İlmələr
və qarmaqlar
Tanrı «Ol» dedi və hər şey oldu. Yer göydən aralandı, Günəş, planetlər,
Yerdə canlı aləm və nəhayət ki, İnsan yarandı. Sadəcə «o»-nun yanına
«l» qoymaq bəs elədi. Əslində bütün dünya yumru və xəttin birləşməsi
sehrindən yaranıb.
Qədim dövrlərin simvolikasında düz xətt Allahı, dairə isə yer üzündəki
həyatı ifadə edir. Qədim maq cədvəlinin mərkəzində dayanan hərflər «o»
və «l» bütün düyna əlifbasının əsasını qoydu. Yumru sağda, düz xətt
solda və ya əksinə yerini dəyişəndə, yumrular, ya da düz xəttlər hərfləri
yaratdı. İndi işimiz yumru və düz xəttlərdən keçməsəydi yəqin ki, yazılar
da yazılmaz, fikirlər də qafamızda məhbəsdə qalardı. Düz xətt yumrunun
yanında durub ayağını bir balaca içəri burdusa buta əmələ gəldi. Buta
mədəniyyətimizin simvolu oldu. Kiminsə sinəsini, paltarını bəzədi, kiməsə
qərinələr öncə olanların sirrini danışdı. Qız qalamız da bir yumru və
bir düz xəttin bir-birinə söykənməsinə ithaf edilib.
İlk rəqəmlər, sıfır və bir bütün dünyamızı qurmağa bəs elədi. İndiyədək
bütün hesablayıcı maşınlar cəmi iki rəqəmin müxtəlif kombinasiyalarından
yararlanıb hesablayır. İnsandan dəfələrlə tez işləyən kompüterlər cəmi
2 rəqəm tanıyır: sıfır və bir. Qalan rəqəmlər, hərflər və işarələr onunçün
sıfır və bir rəqəminin birləşməsidir. Alimlər rəqəm məsələsində də gender
problemlərinin izini görür. Onlar da rəqəmləri kişi və qadın rəqəmlərə
bölür. Xarici görkəminə görə əşyaları kişi və qadın cinsinə ayırmaq
təzə xəbər deyil. Bütün uzunsov əşyaları kişiyə, dairəvi əşyaları isə
qadına aid edirlər. Şərqdə İn-Yan nəzəriyyəsi kimi tanınan mistik cərəyan
ət yeməklərini kişiyə, salatları, ağartı məhsullarını qadınlara aid
edir. Daha doğrusu onlara cins verir. Bu nəzəriyyəyə görə masa, zibil
bakı da kənarlarının iti, ya da yumru olmasından asılı olaraq cinsini
dəyişə bilir. Həmin bu prinsiplə rəqəmləri də cinslərə ayırırlar. Tədqiqatçılar
deyir ki, bütün mədəni layların nümayəndələri tək rəqəmləri kişi başlanğıcı,
cüt rəqəmləri isə qadın başlanğıcı kimi qavrayır. Qoyulmuş təcrübədə
xarici soyadlar və adlara qiymət vermək tələbi vardı. Burada soyadının
hərfləri tək olurdusa təcrübə altında olana kişi famili, cüt olurdusa
qadın famili kimi gəlirdi. Biz də kişi adının ardına cəmi bir hərf artırmaqla
qadın adlarını əmələ gətiririk. Onlar bir-birindən cəmi bir hərflə fərqlənir.
(Adəmin qabırğasından Həvvanın yaranması proseduru da yumrunun yanına
düz xətt qoymağı çox xatırladır). Rəqəmlərdə cinsi mənsubiyyət görmək
bu məsələnin dünyanın qavranmasında rolu barədə bir az da artıq düşünməyə
vadar edir. Hətta cinsi olmayan kompüterin dediyinin qavranılması və
həmin məsələyə münasibət onun hansı səslə danışacağından asılıdır.
Biz gender eynəklərimizi çıxarsaq yəqin ki, ətrafımızda heç nəyi görə
bilmərik. Əlbəttə, bu fikir çox abırsızcasına səslənir, amma nə etməli?
Həyatın qızıl qanununu biz yazmamışıq. Yəni ki, uzunsov predmet yumru
ilə münasibət qura bilməsə yer üzündə həyat məhv olar. Məişətimizə nəzər
salaq. Asılqanın ucu iti olmasa ona paltarın qarmağını keçirmək mümkün
olmaz. Tavanın, qazanın qulpuna əlimizi keçirməsək od üstündə manevrlər
edə bilmərik, yeməksiz qalarıq. Hələ minilliklər əvvəl şüurluluq yolunda
ilk addımlarını atan insan sümüyün dəliyinə ip salıb iki tikə dərini
birləşdirməsəydi biz hələ də əncir yarpağının ümidinə qalmışdıq. Bütün
dünya mədəniyyətindən gender qoxusu gəlir. Eyvan altında oxunan gecə
serenadalarından tutmuş, minlərlə insan tələfatı ilə nəticələnən müharibələrə
qədər hamısı uzunsovun yumruya münasibətinin müxtəlif növ təzahürləridir.
İnsan gender məsələsini kənara atanda özü hər tərəfə yönəlmiş bir qarmağa
çevrilir. Necə ki, parça minlərlə, milyonlarla ilmələrin qarmağa keçməsindən
toxunub eləcə də millətlər bir-birindən möhkəm yapışmış ilmələr və qarmaqlardır.
Belə sıx toxunuşda kimin ilmə, kimin qarmaq olması yəqin ki, önəmli
deyil. Əsas şərt onların bir-birindən mümkün qədər bərk yapışmasıdır.
Ola bilər hansısa millətin toxunuşu sadə, primitiv, hansınınkısa mürəkkəb
və gözəgəlimlidir. Əlimizi bir-birimizdən üzən kimi, qarmaqlar yapışmaqdan,
ilmələr ilişdirməkdən imtina edən kimi parçada dəlik yaranır.
İki düz xətti birləşdirdik Allıh sözü yarandı, iki yumrunu yanaşı qoyduq
sonsuzluq işarəsi. Nə bir cüt xətt, nə də bir cüt yumru həyat yaratmadı.
Həyatın davamı üçün onların hərəsindən cəmi biri lazımdı. İlahi, yumrunu
düz xəttsiz qoyma! Bundan sonra dünyanın bütün lesbianları, geyləri
tökülüb gələ, boğazları cırılanacan çığıralar və nümayiş yapalar həyatın
gərdişində bir qırıq dəyişiklk edə bilməzlər.