Çağdaş folklor necə yaranır


Ağsaqqalların sözünə qüvvət, keçmişdə hər şey yaxşı düzəldilərdi. Keçmişin mahnıları, rəqsləri də, ev avadanlığı da gözəl olardı. O vaxtın kişisi indi əntiq dükanlarda satılan xalça-palazın üstündə oturub mis məcmeyidəki plovdan dadıb medallı samovarında təzəcə qaynayıb dəmlənmiş pürrəngi çayından bir qurtum horulladıb (yəqin ki, həyatın nə gözəl olduğunu düşünüb) zümzümə eləməyi gələndə beynindən keçən melodiyanı dilinə gətirərmiş. Bax, xalq havaları belə yaranıb. Əlbəttə ki, bu mənim versiyamdır. Çünki kitablarda folklorun yaranmasıyla bağlı versiyalara heç inanmağım gəlmir. Orda yazılır ki, məsələn əmək mahnısı ağır iş prosesini yüngülləşdirməkçün iş başında yaranırmış. Yəni ki, cütcü qan-tər içində ağır kotanını torpağın canına yeridəndə (Kasıbçılıqdan cütə qoşulmuş insanın oxuması versiyasını tamam aradan götürmək lazımdı. Çünki onun ağzını açmaca da heyi olmaz) başını qaldırıb yazın gəlməsini görməyə macal tapsa həmən ürəyindən bir hava keçirmiş. O da mahnını zümzümə eləyərək üstəlik dilbilməz heyvanın ünvanına bir-iki kompliment də döşəyib ki, öküzlər bu havanı eşidib bir az yeyin tərpənsinlər. Guya folklor belə yaranırmış?... Axşamüstü cütcü oxumaqdan və işləməkdən halı qalarsa adaxlıbazdığa gedəndə iş heyvanının əvəzinə qıza da «xumar gözlüm» deyə ağzından söz qaçıra bilərdi (Xumar ərəbcə uzunqulağa deyilir). Bu kəlmə də o saat folklora düşərdi. Əlbəttə bu, yenə də mənim versiyamdır.
İndi kitablardakı versiyaya inansaq hər gün, hər dəqiqə folklor yarana bilər. Guya ki, insanı emosiya başına alıb aparırsa burda mütləq qəzəl, poema olmasa da bir beyt şer, bir ağız melodiya yaranmalıdır. Həmin bu məntiqnən adamların ən sıx olan yeri, məsələn marşrut avtobusları, «tolkuçkalar», bazarlar optimist havaların, həyatın ritminə uyğun rəqs və diringilərin, xəstəxanalar, dövlət idarələrinin gözləmə otaqları həzin melodiyaların yaranma nöqtələri, necə deyərlər bəlkə də beşiyidir. Ona görə də marşrut avtobusunda qışqırışmalara tamam başqa gözlə baxmaş lazımdı. Axı sən yeni mahnının yaranma anını yaşayırsan, özün də bilmədən. Onsuz da bütün yaxşı mahnıların müəllifini unudurlar. Qızlarını dəmdəscahnan ərə verib yola salanda yaylığının bir ucuyla göz yaşını silənlər bəyəm «Vağzalı» rəqsinin yaranma tarixini fikirləşir? Bu rəqs 19-cu əsrdə Bakıda dəmir yolunun açılması şərəfinə yazılmışdı. Vağzavı indiyədək iki evin arasında salınan yeni «yol»ların musiqi tərtibatında iştirak eləyir.
İndi gəlin fikirləşək, təməli naməlum dildə oxuyan oyuncaqlarla qoyulmuş, Çin malı geyinən, Allah bilir hansı zirzəmidə qablaşdırılan vaxtı keçmiş ərzaqla qidalanan, gözü toz dumanında açılan, kobudluğu həyat tərzi bilən insanın yaratdığı musiqi necə olar? Bu cümləni yazdıqca beynimdə artıq bir neçə çağdaş folklor nümunəsinin layihəsi reallaşmağa başladı. Sizinlə bolüşməyə tələsirəm:
Toztozanaq- bü rəqsi Bakıda Gicəvar əsəndə oynamaq lazımdı. Özü də dənizdən əsən Xəzri, qurudan əsən Gilavardan prinsipal fərqlənən burulğanlı Gicəvarın şəhərin tozunu havaya qaldırdığı tərzdə. Bu rəqsdə süzmə eləmentləri üstünlük təşkil elədiyindən onu qadınlar, yaxud özünü qadın kimi duyan kişilər oynaya bilər. Dövrün tələblərinə uyğun havadır.
Marşrutu – bu kollektiv rəqsə vokal-xareoqrafik tamaşa da demək olar. Marşruta minən kimi ayağınızı tapdaladılarsa deməli artıq siz də oyundasız. Sürücünün cavabını verə bilən iştirakçılara xüsusi bonus verilir. Sərnişinlər arasında aşıq sənətindən qaynaqlanan deyişmə janrı burada həm də itələşmə elementləriylə zənginləşib. Opera sənətindən isə reçitativ-deklomasiya elementləri götürülüb. «Marşrutu» xalq tamaşasında yalnız incə zövqlərin süzgəcindən keçmiş el şənliklərinin tacı sayılan müğənnilərin musiqiləri istifadə edilir. Yad havalar yalnız qulaqcıqların sərhədlərindən süzülə bilər. Marşrutdan öz dayanacağında, üstəlik salamat düşənlər özünü bu oyunda qalib saya bilər.
Öküzü – Bu sadə rəqsdə əsas şərt qarşıdan gələn adamı vurub müvazinətini pozmaqdır. Bu rəqsin ustaları bir zərbəyə qarşısındakını 180 dərəcə dönməyə məcbur eləyə bilir.
Deyirəm, koşənin sərhədləri mənim fantaziyamın sərhədləriynən heç yola getmir. Ardı qalsın gələn dəfəyə…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?