Xoşbaxlığ…,
xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Xoşbaxtlıq barədə hərənin öz təsvvürü var
Ölkəmizdə hası xoşbəxt olmalıdı. Bu vətəndaşın hüququ yox, vəzifəsidi.
Xoşbəxt olmamaq təxribat, xoşbaxtlığını etiraf etməməksə Vətənə xəyanət
və böhtandı. Bu zaman adi vətəndaşın ürəyində «Necə xoşbəxt olmalı?»
və «Xoşbaxtlıq nədir?» kimi təbii suallar doğacaq. Belənçik suallara
hamilə (hamil) vətəndaşı cavabsız qoymaqmı olar? Xalqın səadəti yolunda
Divan(ə) partiyası hər əziyyətə qatlaşmağı özünə vəzifə bilir. Beyninizi
sualalrla doldurmaqdansa hamı bir nəfər kimi qərara riayiət etsə tam
və … xoşbəxt olacaq.
Qərarın qısa xülasəsi:
1. Hamı evdən çıxanda çəhrayı eynəklərini geyməlidi ki, hər şeyi öz
rəngində görə bilsin.
2. Vətəndaşlardan tələb olunur ki, üzünün ifadəsini xoşbəxt məmləkətə
xarakterik cizgilərə uyğunlaşdırsın. (Güzgü qarşısında məşqləri gələn
nömrələrdən birində ətraflı şərh edəcəyik.)
3. Göz yaşları oyada bilən musiqilər, filmlər, bədii ədəbiyyat və rəsm
əsərləri xalqın xoşbəxt güzaranına xələl gətirə biləcəyindən qadağan
olunsun. Teatr kədərli obrazları ifadə edən maskalar yeniləriylə əvəz
olunacaq. İnnən belə cib dəsmallarından yalnız burun suyunu silməkçün
istifadə edələcək.
4. Kənd yerlərində, yaxud qaz gəlməyən rayonlarda ocaq külündən yalnız
bəzi təyinatlarçün istifadə edilsin. Məsələn qazan sürtmək, saz altına
çəkmək, Hüquq mühafizə orqanlarına tapşırılsın ki, bəzi ürəkdən xoşbəxt
ola bilməyənlərin bu külü başına tökməsinə nəzarət etsin.
5. Üzündə gülüş olmayan abidələrin yenidən yonulması məqsədəuyğun sayılsın.
0
6. Dilimizin leksikasından əzab-əziyyət, kədər, hüzn ifadə edən sözlər
çıxarılmalıdı. Qara sözüylə başlayaq adlar, soyadlar, coğrafi adlar
yeni ləriylə əvəz olunmalıdı.
7. Faciə janrı qadağan olunduğundan bütün əsərlərin sonluqları «həppi
end»lə bitməli, musiqidə yalnız major səslənməlidi.
8. Matəm mərasimləri xalqın yaddaşından silinməli, ağılar, mərsiyələr
bir janr kimi məhv edilməli yaxud yeni tələblərə uyğyn xoşbəxt intonisiyalarla
səsləndirilməlidi.
9. «Vətən mənə nə verib?» sualını dilinə gətirənlərin dili kəsilməli,
bundan sonra kədərli baxışlarla baxmağa cəsarət edərsə gözləri də çıxarılmalıdı.
10. Xalqın ürəyi dükan yuxası kimi yox, Fatmanisə nənənin yuxaları kimi
nazik olmalı, çırtma vuranda qanı yox çex bülluru kimi təmiz si bemol
səsini çıxartmalıdı.
11. Sevgi müraciətlərinə etinasız yanaşanlar xüsusilə cəzalanacaq. Nümunə
olaraq Braziliya və Arqentina seriallarındakı qəhrəmanların davranışına
baxmalı.
12. Qız qapısı naz qapısı məsəli də artıq işlədilməyəcək. Xoşbət məmləkətdə
oğlanı qız qapısından şirin çaysız qaytarmazlar.
Hər kim xoşbəxt olmasa günah onun özündədi. Hünərin var xoşbəxt olma!
Ağıllı olun, xoşbəxt olun. Əgər sizə elə gəlirsə ki, xoşbəxt deyilsiniz,
heç olmasa ağıllı olun.