«Das
Ist Fantastisch!!!»
Yəni, bu ki, fantastikadır!!!
Bu koloritli ifadə son zaman «Hochland» pendirinin reklamından yadda
qalıb. Reklamda uşaq atasından soruşur: «Ata, yadplanetlilər varmı?».
Valideyn isə «Yox, oğlum, bu fantastikadır!» cavab verir və pendiri
yeməkdə davam edir. Sonra kadr dəyişir və bu tipli dialoq yadplanetlilər
arasında baş verir: «Ata, yerdə insan varmı?» - «Yox, oğlum, bu fantastikadır!!!».
Yəni ki pendirini yeməkdə davam et. Sonradan bu reklamın eyni mətnlə
amma yeni personajlarla- lampadan çıxan cin, tüklü qar adamı ilə variantları
ekrana çıxdı. Reklamda həm insanlar, həm də yadplanetlilər, tüklü məxluqlar
ağzındakı saqqızapənzər pendiri gövşəməklə bir növ «Pendirin varsa,
şükür et və yeməyindən qalma» fikrini aşılayır.
Oxucular başlığa çıxardığım ifadəni mənə bağışlasın, amma bu cür koloritli
başlıqdan yan keçmək mümkün deyil. O, keçən əsrin 80-90-cı illərində
çox işlənən bir ifadədir. Dilimizə alman porno çarxlarından gəlib: «Ya,
ya! Das Ist Fantastisch!!!». Bu başlıq insanın ən ümdə instiktlərini
qısa şəkildə ifadə etməyə qadirdir. Çünki onu yemək üçün də, gözəl ev-eşik
üçün də, qadın üçün də demək olur. Azərbaycanda qardan sonra yerdə qalaqlanmış
zibil adalarını tapdalayıb keçəndən sonra Avropa həyatına monitorlarımızdan
boylananda dilinə «Das Ist Fantastisch!!!»dən başqa ifadə gəlmir.
Porno demiş, Avropada qəbul olunmuş yeni qanunlar yadıma düşdü. Eşitmiş
olarsız, Avropa Birliyində böyük skandal var: təmbəllər, tüfeylilər
büdcəni dağıdır. Araşdırmalar göstərib ki, məsələn, Belçika və Valloniyada
20 il guya iş tapa bilməyənlər var ki, heç işləmək fikrində də deyillər.
Onlar ayda 900 avro alır, dəbdəbəli olmasa da normal yaşayış sürürlər.
Təkcə Valloniyada 188 min işsiz var. Onların 77 faizi işsizliyə görə
müavinət alır. Onların da 3 faizi 15-20 il «nə qədər çalışsalar da nə
küçə süpürə bilir, nə də ki, qab yuya». Bununla belə büdcədə 40 peşə
üzrə defisit var və bu işləri gəlmələr məmnuniyyətlə görür. Büdcədə
qoca və tənha adamlara ayda 40 avro vəsait nəzərdə tutulub ki, özünü
öldürmək, kiməsə cummaq əvəzinə qırmızı fənərlər məhləsinə gedib 40
avronu fahişəyə xərcləsinlər. Sonra isə qırmızı fənərin işığında Tanrya
bu günə görə şükür edib «Das Ist Fantastisch!!!» demək imkanı olsun.
Deyilənə görə bu 40 avro əla model üçün azdı, amma totuq, ortabab xalaşka
üçün kifayət qədərdir. Bir də ki, qocaya nə lazımdı, kimləsə söhbətləşsin,
dizindəki ağrılardan, padaqrasından danışmağa adamı olsun və ucuzvari
şərabı təklikdə içməsin. İndi böhran ilə əlaqədar olaraq qocaları bu
sonuncu ləzzətdən məhrum etmək istəyirlər. Hollandiya artıq bu qərarı
verib. Norvecdə isə əlillərə və şikəstlərə verilən bu tip müavinəti
kəsmək barədə çoxdan danışırlar. Deyirlər ki, bu yolla fahişəliyi dəstəkləmək
yaxşı deyil. Amma əlillərin hüquqları oralarda o qədər də asanlıqla
tapdana bilməz. «Das Ist Fantastisch!!!» bax budur e…
Bu mövzuda o qədər improvizə etmək olar ki…
- Ata, suyumuz həmişə gələ bilməzmi?
- Yox oğlum, bu fantastikadır.
- Ata, sənin maaşın 5 dəfə arta bilər?
- Yox, oğlum, bu fantastikadır…
- Ata, ola bilər ki, biz nə vaxtsa öz taleyimizi özümüz həll edək?
- Yox oğlum, bu fantastikadır!
- Ata, məktəbi bitirəndən sonra mən öz gücümə işə düzəlib heç olmasa
özümü təmin edə bilərəmmi?
- Yox oğlum, bu fantastikadır!
- Ata, mənim nə vaxtsa öz otağım olacaq görəsən? Bununsün babanın ölməyini
gözləmək istəmirəm.
- Yox oğlum, bu fantastikadı. O vaxta sənin evlənmək yaşın gələcək.
Uşaq basacaq səni. Sonra oturub bizim ölməyimizi gözləməli olacaqsan.
- Ata, de görüm yaxşı adamlar, təmənnasız xeyirxahlıq edənlər varmı?
- Pendirini ye və axmaq suallar vermə. Çünki bu da fantastikadı!
- Ata, qrup seksi varmı?
- Bəli oğlum, var. Amma bizim məişətimiz və maaşımızla bu da fantastikadır!!!