə göstərim, qız ağ kağızdı, oğlan rəssam. Rəssamlarsa müxtəlif olur. Həvəskar rəssam naşılığından nə çəkəcəyini bilməz. Onun beynində yalnız bir fikir var: «Mən rəsm çəkməyi sevirəm». O, vərəq götürüb bir rəngi o birinin üstünə çəkməyə başlar. Fıpçanı yumayıb o biri rəngə batırar. Rənglər qarışıb eybəcər alınar. Çəkilmiş rəngli ləkələrə rəsm deməyə adamın dili gəlməz. Axı nə qədər parlaq olsa da rəngləri qarışdıranda boz rəng alınır. Rəssam özü də çəkdiyi rəsmdən narazı qalar. Onu əzib tullayar. Sonra başqa birisini götürər. Beləliklə dəfələrlə ağ kağızlar rənglərin təcavüzünə məruz qalar. Nəticədə bu rəssam nəsə çəkməyi öyrənəcək, ya yox bunu kimsə bilməz.
- Həyatda əsil rəssamlar da var. Onlar bir rəngi o birinin üzərinə yaxmağa tələsməz. Bir yaxma rəng vurar, sonra onun qurumasını gözləyər. Sonra başqa rəngi üzərinə vurar. Rəngləri qatmaq istəsə naşılıq edib həddini aşmaz. Təmiz rənglərlə çəkmək maraqlı olmaz. Rəssamlığın əsil mahiyyəti də rəngləri bir-birinə məharətlə qarışdırmaqdadı. Həyatın da mənası duyğular, emosiyalarımızı ustalıqla işlətməkdədi. Belə rəssamlar rəsm çəkməyə ehtiyacı olanda yaxınlıqdakı köşkə qaçıb ucuzvari kağız almaz. Əlbəttə, belələri daha çoxdur. Bir kağıza görə şəhərin o biri başına gedənlər barmaqla sayası qədərdir. Həyatın rənglərindən baş açanlar istədiyi, gözlədiyi kətanı almaq üçün səbrini basmalı olur. Bəzən buna aylar, illər lazım gəlir. Ucuzvari kağız olmağa tələsmə. İmkan vermə ki, ilk rastına çıxan «rəssam» səni boz rəngə boyasın. Göy qurşağı olub öz rəssamını gözləməyə səbrin çatsın.
Mahiyyətcə bütün bunlar mənim anamın dediyindən o qədər də fərqlənmirdi. Amma bizdə analar qızlarına həyatı başa salmaz. «Olmaz! Vəssalam!» deviziylə əsrlərlə bizi böyüdüblər. Bəs niyə olmaz? Sualının cavabnı kim verəcək? Kimsə ağ olsa da keyfiyyətsiz kağız, ya da daha pis, su dəyən kimi əriyən tualet kağızı olmaq istəməz. Xəyallarında hamı özünü bahalı çərəivəyə salınmaş kətan kimi sanır və ətrafdakılardan özüylə belə davranmağı tələb edir.
Kağız, ya da kətan olmaq çətin deyil. Amma rəssam olmağı öyrənirlər. Rəssamlar çəkməyi öyrənənədək nə qədər kətanı zay eylər?.. Amma onlar ilk uğurlu işini əzizləyib saxlar. Səhvlərinə, ondan sonra qazandığı bütün uğurlara baxmayaraq onu əsərlərinin tacı sanar.
Rəngsiz həyat da kimsəyə lazım deyil. Həyatının sonunda hələ də ağappaq qalmış insanların halına acıyırıq. Zaman keçdikcə yazılmayan bütün ağ vərəqlər saralar. Emosiyalar, hissiyyat,duyğular rənglərdən betər, israfçılıq edəndə sıçrayıb ətrafını da bulayır. Bəlkə ona görə bütün dinlər insan emosiyalarının qarşısını almağa, səbirli, təmkinli, olmağa çağırır? Duyğusal insan həmişə xəta yapar.
Milli mentalitetimiz qızları ağ kağız olmaqdan başqa heç nəyi öyrədə bilmir. Qırağı qızıllı, möhürlü, çəhrayı, mavi naxışlı kağızların olduğunu bilən yoxmu? Oğlanlarımıza da rəssamlıq dərsi keçən olmur. Onlar rəsmə divarlarda, hasarlarda söyüz yazmaqla, tində atılıb qalmız kağız qırığını cızıqlamaqla başlar. Amma bir də gözünü açıb gürürsən ki, durduğun yerdə şedevr yarandı. Hansısa rəssam kətan üzərinə elə naxış salıb …

 

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?