Susuz balıq
Yaxud dirsəklərinlə açdığın yolların dolanbacları


Bir türk pritçasındə belə deyilir: Hər şey sudan asılıdır. Su olanda balıqlar soxulcanları, qurtları yeyir. Soxulcan balıqların vacib yeməyidir. Balıq həmişə soxulcana görə qarmağa düşür. Amma su olmasa, yəni çaylar qurusa quraqlıq olur. Balıqlar susuz qalıb sahildə can verərək çapalayır. Belə məqamlarda soxulcanlar balıqların canına daraşır. Həmişə yem olanlar indi balıqları yeməyə başlayır. Ona görə də hər şey sudan asılıdır.
İnsanlar suda deyil, mühitdə böyüyür və yaşayır. Əslində ətrafımızdakı mühitin öz rəngi yoxdur. Ona rəngi biz veririk. «Dünya rəngarəngdi» ifadəsi şişirdilmiş obrazlı ifadədir. Çünki bizim gözlərimiz onun həqiqi rəngini görməyə qadir deyil. Dünya rəngsizdi. Gözümüzün bəbəyi ona rəng və məna verir. Ola bilər, Yaradan da dünyanı yaratdıqlarının gözüylə görmək istəmişdi. Göz bəbəyi işığa, rəngə fona, məsafə və uzunluğa öyrəşib dünyanın öz zövqünə uyğun tərtibatını verir. Əlbəttə, hər şey sudan-mühitdən asılıdır. Suyun möhtəşəmliyi, dərinliyi, hüdudsuzluğu lazımdır ki, belə mühitdə möhtəşəm insanlar yetişsin. Sular var ki, orda balinalar üzür. Belə suya baxandi ilk baxışdan orda həyatın qaynadığı görünməz olur. Amma onun alt qatlarında, kilometrlərlə dərinliklərdə fantastik rənglərdə həyat çağlayır. Həmin o nəzərlərlə gölməçələrə baxanda isə sanki həyat gözlərimizin qarşısında əmələ gəlir. O qədər hərəkət, qaynaşma, çapalama var ki. Amma bu həyat deyil, aqoniyadır. Yaşamaq uğrunda mübarizə, son nəfəsdə heç olmasa bir qurtum hava udmaq istəyi və ən vacibi, ətrafında soxulcanlar qaynaşan zamanlarda sağ qalmaq cəhdidir.
Əslində soxulcanların özünü də su yaradır. Su çoxlu soxulcanlar yaradarkən onları yeyən balıqlar barədə düşünüb yəqin. Mühit münbitdirsə orda axmaqlar da, inqilabçılar da, fərsizlər də, vecsizlər də dahilərlə yanaşı yetişib böyüyür. Balığın da kürüsü inkişafın ilkin mərhələlərində soxulcanlardan o qədər də fərqlənmir. Kürüdən çıxmış çömçəquyruqlar qaynaşan suya baxıb kimin qurbağa balası, kimin nərə balığı olduğunu görmək asan deyil. Amma mütləq su olmalıdı. Suyu isə insan yaratmır. Fəlsəfə dərsliklərində insanın mühit yaratması barədə minlərlə ağıllı ifadələr oxumaq olar. Əslində isə tamam başqa cürdür. Bu də bir tale, qismətdi ki, sən okean sularına düşmüş kürüsən, yoxsa gölməçədə kürüdən təzəcə pırtlamısan.
Bəli, Vətəni seçmirlər. Valideyni də, sortu da, növü də doğulan kimi hamısını bir paketdə alırıq. Biz mühiti seçmirik, amma mühit bizi dəyişdirmək qüdrətindədi. Kiməsə balinaların, köpək balıqlarının üzdüyü sularda şellənmək qisməti düşür. Bu onun nə növünü, nə yaşam tərzini dəyişdirir. Xaricə köçək azərbaycanlılar kimliyini itirmir. Ola bilər balina sakitcə onun yanından keçib gedə, ya da ağzını açıb bir uduma yüz balığı suqarışıq içinə çəkə bilər. Amma yenə də bu cür qismət gölməçədə soxulcanlara yem olmaqdan daha yaxşıdı. İndiyədək yem kimi tanıdığın canlıların səni özü də hələ diri-diri yeməsi, bu dəhşətli tale və acınacaqlı qismətdi.
İnsanların kütləvi etirazları həmişə gölməçədə soxulcanların qaynaşmasını xatırladır. Ona görə kütləvi iğtişaşa getməyin, bu sizin insanlığınıza xeyir gətirməz. Sizi parçalayarlar, əzərlər, sındırarlar. 37-didə bir çin soxulcanlar o qədər nəhəng balıqların başını yedi ki! Bütün inqilabların, etirazların, çaxnaşmaların sonunda kimsə kiminsə başını yeyir. Belə kütləvi çıxışlarda həmişə xırdalar, cılızlar, çeviklər qalib olur. Onlara bir çömçə su da kifayətdi ki, artıb törəsinlər. Heç kim soxulcanların seleksiyası ilə məşğul olmur. Onlar elə fasiləsiz artıb törəyir. Amma balinaların kökü kəsilmək üzrədir. Nadir balıqları isə himaydarlığa almasan bir şey çıxmaycaq. Cəmiyyətdə buna insan resurslarının yetişdirilməsi adını da verirlər. Konfranslar, məruzələr, görüşlər keçirilir, dialoqlar aparılır və adətən Azərbaycan üçün heç bir nəticəsi olmur. Biz elə qədimdən bəri artıb törədiyimiz tempdə və qaydada nəsil veririk.
Biz balina deyilik və bizim balina yetişdirəcək qədər suyumuz yoxdu. Amma biz soxulcan da deyilik. Özümüzü soxulcanlar kimi aparmaq da bizə yaraşmaz. Kimsə cəmiyyətdə özünə yeri dirsəkləriylə açırsa, dostuna tüpürür, kolleqasına böhtan atır, xalqını, millətini satırsa bu onun hələ balıq ola bilmədiyindən danışır. Onsuz da soxulcanlar bitib tükənən deyil. Bil ki, balıq olmaqdan, insan olmaqdan əl çəkən kimi səni udacaqlar, ya da tikə-tikə yeyəcəklər. Ona görə, yenə də hər şey sudan asılıdır.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?