Şükranlıq
Sevinin ki, siz hind toyuğu deyilsiz

Bu il Amerikada qeyd olunan Şükranlıq bayramı və bizim Qurbanlıq bayramımız təqvimdə dalbadal düşüb. Hər il noyabrın sonuncu cümə axşamlarında amerikalılar milli bayramlarını qeyd edirlər. Onlar səhər kilsəyə gedib dua edir, sonra nahar vaxtı böyüklərin evində, yəni valideynlərin, ya da ailənin böyük uşağının evində nahar süfrəsi ətrafında toplaşırlar. Bayramın əsas məqsədi hamını bir yerə yığıb Tanrıya yetirdiyi nemətlərə görə şükür etməkdir.
1620-ci ildə İngiltərədən olan ilk köçərilər Amerika sahillərinə yan aldı. İndi məşhur olan «Mayflauer» gəmisi okeandakı fırtınadan canını güclə qurtarıb indiki Massaçusets ştatının sahillərinə yaxınlaşdı. Gələnlərin yarısından çoxu soyuq qış, aclıq və xəstəliklərə güc gələ bilməyib məhv oldu. Sağ qalan cəmi 50 nəfər yerli hindulardan daşlı torpaqda bitkilər yetişdirməyi, ov eləməyi və balıq tutmağı öyrəndilər. Həmin ilin zəhməti hədər getmədi və məhsul bol oldu. Ona görə də gələn ilin payızında kaloniyanın piliqrimləri və yad şəraitdə ölməməyi öyrətmiş qəbilədən dəvət olunmuş 90 hindu ilə süfrə arxasında oturub Yaradana şükr dilədilər. Onlar sağ qaldıqları, ac olmadıqları və gələcəyə ümidlərinin itirmədiklərinə görə dinindən baş çıxarmadıqları hindularla birlikdə dua elədilər. Artıq 400 ilə yaxındır ki, Amerika hər il şükür eləməyi unutmur. Ənənəyə görə bayram süfrəsində mütləq hind toyuğu olmalıdır, çünki ilk dəfə kaloniyaçılar birlikdə 4 hind toyuğunu qızardıb yemişdilər. Balqabaqlı piroq, hind toyuğunun içini nəylə doldurmaq, süfrədəki çərəzlərin, meyvələrin çeşidi ev sahibinin imkanından asılıdır. Şükranlıq günü ərəfəsində xeyriyyəçilik aksiyaları artır. Amerikalılar həyatda bəxti gətirməyən, imkanı olmayan, tənha və rəzil insanlara əl tutmağa çalışır. İndi firmalarda bayram yığıncağı düzəltmək əvəzinə pulu yığıb kasıblara paylamaq adətləri də dəbə minib. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə hər il Şükranlıq günü 45 milyon hind toyuğu yeyilir.
Biz də Qurbanlıq günü bütün müsbət emosiyalarımızın başını boş buraxırıq. Qurban kəsənimiz də, pay gözləyənimiz də olur. Dəqiq bilmirəm, amma Qurban bayramında da çoxlu qoyunun ömrünə nöqtə qoyulur. Düzdü bəzi hallarda qoyun olmaq da pis deyil. Bu gün müşahəidə etdim ki, qoyunlar sürü ilə olanda itlərin onlara hürməkdən başqa çarəsi qalmır. Qorxulu, quyruğu, ya da qulağı kəsik küçə itləri bir dəstə qoyunun gəldiyini görüb hürə-hürə irəlidə qaçırdı. Qoyunlarsa başlarını aşağı salıb ot yolmaqla məşğul idi, hürənləri heç saymırdı da. Onlar heç bellərindəki qırmızı rəngin nə olduğunu da bilmirdilər. Xoşbəxtlikdən siz qurbanlıq qoyun deyilsiz. Heç kim sizin boğazınızı iti bıçağı dirəyib bir hərəkətlə isti qanınızı tökməyəcək. İslamda insanın Allah yolunda qurban verilməsi qəbul olunmur. Qoyunları qurban verməklə biz insanlara qarşı mərhəmətli olmağı öyrənirik.
Hər il bu iki bayram ərəfəsində heyvanları müdafiə cəmiyyətləri etiraz aksiyalarına başlayır. PETA (People for the Ethical Treatment of Animals) bayram ərəfəsində ilk baxışdan ənənəvi görünə biləcək reklam çarxını efirə buraxdı. Tipik amerikadı ailəsi süfrə arxasındadı. Hind toyuğu süfrəyə gətirilir. Dua etməyə birinci başlayan balaca qız Tanrıya onlara hind toyuğu göndərdiyinə görə, həmçinin «ölüm fabrikləri» yaratdığına görə, quşları incidib öldürdüklərinə görə də şükür elədi. Reklam «Bu şükranlıq günündə sevinin ki, hind toyuğu deyilsiz» sözləri ilə bitdi. Bəlkə də elə bu səbəbdən hər il Ağ Evdə Amerika prezidentləri hind toyuqlarını təntənəli şəkildə əff edir. Ənənə 1947-ci ildən bəri prezident Harri Trumanın təşəbbüsündən sonra hər il təkrarlanır. Dünən Barak Obama «Mən sevinirəm ki, sadəlöhv «Courage» (yəni İgidlik) adlı hind toyuğu mənim qızlarımın səyi nəticəsində dəhşətli və dadlı taleyindən qurtula bildi» deyərək heyvanı əff etdi. Keçən il əff edilmiş hind toyuğu Disneylendə göndərilərək «dahi marşal» rütbəsinə qədər yüksələ bilib. Nəinki əff edilmiş, hətta bu mərasimə hazırlanan hind toyuqları fantastik şəraitdə saxlanılır. Onları bahala hotellərdə bəsləyir, birinci səviyyəli təyyarələrdə daşıyırlar. Bayrama 3 ay qalmış Ağ Evin saytında səsvermə yolu ilə cəmi 30 toyuq seçilir. Onları insanlardan qorxmamağı və əldən yeməyi öyrədirlər. Axırda ən layiqli 2 hind toyuğundan biri əff edilir, onun müavini isə prezidentin süfrəsini bəzəmək üçün 45 milyon toyuq kimi sobaya göndərilir.
Bizim də Qurbanlıq ərəfəsində əff etmək adətimiz var. Xüsusilə də barmaqlıqlar arxasında olanlar bu günü çox gözləyir. Bəlkə buraxarlar, bəlkə əff edərlər. Azadlıqdan məhrum edilmiş jurnalistlərə yəqin ki, bayram payı göndərərlər. Amma əff ediləcəklərinə guman yoxdu. Ona görə də papağınızı göyə atın ki, siz jurnalist deyilsiz.

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?