Günəşi öldürənlər


Misir mifologiyasının, daha doğrusu dünyagörüşünün əsasını bir fikir təşkil edir: İlkin materianı hərəkətə gətirən Amon Allahının ruhu ilkin materiyanı yerdəki inkişafa uyğun inkişaf etdirərək Atum allahını yaratdı. Misirlilərin inamında üç allah, Amon, Ra, Pta bütün allahlar mənasındadır. Misirin ilk faraonunun ruhu öləndən sonra günəş diski ilə birləşmiş və bundan göydə ruhlar dünyası yaranmışdır. Ona görə də indi insanlar öləndən sonra heyvanların ruhu kimi təbiətdə ərimir və cənnət, ya da cəhənnəm seçiminə layiq görülür.
Müasir insan üçün bu fərziyyə absurd, bəlkə də mənasız söz yığımıdır. Necə yəni yer üstündə bizim kimi gəzən, torpağın nemətlərindən yeyib dolanan adi insan o qədər qüdrətli olarmış ki, günəş diski ilə birləşə bilsin?! Axı biz bilirik ki, günəşdə neçə minlərlə tempratur istilik var. Günəş bizə bir balaca isinişən, yaxınlaşan kimi hər şeyi yandırıb külə döndərir. Bəlkə bunu misirlilər də bilirmiş. Amma o boyda sivilizasiya tamamilə absurd dünyagörüşünün üzərində uzun müddət dayana bilməzdi. Deməli burada nəsə, diqqətəlayiq bir fikir var ki, müasir insanın gözündən qaçır.
Yer üzündə olan bütün dinlər günəş dinləridir. Minilliklər əvvəldən tutmuş bu günədək yaranan bütün simvollar günəş simvollarıdır. Bəzən ay simvollarına da rast gəlinir. Mifologiyaya görə Ay da Günəşin o biri üzüdür. Yer üzünün bütün yazıları, əlifbalardan tutmuş təbii vəziyyətdə yarananlar hamısı Günəşə məxsusdur. Bu da təbiidir, Günəş bir neçə günlük sönsə yer üzündə həyat dayanar. Nəinki insan, bütün canlılar da məhv olar. İbtidai insan nədi, lap müasir insanın da günəşi vəsf eləməkdən başqa çarəsi yoxdu. Amma biz bilirik ki, yerdəki proseslərin başında duran Günəş Allah deyil. Günəşə təzim etdin, ya etmədin bunun Kainat üçün bir qəpiklik mənası yoxdur. Biz Allahımızı tanıyırıq.
Amma alimlər son vaxtlar günəş barədə yeni, inqilabi fikirlər səsləndirir. Fərziyyələrdən biri deyir ki, Günəşin içindən başqa ölçülü dünyalara keçirən yol var. Hətta deyirlər ki, Yerə təşrif buyuran naməlum uçan obyektlər bu dəhlizdən istifadə edərək dünyamıza bir göz qırpımında uçub gələ bilir. Amma yenə də müasir insan üçün Günəşə lap min kilometrlərlə yaxınlaşmaq fikri əlçatmazdır.
Hər canlının öz günəşi var. Atomun nüvəsi ətrafında fırlanan elektron, neytron və sair hissəcikləri saxlayır. Ətrafımızdakı bütün kamil yaranmışlar vahid model üzərində qurulmuş, sanki vahid layihə əsasında inşa edilmişdir. Qadının bətnindəki yumurtahüceyrə miqyası çıxmaq şərtilə eynilə Günəşə bənzəyir. İnternetdə Günəşin kiçildilmiş və yumurtahüceyrənin böyüdülmüş şəklini yar-yana qoyanda onları bir-birində ayırmaq olmur. Vaxtaşırı ölüb sonra yenidən dirilən və yeni həyat yaratmaq üçün kişi toxumunun yolunu gözləyən yumurtahüceyrə kimi bəlkə göyün də mayası ona yaxınlaşa biləcək insanın həsrətindədir? Alimlərin hesablamalarına görə spermatazoid və yumurtuhüceyrənin ölçüsü elə təxminən Günəş və insanın ölçüsünün nisbətindədir.
Kişi toxumu spermatazoidlər bədəndə formalaşmağa başlayan kimi öz funksiyalarını icrasına girişir. Şərait olan kimi yerli günəş uğrunda marafon qaçışı başlayır. Onlara kimsə gedəcəyi marşrutu vermir, istiqamət göstərmir, arabir könlünü alıb məqsədinin yaxında olduğunu deyəni də olmur. Elə bil ki, onlar anadangəlmə bilirlər ki, nə etməlidirlər və hara can atmalıdırlar. Bəs niyə insan «Mən kiməm?!» və «Nə etməliyəm?!» sualı qarşısında daima aciz qalır? Axı yer üzünün bütün canlılarının mahiyyəti kamil layihə əsasındadır. Ona görə də kimsəyə nə etməlisən, hara can atmalısan kimi məsləhətlər vermək artıqdır. Əgər spermotozoid öz məqsədinə çatacaq dərəcədə deyil və acizdirsə o, yarı yolda məhv olur. Kimsə onun yasını saxlamır, cümə axşamlarını, 40-nı vermir, göz yaşı da tökmür. Bunu bilən bir damcıda milyonlar qədərində olan balaca, potensial adamcıqlar yeni həyat yaratmaq eşqindən qovrulur, irəli atılır. Əgər o, irəli getmək əvəzinə bir-birinə sığınıb «Mən qorxuram!» desə heç nə alınmayacaq. O, yaradacağı uşağın nə qədər kamil və möhtəşəm olduğunu da bilə bilməz.
Biz bilirik ki, spermatozoid yumurtahüceyrəyə çatıb onu mayalandırdıqdan sonra nə boyda yeni, gözəl bir dünya, yeni insan yaranır. Sonra bu dünya böyüyüb vaxtı çatanda özü ya hər ay öz günəşini doğuracaq, ya da hər istəyəndə günəşi dünyalara çevirən zirək hissəciklər qoşununu işə sala biləcək. Bəzən iki dünya qovuşub yenisini yaratmağa başlayanda onu vaxtsız öldürürlər. İnsanlar buna abort deyir. Dünyaları belə miqyasda götürəndə hər şey o qədər maraqlı görünür ki! Burada depressiyaya, pisliklərə, mənasız vaxt keçirmələrə yer qalmır. Bəlkə də misirlilərin dünya yaratmaq versiyasında həqiqət var. Bütün dini kitablar yaradılış prosesində insanın xüsusi rolunu vurğulayır. Məlum məsələdir, yeni dünyanı ən keyfiyyətlisi, ən layiqlisi yaradacaq. Hara gedəcəyini bilirsənmi, ey İnsan?!

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?