Çeynənmiş ikebana
Həyat onsuz da qısadı, bir az səbr elə…

Həftə sonuna qaynanamın gəlişini gözlyirəm. Əlbəttə, yerli səviyyədə atom bombasının «partlayış»ı ehtimalı çox olsa da hadisədə beynəlxilq miqyaz izlənilmir. Ha çalışsam da sel batırmış ərazilərin günahını, suyun altında qalmış evlərin suçunu da onun boynuna yıxa bilməyəcəm. Amma onun gəlişindən terrorizm qoxusu gəlir. Gələcək və mənim zorla əldə etdiyim ərazilərdə, xüsusilə də mətbəxdə öz qanunlarını diqtə edəcək. Amma onun hər gəlişindən sonra atalar sözü səviyyəsinə qaldırılmağa layiq ifadələrini bizə miras qoyub gedir. Sizinlə də bölüşüm: İnsanda hər şey gözəl olmalıdır, sifəti də, «roye»si də, hemoqlabini də…
Əslində, mövzu qaynana deyil, söhbət onun oğlundan gedəcək. Daha doğrusu kişilərin ünvanına yağdırdığım iradları guya ki, evimin kişisindən kənarlaşdırıram. Dostlarım düz deyir, çox yazıram. Ona görə də indi yenə də yazıram ki, əvvəl yazdığım fikirlərin apelyasiyasını edim. Axı bir axmaq fikri ortadan silib süpürməkçün bəzən çoxlu ağıllı fikirləri israflıqla işlətmək lazım gəlir. Bir də ki, unutmayaq, YAZdır. Bahar sığalını hətta çirkli şəhərimizin üzünə də çəkir. Bircə mənim ayaqqabılarıma vaxtı çatmır. Yenə də mövzudan uzaqlaşıram, deyəsən. Etiraf edim, köşənin mövzusunu mənə bir-birinə sığınıb mehribancasına kompüterimin yanında cütləşmiş başmaqlarım diqtə elədi. Yazda hətta bir başmaqtayı o birisinin qulağına nəsə incə bir şeylər pıçıldayır. Ha elədim, onların söhbətini eşitmədim. Guya ki, bulvarda bir-birinə mənim başmaqlarım kimi sığınan cavanların nədən danışdığını bilmirik?
Yazda həm də yazarlar. Hadisələrin görünməyən tərəflərini yazıb həqiqəti faş edərlər. Qoy bütün subaylar bilsin, böyüklər, xüsusilə də qaynanalar adamları aldadırlar. Məsələn, deyirlər ki, evli adamlar çox yaşayır. Guya ki, alimlər belə deyirmiş. Əslində isə bu, onlara elə gəlir. Həyat o qədər mənasız olur ki, uzun görünür. Əlbəttə ki, artıq evli adamlar bu cümlədən sonra intihar etməyəcək ki? Yadda saxlayın, əgər sizi tikə-tikə eləyib, yaxşıca çeynəyib, sonra udublarsa da sizin həmişə ən azından iki çıxış yolunuz var. Əsil həqiqəti gizləmələrini nəinki qaynanama, hətta anama da bağışlaya bilmirəm. Onlar hələ «həri» deməmişdən əvvəl, çaya qənd atıb dınqıldada-dınqıldada qarışdırmamışdan əvvəl bunu mənə deməliydilər. Amma onlar bu sirri nüvə silahının formulu kimi gizli saxlamışdılar.
Dünya görmüş adamlar, xüsusilə də qadınlar bilir ki, kişinin həyatda iki müqəddəs missiyası, qarşısına qoyduğu 2 problemi var: necə yoldan çıxarsın və necə ata bilsin. Kişilər bütün problemlərini bu sadə quruluşlu formul əsasında həll edirlər. Əvvəl özünə bab qadın axtarır, bir-bir hamını nəzərdən keçirir, layiqli namizəd tapır və təbiətin ona verdiyi bütün instinktlərini işə salıb onu yoldan çıxarmağa çalışırlar. Qızın, qadının saqqızını oğurladımı, elçilər hirin çayı içdimi, vağzalı çalındımı deməli birinci mərhələ sona çatdı. Birinci problemi həll etmiş kişi bütün ömrünü ikinci- necə atmaq probleminə həsr edir. Əvvəl çətin olur, onlar taleylə barışmaq, uyğunlaşmaq istəmir, axtarmaq adətini aradan götürə bilmirlər. Bir də görürsən birçəkləri ağaranacaq, gözünün nuru çəkilənəcən gözləri hələ də axtarır. Amma evdəkini atmaq ümidi heç vaxt sönmür. Görürsən ki, ev uşaqla doludu, bütün perspektivlər əldən verilib, necə deyərlər, hay-hayı gedib, vay-vayı qalıb. Amma həyatının yeganə işıqlı arzusu- azad olmaq istəyini itirməyib. Kişinin mərdcəsinə atmasını alqışlamaq lazımdı, çünki yerdə qalanı qorxaqcasına atır. Elə edirlər ki, atılan adamın ruhu da incimir. Vaxtaşırı sevgidən danışırlar, bayramlarda hədiyyələr verirlər, qayğısını çəkirlər, fikirlərini məharətlə maskirovka edib səylə gizləyirlər. Atılan adam bütün bunları görüb sevincindən ürəyi dama dönür. Bəzən ağlamsınan, təsirlənənləri də olur. Ona görə birgə yaşamalarının sonuna yaxır evin kişisi dünyanın ən mülayim, qayğıkeş və diqqətli insanına sevrilir. Çünki ürəyində «atmaq» arzusunu gözlənilməz variantlarda transformasiya edir. Xoşbəxilikdən bu proses o qədər uzun çəkir ki, nə atan, nə də atılan final səhnəni görməyə sağ qalmır. Sonunda tək qalası olsa kişi başa düşür ki, «indiyədək axtardığım qadın, sən demə elə sevdiyim qadın imiş». Bu dilə gətirilməyən həqiqəti bütün qadınlar başı daşa dəyə-dəyə öyrənir, amma heç vaxt hələ «dəyməmiş» qızlara demirlər.
Bunu da atalar olmasa da ağıllı adamlar deyib: «İkebananın (qurudulmuş çiçəklərdən tərtib edilən bədii kompozisiya) gözəlliyini inək onu gövşəyib udandan sonra dadından bilə bilər».

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?