Sevgi adlı boyat nağıl
Yaxud həyat yaxınlıqdan axanda


Onun uzun olası hər şeyi uzundur: dırnaqları, saçları və ayaqları. Yumru olası hər şeyi də yumrudur (detalları sadalamasaq da olar). Seksual enerjisinin başını açıb buraxmağı da öyrənib, ona görə küçədə gəzəndə üzündəki çoxmənalı təbəssümü və sirli aurası onu kifayət qədər cəzbedici edir. O, artıq müstəqildi və özünü təmin edəsi dərəcədə qazanır. O, müsbət enerji şüalandırır. Onun cörkəmi kimi qəlbi də, geyimi də gözəldi. Çünki eybəcər fikirləri özündən uzaqlaşdırmağı artıq bilir. O, hətta özünü sevməyi də öyrənib. Çünki özündən başaqa sevməyə kimsəsi yoxdu. Ona görə də «Yaxşı kişilər qırılıb yəqin» ifadəsi beyninə hakim kəsilib.
Yuxarıda təsvir etdiyimiz portret ərə getməyə ümidli olan gənc qadın portretidir. Onların sayı artmaqdadır. Qadın xoşbəxtliyi axtarışında olan gözəllər və ağıllılar ordusunun çağırış səsinə ən əvvəl ticarət bazarı cavab verdi. Ailə və sevgi barədə saysız televiziya verilişləri, rəngarəng jurnallar əmələ gəldi. Burda ər tapmağın yolları, nikaha hazırlıq və sair treninqlər ətraflı şərh edilir. Bu proses gəlincik fabrikində istehsal prosesini xatırladır. Konveyerdə hələ gözü və paltarı olmayan gəlinciklər rənglənməyə doğru sürünürlər. Müasir zamanın yetişdirilən qızları da bu gözsüz və sonra eyni paltara geyindiriləcək gəlinciklərə bənzəyir. Bu «gəlinciklər» yetkinlik yaşına çatar-çatmaz ərə getmək, kişini nikahdan əvvəl ələ əlmaq, evdə totalitar quruluş yaratmaq yolları ilə maraqlanırlar. Ola bilər hansısa uzaq punktların birində sevgi axtarışı da var. Çünki bu qızların əksəriyyəti infantilizm adlı mərəzə yoluxub və bu xəstəlik həm kişilərin, həm də qadınların həyatını məhv edir.
Bu mərəzlə tanıtım prosesində Karl Qustav Yunq bizə yardımçı olar: «İnfant elə adama deyilir ki, pasportunda artıq yetkin olsa da uşaq dəyərləri ilə yaşaır. İnfantilizm insanı şəxsiyyət olanacan böyüməyə qoymur. Şəxsiyyət real dünada yaşayarkən infant illüziya dünyasında dolaşır». İnfant üçün dünya içindən hər dəfə yeni oyuncaq çıxıcaq kinder-sürpriz oyuncağı kimidir. Şəxsiyyət öz səhvlərdən öyrənir, infant isə hər dəfə eyni səhvi edib üstəlik təccüblənir də. Şəxsiyyət həyatın qanunlarını öyrənir və özü üçün xoşbəxt olacaq məqamları axtarır. İnfant isə «belə lazımdı» deyib həyatını hazır ştamplarla quraşdırır.
İnfant qadınların obrazı bir növ Disney filmlərinin qəhrəmanlarına oxşamağa başlayır. Onların kişidən istədikləri budur: onunla asan, rahat, xoş və şən olmalıdı. Təmin etməlidi, qayğı çəkməlidi, qorumalıdı. Üstəlik ağıllı, gözəl, qəlbi nazik və əliaçıq olmalıdı. Hamısı birində məişət əşyası, kombayn kimi. Sadalananların əvəzində infant qadın ona ən yaxşı illərini qurban verməyə, məhəbbət və qayğı ilə əhatə etməyə hazırdır. Əslində bu da yalandır. Çünki infant özündən başqa kimsəni sevməz, onun duyğuları yeni il gecəsi yandırdığımız benqal fişəngi kimidir. Tez parlayıb tez də sönür. Sonradan sönmüş çubuğa baxan infant «Axı mənim bəxtim niyə gətirmir?» soruşur.
İnfant heç vaxt deməz ki, «Mən insanları anlamıram!». O, «İnsanlar məni anlamır» deyəcək. Elə bu keyfiyyətindən də ona tez tapmaq mümkündür. İnfant yaşamır, o ətrafındakı həyatı uydurur. İndi baş alıb gedən psixoloji treninqlər qulağına istədiklərini pıçıldayır: «Sən hamıdan fərqlisən, sən çox qiymətli insansan və ona görə də mütləq uğur qazanacaqsan. Ürəyindəki bütün tərəddüdləri sil at, çünki onlar neqativ çalarlıdır». Neqativ adıyla insana məxsus bütün dəyərli emosiyalar, xasiyyəti cilalayan qorxu hissi, səhvlərdən qoruyan tərəddüdlər lazımsız olaraq çilinib atılır.
Müasir zaman infant qadınları yaratdığı kimi infantil kişiləri də yaradıb. Onlar qarşılaşanda bu münasibətdən heç nə alınmır. Çünki infant qadın boynuna minməyə kişi axtarır, kişi də öz növbəsində anasını əvəz edəcək rahat qadın. Fizikadan bilirik ki, eyni yüklü hissəiciklər bir-birini itələyər. Ola bilər evdə qalmış qızların ümidlərini qıracam, amma layiqli kişilr var. Amma özünüz deyin, canlı adamın gəlinciklə nə sevdası ola bilər? Kim deyir ki, adamlar yalnız sevəndə evlənir? Sevgidən başqa seksual cazibə, ehtiras da var. «Xoşuma gəlir» bəhanəsi, ya da tənhalıq qorxusu da böyük qüvvədir. «Belə lazımdı» deyib ipin başını buraxanlar daha çoxdu. Bəzən ümumi maraqlar, müştərək xobbi də olur, nadir hallarda. Onlardan hər biri deyə bilər: «Sevginin nikaha nə dəxli var ki!». Sevgi haqqında nağıl artıq köhnəlib, boyatlaşıb.
İnsanların hamısı riyaziyata, musiqiyə istedadlı doğulmur. Kiməsə 2+2 dən artıq misal versən başağrısı tutar. Kiminsə musiqi istedadı pianoda «Cücələrim» mahnısını çalmaqdan uzağa getmir. Bəs niyə hamı mütləq sevəcəyini və sevməyi bacardığını düşünür? Bir tək bu cür axmaq fikrə görə bütün həyatını gözləmə zalındakı kimi yaşamaq olarmı? Həyat çay kimidir, yanından sakitcə ötüşüb gedə bilər. Heç olmasa ayaqlarını islat bu suda…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?