Döyə-döyə
Vurulmuş göz daha diqqətlə baxar…


Korlara işıq barədə danışma,
yoxsa səndən sübut istəyəcəklər
Bi Dorsi Orli

Dizinə döyə-döyə yaşamaqnan bir şey əldə etmədik. Çünki ermənilər bizdən betər şivən qoparandı, onlara çata bilmərik. «Qarabağım vay! Qarabağım oy!» deyib çırp dizinə. Torpaqlar qayıtmadı ki qayıtmadı. Arabir boğazın qovuşanda nəfəsini dərib səsini al və istəyirsən dünyanı gözünə Quba məzarlığını, Xocalı soyqırımını, saxtalaşdırılan tarixini sox, fərq eləməz. Elə bil gözləri kor olub, görmürlər. İstəyirsən evdəki qədim kilimini aç, at evin ortasına. Bardaş qurub dizlərin döyəclə ki, «Bah, bu «Sarı gəlin»i yenə də qaçırdılar!», «Musiqilərimizi abırsızcasına oğurlayıb müəllifsiz verirlər!», «Əlbən gedən tarixim vay!». İstyəirsən lap gildir-gildir göz yaşı tök. Nə olacaqmış? Gözünə zor eləyəndə ehtiyatlı ol, xalqım, bərpa olunan orqan deyil. Sonra uzaqgörənliyini itirərsən. Kor adamın yolda tanışı-zadı az çıxsa da məcbur olub hamıya baş əyir.
Başına döyə-döyə böyütdüyümüz uşaqlardan nə gözləyəsən? Oğlum bu il birinci sinfə ayaq basan gün müəllim valideynlərdən uşaqları alıb aparan kimi ilk xəbərdarlığını elədi: «Kim özünü pis aparsa barmaqlarını qapı arasında qoyacam!». Dəcəl uşağın valideyni olduğumdan bu cümləni eşidən kimi anladım ki, uşağım ən gözəl dəqiqələrini küncdə dayanıb dırnaqlarıyla oynamaqda keçirəcək. Bu günlərdə isə valideyn «forum»unda, yəni ki, məktəb həyətindəki tinbaşı söhbətlərdə uşaqların necə döyülməsi prosesinin çox rəngarəng növləriylə tanış oldum. Sən demə Azərbaycan xalqı oxumaq üstündə uşağının canını alırmış. «Tutu, tut!» oxuya bilməyən uşağa şillə vuran kim, əyri yazanda qulağını buran, əllərini qıpqırmızı olanacan döyəcləyən kim, qorxusundan çarpayının altına pənah gətirən uşağın gələcək hamballıq karyerasını incə, deyərdim ki, nəvazişli sözlərlə təsvir edən kim… Minilliklər boyu arasıkəsilməz döymək stajını artıran xalq bilir ki, necə edəsən ki, uşaq uğurla beş alsın (pul-para, tanışlıq, qohumluq, tapşırmaq, vasitəçilik, hədə-qorxu – bunlar xalqın ən çox işlətdiyi vasitələrdən heç də hamısı deyil), amma yenə də heç nə bilməsin. Oxusun, məktəbə gedib gəlsin, məktəbli formasını geysin, işıqlı sabahlar barədə aramsız inşalar yazsın, bütün yığıncaqlarda səsçıxardan kütlə rolunu həmişəki kimi uğurla oynasın, müti, cavab qaytarmayan, üzüyola olsun. Ona görə də müəllimlər «sakit otur dərsdə, qiymətini yazım» kimi müdrik pedaqoji üsulu yalnız və yalnız bu məmləkətdə tətbiq edə bilir. Qədimdə kişilər deyərdi ki, uşağın başına vurma, ağlı dabanına qaçar.
Gözünü döyə-döyə baxdığımız dünya isə öz inkişafındadı. Bizə məhəl qoyan da yoxdu. Nəylərinə lazım? Kimisi kosmosa uçur, kimisi qarışqa boyda kompüter yaradır, kimisi min kilometr uzaqlıqdan o birisini izləyir. Hələ o vaxtlar da, yəni Sovet quruluşunu alın tərimizlə suvardığımız zamanlarda göyə uçanlara gözünü döyə-döyə baxırdıq. Kosmosun cibxərcliyini də verirdik, yanacağını da doldururduq, göylərdə «avtoşluq» eləməsinə pis baxmırdıq. Qaqarin yerə enən kimi televizordan əl eləyəndə azərbaycan xalqı elə bildi ki, bu jest məzs ona ünvanlanıb, bir növ «Çox sağolun, zəhmət çəkmisiz» deməkdi. Yəqin fərəhdən gözləri yaşaran da vardı. Quruluş dağılan kimi bizə «xoşgəldin» eləyən Rus imperiyası «Bir ayaq saxla, pay-puş qoyum səninçün Kosmos sənayesindən» demədi. Biz də gözümüzü döyə-döyə start meydançasında üzünü görmədiyimiz bircəcik azərbaycanlının adı ilə fəxr etməyə girişdik. Yəni ki, bizim də bu uğura bir dəxlimiz var.
Gözü döyə-döyə olsa da baxmaq, heç baxmamaqdan yaxşıdı. Gözün nuru Allahın insana verdiyi bəlkə də ən qiymətli nemətdi. Bu gün, yəni oktyabrın 13-ü Beynəlxalq görmə günüdür. Hazırda dünyada 37 milyon kor adam var. 124 milyon isə pis görür. Deyirlər ki, təbabətin inkişaf sürətinə baxmayaraq 2020-ci ildə kor adamların sayı 75 milyona çatacaq. Hər 5 saniyədən bir bir nəfər, hər bir dəqiqədən bir bir uşaq kor qalır. Bir, iki, üç, dörd, beş… Bir nəfər də gözünün nurunu itirdi.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?