Tutti
Həyat simfoniyasından bir fraqment


Musiqiçilər daha yaxşı bilər, simfonik orkestrdə bütün alətlər hamısı birdən çalanda buna tutti deyərlər. İrili-xırdalı, zil və bəmliyindən asılı olmayaraq hamı birdən və əksərən təntənəli çalır. Bu vaxt heç kim bir-birinin sözünü kəsmiş kimi səslənmir, heç kimin səsi batmır. O boyda insanın içində birisi xaric çalsa həmən eşidilər. Çünki hamı bir melodiya çalır. Adətən, tutti kulminasiya anında olar. Yəni sona yaxın, məqsədinə, arzuna bir addım qalmış…
Amma simfonik əsər heç vaxt tutti ilə başlamaz, bu bir qədər qəribə olardı. Əvvəl bir alətin solosu səslənir. Sonra o biri alətlər ona qoşularaq hərəkətə gəlir. Cəmiyyətdə də belədir. Görürsən ki, birisinin səsi kütlənin içindən fərqlənməyə başladı. Əvvəl o, tək və tənhadır, sözünə qulaq verən də yoxdu. Sonra kimsə onun səsinə səs verir. Onlar qoşalaşar, nisbətən eşidilən olur. Bəzən isə tənha alətin səsinə cavab kimi əks arqumentlər səslənir. Buna kontrapunkt (dilimizə «nöqtəyə qarşı nöqtə kimi çevrilir») deyərlər. Fikrə qarşı münasibət olanda daha maraqlı olur. Məsələyə rəng qatılır. Onlar paralel, eləcə də əks istiqamətdə ola bilər. Başlanğıc kimi sonluq da, bütün bunlar hamısı «əsər»in Yaradanının ixtiyarındadı.
Hər alətin öz tembri var, yəni səsinin xasiyyəti. Biz heç vaxt tarın tembrini skripka ilə səhv salmarıq, hətta onlar eyni melodiyanı çalsalar belə. Ona görə də müxtəlif alətlər eyni melodiyanı unison çalanda da maraqlı olur. Müxtəlif irqli insanların «azadlıq» arzusu kimi. Kim deyər ki, azadlığın bir rəngi var. Baxır onu hansı alətdə çalasan. Alətlər qoşalaşanda duet alınar. Bu cütlüyə birisi də qatılsa trio. Üç tembrli kokteyli «Yaradan» bəyənməsə bura dördüncü də qatılıb kvartet olar. Kvintet, sekstet, septet …. Sıranı davam eləməyə səbrimiz və dözümümüz çatsa lap xor da ola bilərik. İndi deyərsiz ki, xorun simfonik orkestrdə nə işi var? Xeyr ha, hələ 19-cu əsrin əvvəlində Bethoven bütün dünyaya sübut elədi ki, yeri var. Simfoniyaya nə istəsən, lap xor da qatmaq olar. Təki məqsədin bəlli olsun. Amma hayıf, kar olduğundan 9-cu simfoniyanın alqış simfoniyasını eşidə bilmədi.
Bütün abırlı əsərlərin leytmotiv sistemi olmalıdı. Yəni məzmunu, ideyasına uyğun bir fikri. Bu ideyanı bütün əsər boyu aparmaq artıq müəllifin istedad və bacarığını nümayiş edəcək. İdeya yarıda qırılsa hər şey mənasızlaşar. Onda sonun nə olacağı artıq maraqlı olmaz. Mənasız leytmotiv ətrafında alətləri birləşdirmək olmur. Ağız deyəni qulaq eşitmir. Yaxşı yaşamaq leytmotivi ətrafında birləşmiş amerikalılar «amerika arzusuna» görə hinduları qırmasına görə də peşman deyil. Orda ən ucqarlarda yaşayan birisi bilir ki, bir qədər çalışıb pul yığıb əyalətdən çıxa bilsə şəhərə gəlib lap prezident də ola bilər. Faşizm motivi imkan verdi bir ovuc insan dünyanın yarısını əlinə keçirə bilsin. Hər əsərin, hər xalqın da öz leytmotivi var. Hərdən Arazın o tayına böylanıb adam bir çığırmaq istəyir ki, «Fikir eləməyin, biz artıq başlamışıq. Siz alətlərinizi kökləyin. Sədamız gəlib çatacaq». Necə olmasa da tutti zamanı hamı birlikdə olacağıq, qaydası budur.
Əsərin uğurunun ən birinci şərti dirijordur. Dirijoru bacarıqsız orkestlərdə ən gözəl, nəfis əsərlər də idbar səslənir. Xüsusilə də tutti zamanı. Dirijor işarəni vaxtında eləməsi birisi tələsəcək, o biri gecikəcək, aləm dəyəcək bir-birinə. Belə ifa ən nəfis leytmotivi də kürəyi üstə yerə vurar. Nə olsun ki, ən yaxşı dirijorlar xasiyyətdən birtəhər olur. Niyazi hirsli vaxtında məşqlərdə ağzını açanda başdan başa «dü-üü-üt» səslənərdi. Dirijor əslində diktator olmalıdı, əsərin mövzusuna, ideyasına, azadlıq istəyinə baxmayaraq. Dirijor ki, əlini qaldıranda hamı onun ağzının içinə baxmadı, nəfəsini dərmədən işarəsini gözləmədi, heç nə alınmayacaq. Pauzalar zamanı söhbət eləyən musiqiçini elə mən də it kimi qovardım orkestrdən.
Kim deyər ki, Azərbaycanda birsəslilikdi hakimiyyətdə. Muğam, xalq havaları, aşıq musiqisini nümunə çəkirlər. Guya ki, Üzeyir bəyə qədər heç sadə ikisəsli də oxuya bilmirdik. Oxuyurduq, amma çox astadan, lap piano. O vaxt Topxana meşəsini qorumağı meydana çıxanda, 20 yanvarda küçələrə töküləndə bu hələ tutti deyildi, ümidqırıqlığı keçirmə. Axı kulminasiya hələ qabaqdadı. Bunu ayrı-ayrı alətlərin səsinin kəsilməməsindən tanımaq olar. Hələ səsimiz ki, gəlir. Bu zümzüməyə qoşulub duetlər, triolar yaratmaq gərək.
Diqqət!!! Dirijor əlini qaldırıb çubuqla pipitri tıqqıldadır. Musiqiçilər bilir ki, ifa zamanı gəlib. Bir qısa nəfəs çəkirik. Başladıq…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?