Özüm...
Özünə vurğunluqdan xeyli uzaq pozisiyadan obyektiv baxış

Biriynən hal-əhval tutanda «özüm yatıb, özüm də dururam» deyirsə deməli hər şey öz qaydasındadı. Özüm sözü yekəxana «mən»dən daha demokratik səslənir. Özün öz başına çarə qılırsan – bu bir, özünü idarə edirsən – bu iki, üstəlik özün kimiləri yetişdirməyə də çırmanmısansa – bu olur lap əla. Allah heç kimin dilindən bu gür gözəl kəlməni əskik eləməsin, inşaallah!
Redaksiyadan mövzu axtarışları zamanı birindən məsləhət bulanda az qala həmişə «Özün bilən məsləhətdi» eşidirəm. Əlbəttə, kimdən və nədən yazacağımı özümdən savayı kim bilə bilər?
Bu yaxında evimizə qaz sayğacı quraşdırdılar. Boru soyuducunun yanındı olduğundan ustalar mənə heç əziyyət vermədən çirkli, mazutlu əlləriylə ağ soyuducuda avanqard üslubda sürrealist ləpirləri qoyaraq «evimizin ərzaq bazası»nı mətbəxin ortasına çəkib qoydular. Əlbəttə ki, soyuducu üzərindəki «yaradıcılıq» şedevrlərini özüm silməli olacaqdım. Şəxşən özumün sevgiylə rənglədiyim borunu kəsib tökdülər, əvəzində qara, eybəcər, soyuducu üzərindəki avanqard üslubdan heç də geri qalmayan sürrealist boru yığını quraşdırdılar. Fəxrlə «yaradıcılıq»larına baxıb getdilər. Soyuducunu yerinə özüm çəkməliydim. Sürrealist boru yığınını soyuducuyla gizləmək cəhdim də boşa çıxdı, çünki «ərzaq bazası» əvvəlki yerinə yerləşmədi. Soyuducunu balaca mətbəxdə yerləşdirmək barədə öz düşüncələrim hələ azmış kimi borudan sabunlu köpük göz qabağında böyüməyə başladı. Şəxsən özüm qaçıb ustalara çatıb hal-qaziyəni danışanda «Xahiş edirəm, yatmazdan əvvəl borunu özün rənglə, sızmanın qabağını alsın. Yoxsa qazla zəhərlənənlərin sayı yaman artıb» deyib çıxıb getdilər. Yenə də özüm...
Hər gün palçıqlı küçələrimizlə addımlayanda beynimdə inqilabi fikirlər dolaşır: Bəlkə tökülüşüb küçələri özümüz süpürək? Hər həftə çırmansaq zibilləri yazacan özümüz yığışdıra bilərik, yəqin?! Özümüzə nə gəlib, süpürgəçilərə möhtacıq bəyəm? Nolar, mən özüm yığıram, haqqını o alar. Sonra yanımdan ildırım kimi şütüyən maşın palçıqlı suyu üzümə sıçradanda «özüməmaniya»dan diksinib oyanıram. Marşruta minirəm. Az qalıram arxada hırıldaşan oğlanlara ədəb dərsini özüm verim. Bayağı musiqiləri birlikdə dinləməyə məcbur olduğumuzdan fikirləşirəm ki, telefonuma gözəl melodiyalar yazıb özümlə gəzdirim. Millətin zövqünün korreksiyasıyla özüm məşğul olum, necə deyərlər yerindəcə ehtiyacı olanlara ərmağan eləyim. Qapı ağzında qapazlaşan oğlanlardan birinin sürücü olduğunu biləndə ürəyim düşür. 18 yaşı tamam olub, deyəsən? Maşının arxasını burcuda-burcuda sürəndə, «Ay bala, kartof aparmırsan!» replikalarını ən yaxşı halda qulağının ardına vuranda, pis halda «Bəyənmirsən, düş!» cümləsini sifətimizə guppuldadanda fikirləşirsən ki, bəlkə onun cibində «9 b» kağızı gizlədilib. Bunu mən özüm soruşmasam kim soruşacaq ki? Bəyəm Nəqliyyat Departamenti belə xırda-para işlərə əlini batıracaq? Çox danışsaq «Düş maşını özün itələ, hara istəsən dönməkçün rulu mən hərləyərəm» eşidə bilərik. Yol polisinin əvəzinə ondan sürücülük vəsiqəsini özümüz niyə istəmiyək? Soraqlaşsan bir parça kağızı gözümüzə soxub «Özüm almışam!» deyəcək.
«Özüm, özüm» deməkdə təctübəli insan kimi mənə həsəb aparmayın. Zəhməthaqqının həcmini müəyyənləşdirməyi heç vaxt özümə tapşırmırlar. Müsabiqələrdə yer ayrılanda, adlar veriləndə, fərqləndirmələrdə, təriflənmələrdə, seçilmələrdə «özüm» heç işləmir. Öz aramızdı, heç dövlətin millətin taleyində vacib məsələlərin həllində «özüm» deməyə yer qoymayıblar. İstəsək Qarabağ torpağını özümüz ala bilərik? Deməli elə məqamlar var ki, burda «BİZ» deməliyik. «Biz» «özüm»dən güclüdü! «Biz» milyonlarla «özüm»ün birləşməsidi! «Biz özümüz» «mənim özüm»ün üzərində qələbəsidi. Biz özümüz eləyə biləcəyimizi «özüm,özüm» deyənlər dünyasında eləyə bilməz...

 


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?