Ermənilərə minnətdarlıq


Məni qınamağa tələsməyin. Bu cümləni də başlığa yanmışdığımdan çıxarmışam. Düzün desəm, artıq bu tip informasiyaları həzm eləməkdən bezmişəm: «Ermənilər filan mahnımızı oğurladı», yaxud «Ermənilər filan mədəni abidəmizi özününküləşdirmək istəyir» və s. Bu seriyadan siyahını nağıllardakı padşahların əmr fərmanları qədər uzun-uzadı yazmaq da olardı. Amma…
Gəlin içimizin kin-küdurətini, verdiyimiz itkilərin ağrı-acısını silib ataraq hadisələrə obyektiv baxaq. Ermənilər Qarabağ tormağına göz dikməsəydi «Qarabağ bizimdi» şuarı doğulardımı? Ermənilər olmasaydı sakit, bülbüllərin cəhcəhəsindən feyziyab olan rəvan həyatımıza torpaq uğrunda mübarizə qatardıqmı? Yaxşı ki, ermənilər Topxana meşəsini qırıb çatdılar, onda minlərlə adam Azadlıq meydanına tökülüşdü. Çox əcəb elədilər ki, Qarabağı özününküləşdirməkçün tarixi faktları saxtalaşdırdılar. Əlləri qulaqlarının dibində elmi axtarışlarsız alim olanlar qəflət yuxusundan oyanıb araşdırmalar yapdılar. O qədər erməni yalanı ortaya çıxdı ki... Ermənilərin acığına nə qədər kitablar yazıldı, nə qədər tozlanmış arxiv materialları üzə çıxarıldı. Yaxşı ki, ermənilər soyqırım gününü bütün dünyaya «yedizdirdilər». Biz bəyəm soyqırım günümüzü tanıyırdıq?
Bu günlərdə «Sarı gəlin» adlı albomun işıq üzü görməsi barədə informasiyanı oxuyanda o qədər gülmüşəm ki. Bu disk Azərbaycan Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda «Bizim mahnı, bizim türkü» seriyasından çıxacaq disklərdən deyəsən birincisidir. Diskdə «Sarı gəlin» mahnısı 67 versiyada ifa edilir. Ərəb, fars, Azərbaycan dilllərində, Anadolu türykcəsində… Ləzzət eləyir? Amma diskin yaradıcıları inciməsin, bu işin savabı ermənilərə düşür. Elə bil «Sarı gəlin»i ermənilər oğurlayıb dünyaya çatdırmağa bəndmiş bizimkilər. Hamı hiddətləndi, özündən çıxdı: «Necə yəni, ermənilərindi?!» deyib «Bəs eşitmirlər ki, «Sarı gəlin» şur üztündədi?» çığıraraq tələm-tələsik ortaya nəsə çıxartdılar. Deməli, istəsək hər şey alınar. Bəs nə qədər hələ oğurlanmamış mahnılarımız var. Onların taleyi necə olacaq görən? «Arşın mal alan»da Asya kimi oturub nə vaxt qaçırılacağı günü gözləyəcək?
Yaxşı ki, Qarabağdan çıxan erməni Avrovijen müsabiqəsinə gedib Ermənistanın adını hallandırdı. İnternetdə onun barədə oxuyub özümüzdən çıxdıq. Sonra papağımızı qabağımıza qoyub düşündük «Yəni bir erməni qədər də olmadıq?». Avrovijen müsabiqəsinə adam göndərmək barədə söhbətlər neçə il sürdü. Amma «şou işartıları»nı ingilis dilini öyrənməyə məcbur eləyə bilmədi. Görürsüz, onların öhdəsindən heç etmənilər də gələ bilmir.
Yaxşı ki, eromənilər Qarayevin erməni bəstəkarı olması barədə yalanı Britanik ensiklopediyasında düz Qarayevin yubileyi ərəfəsində çap elədilər. İndi düz bir il Qarayev adına olan tədbirlərdə bu informasiya hallanacaq. Hələ nə qədər müsabiqələr, verilişlər, ithaflar olacaq. Qarayev adına konsertlər hər ay keçiriləcək.
Amma heyif ki, rus kanallarını bağladılar. Millət Rusiya verilişlərində çıxış eləyən, müsabiqələrində jüridə oturan ermənilərə doyunca baxa bilmədi. Uzaqbaşı biz də deyərik ki, Polad Bulbuloğlunu ora desant atmışıq. Gözünüz aydın, bu yaxında Rusiya kanallarının birində bizim Polad ruslarla dəyirmi masada əyləşib lətifə deyib gülürdülər. Nolsun ki, lətifəsinin sonunda 100 il əvvəl yazdığı mahnını çalıb oxudu. Oxudu ki…. Onlar da əl çalıb güldülər. İndi mətbuatımızda Bakıyçün burnunun ucu göynəyən ermənilərlə müsahibələri əmələ gəlməyə başlayıb. Məsələn, Karen Avanesyan Bakıya «bizim şəhər» deməyə dili də gəlir, şəhərin təkrarsız aurasını xatırlayır. Başa düşə bilmirəm, bəs niyə Yerevandan çıxan azərbaycanlılar bunu özünə görk eləyib həmən torpaqlarçün darıxmır? Yəni onların bu erməni qədər məktəbə getməsi, institutda oxuması kimi xatırlayacağı heç nə yoxuymuş?
Bu yaxında Yerevanda «Talış xalq nağılları və deyimləri» adında kitab çıxıb. Ermənilərin ağzı dada gəlib deyən indi oğurlamağa bir şey tapmırlar. Bilsəydim ki, «Bizim yol»u oxuyan heç olmaya bir erməni var elə köşəmdəcə unudulmuş, itirilmiş, əldən gedən, yaddan çıxanların siyahısını verərdim. Görürəm kömək eləyir.
Biologiyada da belə bir üsul var. Böyük xəstəliyi zərərsizləşdirməkçün canlıya həmən xəstəliyi az dozada peyvənd eləyirlər ki, bədəni virusu tanısın. Sonra bədəndə bu xəstəliyə qarşı immunitet yaranır. Bəzən qızdırması qalxır, bəzən vəziyyəti pisləşir, amma nəticədə sağalır. Ermənilərə yoluxmuş Azərbaycan da bu saat qızdırma içində «yatır». Bu xəstəlikdən sonra mütləq «ayağı qalxmalıdı», başqa cür ola bilməz!

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?