Sevgi naminə


«Sevgi azad insanların qismətidir».
S. Vivikenanda


«Sevmisən?» soruşsam hamı deyəcək ki, «Əlbəttə». Ya da qəlbinin dərinliklərinə lağım salıb ordan bir şey qoparıb xatırlaya bilsə bu an mütləq dodağı qaçacaq. Olubsa əgər sevgisinin yolunda verdiyi bütün qurbanlar bir-bir yadına düşəcək. Bəlkə də bu xatirələrin fonunda çalışsa da sevginin özünü yaddaşında təzələyə bilməyəcək. Biz sevgini unutmağı bacarırıq, amma eşq yolunda verdiyimiz qurbanları nədənsə heç unuda bilmirik.
Nakam sevgilərdən əfsanələr yaranır, ədəbiyyata, tarixə, yaddaşa çevrilir. Əlbəttə, əziz oxucum, hisslərin sənə Yuli Sezarın Kleopatraya duyduğu hisslərdən daha qiymətli gəlir. Bəlkə də sən də mənim kimi öz sevgini (bəlkə sevgilərini?) Yer kürəsindən də artıq, Kainatın qiymətli zinəti kimi ürəyində gəzdirirsən. Amma Sezar sevgisi yolunda xanımına bütöv bir ölkənin azadlağını bağışlamışdı. Misir müstəqilliyi yunan sərkərdəsinin sevgisinin həcminə uyğun biçilmişdi.
Məşhur fizik Pyer Küri sevgilisi Mariyaya verdiyi ilk hədiyyə «Fiziki hadisələrdə simmetriya haqqında. Elektrik və maqnit sahələrinin simmetriyası» adlı məruzə olub. Bu məruzənin titul vərəqində cızdığı bu cümlə tarix boyu adları yanaşı çəkilən cüt fizikin ilk sevgi etirafı sayılır: «Mademuazel Sklodovskayaya – böyük hörmət və dostluq rəmzi kimi müəllifdən».
Qraf Potyomkim Sofiya Pototskayaya şərəfinə ballar təşkil eləyir, dəlisovluq sayıla biləcək dərəcədə bahalı hədiyyələr verirdi. Hətta onun şərəfinə saldığı Sofiya parkı adlanan zəngin park indiyədək durur. Amma rəhmətlik Əliş Ləmbəranskinin Nərgiz Xəlilovanın şərəfiinə tikdirdiyi «Nərgiz» kafesi artıq yoxdu. Fontanlar meydanındakı bu əfsanəvi kafe el arasında «xalçalı» adlanardı.
Yunan milyoneri Aristotel Onassis ikinci arvadı Ceki Kennediyə (Con Kennedinin birinci arvadı) toy günündə ənənəvi brilyant üzükdən başqa 40, 42 karatlıq qaşdarı olan birlyant üzük, rubin və sapfirlərlə bəzənmiş zinət əşyaları da bağışlayıb. Xanım isə əvəzində kitab rəfi şəklində işlənmiş ərinin sevimlisi «Kristina» yaxtasının kopiyasını bağışlamaqla kifayətlənib. Ümumiyyətlə tarixdə sevgiliyə bağışlanmış ən bahalı hədiyyə ingilis aristokratının əlindən çıxıb. Fil sümüyündən oyma qarnitur brilyantlarla bəzənmiş olduğundan 520 min funt sterlinq dəyərindəydi. Pol Makkartninin evlənməsini də sevgi yolunda verilmiş ən bahalı qurbanlardan sayırlar. Çünki prodüsserlər və dostlarının «Evlənsən pərəstişkarları itirəcəksən» məsləhətlərini qulaq ardına vuraraq köməkçisi Lindayla evlənmişdi.
Bəzən qadınlar da bu yolda qurbanlara getməli olur. Məsələn, Angelina Coli hər təzə eşqinin şərəfinə özünə yeni tatuaj vurur. Əvvəlki ərlərinin şərəfinə zülmlə vurulmuş köhnə tatuajlar eləcə də zülmlə artıq silinib. İnsanlar sevgi yolunda gülünc olmaqdan da qorxmur. Məsələn, Marçello Mastroyani Katrin Denyovun səsini eşitməkçün hər gün Romadan Parisə zəng vururdu. Bu ona az gələndə bir dəstə gül alırdı. Adətən şəhərin gur meydanlarından birində oturub «sevir, ya sevmir» deyərək gülün ləçəklərini qoparıb fala baxırdı. Bu səhnəni görən romalılar gülümsəyərək keçib gedir və yəqin ki, onu yaxşı anlayırdılar. Katrin də bu eşqin şərəfinə yemək bişirməyi öyrənmişdi. Bişirməyə nifrət eləyən aktrisa Mastroyaninin ən çox sevdiyi yeməyi, lobyanı 34 cür bişirməyi bacarırdı.
Federiko Fellini 20 yaşında olanda məşhur radio aparıcısı Culyetta Mazinidən guya film sınağı üçün foto xahiş eləmişdi. Sabahısı gün onlar restoranda yemək yeyir, iki həftədən sonra isə Fellini Culyetta Mazininin evinə köçür. Əvəzində Fellini xanımını bütün dünyaya tanıdaraq məşhur aktrisaya çevirdi.
Amerika yazıçısı Skott Fitcerald arvadı Zeldanı dəlicəsinə sevirdi. Xanımı şizofreniya xəstəliyinə tutulanda da onu atmadı. Əksinə, xanımının müalicə aldığı xəstəxanaların yaxınlığındakı mehmanxanalarda yaşayırdı. Həkimlərlə yazışmalardan artıq qalmış vaxtlarda yazıb onun müalicəsinə pul qazanmağa çalışırdı. Romanlarında yalnız onu təsvir eləyir və yalnız bu xanımı yazılarda əbədiləşməyə layiq bilirdi. Məşhur kriminalist yazıçı, Şerlok Holmsun «atası» Konan Doyl da arvadına vəfalı nadir personalardandır. Onun xanımına ağır diaqnoz qoyulmuşdu və bir aya öləcəyi deyilmişdi. Ölümlə təkbətək döyüşə girən Konan Doyl hardasa havanın xoş keçdiyini eşidib arvad uşağıyla ora tələsirmiş ki, sevgilisinin ömrünü heç olmasa bir az artıra bilsin. Nəticədə bir aydan sonra ölməli olan xanım 12 il yaşadı. Yazıçı Antuan Ekzüperi isə Konsualanı görüb ilk baxışdan ona vurulmuşdu. Ailəsinin fikri onunçün çox qiymətli olsa da müqaviməti qırıb yazıçı sevgilisiylə evləndi. O vaxtlar onların nə evi, nə də yaşamağı bir qəpik pulu vardı. Amma Antuanın əlinə pul düşən kimi bazara qaçıb çiçəkləri araba qarışıq alardı. Sonra onları arvadının ayaqları altına sərib tam xoşbəxt olardı.
Sevgi azadlığın o biri üzüdür. İndi mən bilmirəm ki, azad olmağa adət eləməmiş həmvətənim, sevgin yolunda nəyini qurban verəcəkmişsən? Qandallarını?... Sevgi yolunda ölmək asandı, amma yaşamaq çətindi.
P.S. Əziz oxucu, bu köşədə dərin məna axtarma. Sən ki, qoluzorlularda mərhəmət, qanunlarda ədalət, həyatda həqiqət axtarmırsan. Boş ver, «bu da keçər» deyib ardını yaşa…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?