Kərtənkələlər


… Adi dünyanın ən adi kərtənkələsi özünü günə verir. Yaz günəşi hələ ki, yandırmır deyən günəş vannasında şellənmək olur. Ləzzətdən onun göz qapaqları ağırlaşır, ləzzət bütün kürəyindən pəncələrinə qədər yayılır. Yəqin ki, ona bundan artığı lazım da deyil. Bu onun dünyasıdır. «Onu kim yaradıb, nə üçün, sonrası nə olacaq?» kərtənkələni maraqlandırmaz…
İnsansa kərtənkələ deyil. Bizim əcdadlarımız dünyanı öz təcrübələrindən çıxış edib təsvir və izah ediblər. Onların başqa yolu yox idi. Ona görə də dünya gah yumurtadan çıxırdı, gah da 4 filin belində, bəzən isə çanaqlı bağanın belində sularda üzürdü. Gah nəhəng ilahlar qadın və kişi cildinə girib cütləşir və nəticədə dünya doğulurdu, gah da insan Allahın emalatxanasına «yığılırdı». Özü də bir neçə dəfə «zay» olub çıxdaş ediləndən sonra nəhayət ki, Adəm formasında cənnət bağlarına buraxılıb.
Maraqlıdı ki, bu yeni yaranmış dünyanın miqyası insanın gözüylə izləyə biləcəyi ərazilərdən çox deyildi. Yeni dünyanın yaşı da yazılı, ya da şifahi abidələrimizdən çox da qoca deyildi. Balaca bir mini dünya idi ki, burda hamı bir-birini tanıyırdı. Bizim ayağımız dəyməyən yerlər sanki heç əzəldən yox imiş. Dünya elə bil ki, sonrada böyüdü. Biz bütün dünyanın yaranışını öz təfəkkürümüzə uyğunlaşdırdıq. Burda hər şey sadə idi. Mavi səmada buludlar altında cənnət, yerin təkində, od-alov içində cəhənnəm yerləşirdi. Cənnət və cəhənnəmin yeri də vaxaşırı dəyişir. İnama görə bütün bunları Allah, yaxud xüsusi olaraq uydurulmuş ilahlar idarə edirdi. Hər sivilizasiya hesab edir ki, bütün Kainat məhz onların dövlət quruluşunun timsalındadır. Yerdə demokratiyadısa, deməli göydə də söz azadlığı var. Yerdə monarxiyadısa göyləri də mantiya geymiş çarların çarı idarə edir. Bu təsadüf heç kimi narahat etmirdi.
Sanra elm peyda olub dedi ki, insanın anlaya bilmədiyi çox şeylər var və bütün qoyulan suallar cavab axtarmağa başladı. Kainat bizim onun haqqında təsəvvürlərimizə uyğunlaşan deyil. Bəlkə özünü yaranışın mərkəzinə qoyan insan səhv edir? Belə olarsa mənəvi və teoloji kodekslərimizdən imtina etməliyik? Kainatda yenicə özümüzə yer eləmişkən belə ağır zərbə almalı olduq. Din və elm hələ də mübahisədədi və tapıntıları bölüşmək, ortaq məxrəcə gəlmək fikrində deyil. Əgər onların hər ikisi sadə insan suallarına cavab verə bilməyəcəksə bu bizim nəyimizə lazımdı? Təbiəti öyrənən elm deyir ki, insan özünü aldatmaqla yaşayır. Dinlər bir-birini inkar edir. «Donuz əti yeməliyikmi, yoxsa yeməməliyikmi?» kimi sadə sualdan tutmuş Allahın sayının sıfırdan sonsuzluğa qədər olması hələ də mübahisə mövzusudur.
Kainatın bizim onun barədə təsəvvürlərimizlə üst-üstə düşmədiyindən narahat olmağa dəyməz. Əlbəttə, Kainatın məhs sənin üçün yarandığını düşünmək çox xoşdu. Bu gün insanın yaranışın mərkəzindən durması faktını qəbul etməsi inkişafdan qalması deməkdir. Biz məqsədsiz yarandığımızı ağlımıza gətirə də bilmərik. Biz keçmişin şirin yalanlarından imtina etməliyik, əgər inkişafdan qalmaq istimiriksə. Mikroskop altında güclə görünən bir virus əlində aciz qalmışıqsa deməli biz hələ ki, Kainatın mərkəzi ola bilmərik.
İnsan durmadan axtarır, yerin təkini qızım-qazım edir və tarixini öyrənir, kimdən törəndiyini bilsin. Milyardların həyatını xilas edəcək vaksinlər hazırlayırıq, işıq sürətinə bərabər sürətlə uçacaq maşınlar quraşdırırıq, Yer kürəsinin başına saat yarıma fırlana bilirik. Onda dünya böyüyür elə bil ki. Vaxtilə ildırım səsindən hürküb titrəyən adamların balaları indi uzaq ulduzlara gəzintidən dəm vurur.
Biz bu planetdə hələ ki, naşıyıq. Biz mikrobdan və çirkabdan təzəlikcə çıxmışıq. Biz emosiyalarımızı və fikirlərimizi idarə edə bilmirik. Üstəlik yaşadığımız planeti zibilliyə döndərmişik. Bu an kipriklərimizi bərk-bərk sıxıb ətrafı qaranlığa qərq etdiyimizi düşünə də bilərik. Amma yazıqlıq kompleksindənn qurtulan kimi əzəmətli Kainatla üzbəüz qalırıq. Nə olsun ki, babalarımızın qurduğu cıqqılı dünya dağılır, əvəzində daha real və əzəmətli bir dünya ponoramı peyda olur. Onun vaxt, zaman və miqyas ölçüləri diləgəlməz dərəcədə böyükdür. Yerin təkini öyrənəndən sonra bildik ki, cəhənnəm orda deyilmiş. Kosmosun hüdudsuzluğunu anlayan kimi cənnətin də yerini itirdik. Nə qədər ki, cənnətdəyik deyiriksə özümüzü aldadırıq. Müdriklik ağacının meyvəsini dadandan sonra biz özümüzü cənnətdən qovaladıq. Ağacda oturub günəşdən ləzzət alan kərtənkələ kimi bu cənnətdən niyə qovulduğumuzu xımır-xımır düşünmək də olar. Ətraf dünyanı tanımayan bütün kərtənkələlər xoşbəxtdi. Axı insanın nəyinə lazımdı ki, su qaynayanda qazanın içində nə baş verir, ya da ki, milyon il əvvəl partlamış ulduzun taleyi necə oldu? Deməli lazım imiş, bu olmasa bizim kərtənkələdən heç bir fərqimiz olmaz. Xəzər sahilində bədənimizi günə verib öz cənnətimizdə yaşayardıq...

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?