Küçələrə su səpmişəm
Ki, yar gələndə toz olmasın


Bu dəfə yoldan yazasıydım. Keçdiyim bütün yollarıı saf çürük eləyib, yaxşılığa və pisliyə aparan yolları bir daha fikrimdən keçirib adi yoldan yazasıydım. O yolu ki, hər gün keçirik, pisliyinə, yaxşılığına baxmadan, sonuna varmadan, addım-addım... Adi yoldan adətən yazmırlar. Evə, işə aparan yollar heç kimi narahat eləmir. Gözümüz öyrəşib, adiləşib. Onun nə pisliyini, nə də yaxşılığını görmürük. Ayağını evdən bayıra atan kimi yol mövzusu ötkəm uşaqlar kimi gəlib üzünə dayanır ki, məndən birinci yazmalısan. Həqiqətən də Bakıdan kənarda yol birinci məsələymiş, heç bilməmişəm.
Elə bilirdim ki, maşının şüşəsindən ətraf mənzərəni seyr elədikcə mövzular beynimdə çeşmə kimi çağlayacaq və mən onları unutmamaqçün hətta qeydlər eləməli olacam. Yola çıxanı dedim ki, azı bir həftəlik mövzum var, yəqin. Amma yol qoydu ki, nəsə yazım. Daha doğrusu yolsuzluq imkan vermədi. Sən demə maşın araba kimi çalxalananda beynindəki ideyaları da yarı yolda salıb itirirsən. Şəhərin içində pis-yaxşı yol gedəndə ayaqqabıya bir az toz qonan kimi deyinirik. Nə var ki, bir balaca asfalt hardasa sökükmüş, ya da çökəkliyə bir qədən su dolub gölməçə yaradıb. Amma yolsuz yaşayanlar varmış. A qardaş yolsuz olmur, vallıh olmur.
Yolun bir ucundan tutub dalıyca düşək, görək hara aparıır. Bəs yollar necə əmələ gəlir ki? Birisi məqsəd güdərək istiqamət seçir. Həmən açılmamış cığırlarda izini qoyur. Az keçməmiş başqa birisi bəlkə də tanımadığı, bilmədiyi istiqamətdə ləpirlər görür və onu maraq götürür. İzi tutub ardınca gedəndə hes düşünmür ki, bu yolda öz ləpirlərini də qoyur. Bu cığırı 3-cü, 5-ci, 15-cisi keçəndə məqsəd də, istiqamət də aydınlaşır. Sonrakılar hara getdiyini də, yolun sonunu da yaxşı bilirlər. Bu yolda birincilərlə ardıcılların görüşəcəyi artıq önəmli deyil. Əsas yolun olmasıdır. Birincilərə yolundan azmağı bağışlayarlar, amma yoldan çıxmağı yox. Çünki birinci olan bilməlidir ki, ardınca gələn var və mütləq də olacaq. Yol varsa deməli məqsəd var, inkişaf var, axtarış var. Milləti məqsədiylə ölçürlərsə ölkəni yollarıyla dəyərləndirirlər. Sivil ölkələrdə yolların vəziyyəti xalqın yaşamıyla ölçülür. Axı yol bir nəfərin işi deyil, hamının işidir. Bu yollarda hamının izi var.
Yolun harasa aparmaqdan başqa harasa çatırmaq adəti də var. Yolun sonunda mütləq nəsə yaxşı bir şey olmasa yolçular ruhdan düşər. Məqsədinin mənasızlığını görüb ümidləri qırılar. Deyirəm yolsuz düşmənin də olmasın. Yolun axırında gözəl guzaran, azad Vətən, taleyini öz əlində saxlaya bilən millət, ya da heç olmasa Qarabağ dayanmalıdı. Rusiyaya, xaricə qazanc dalıyca gedən yollarda itkilərimiz çox olur. Düzdü, oralarda yollar deyilənə görə çox yaxşıdı. Şüşə kimi yollarda şütümək ləzzət verər yəqin… Amma bu ki, bizim yolumuz deyil.
Öz aramızdı, yollarımız pis gündədir a… Yolumuzun apardığı yerlər də yaxşıdı, yolçularımız da. Bircə yolları söküb tökmüşük ki, guya təmir edirik. Bəs yolları sökənlər bilmir ki, yolu sökəndə ehtiyat yol çəkilməlidir?! Yolsuz olmur, a qardaş, heç olmur. Ölkəni yeni istiqamətdə yönəldəndə də ehtiyat yolu olmalıdır. Yoxsa azarıq, vallah azarıq. Ehtiyat yol, ehtiyat paraşütü kimi bir şeydi. Düzdü, hərdən o da vaxtında açılmır.
İndi desəm gəl düş dalıma təzə yol açaq bir axsaq, iki dəli, bir gic düşər yanıma ki, gəl getdik. Ağıllı və tədbirlilərdən yol açanlar çıxmır. Ağıllıların keçdiyi enli, geniş yolların nə vaxtsa dəlinin birisi açıb, kəşf eləyib. İndi özün bil, dəlinin dalıyca düşəcəksən, yoxsa ağılı və tədbirlinin. Onu da bil ki, dəli olmaq hər kəsin hünəri deyil.
Ömür yolunusa hər kəs özü seçir. Mütləq ölümə aparan ömür yollarında adətən tək olursan. Ömür yolları birləşib böyük geniş bir yola çevriləndə hamıya rahat olur. Büdrəyəndə yanında söykənməyə kimsən olsa sona çatanda ruhdan düşmüş olmursan. Parçalanıb pərən- pərən olanda yolun daş-kəsəyi ayaqlarını dağıdır, dabanlarını çatladır. Amma bu yoldan çıxmağı heç kimin hünəri çatmaz.
…. Yoldan uzun-uzadı da yazmaq olar, lap qısa, mənalı da. Amma yol haqqında improvizəyə sonluq vermək çətindi. Yolun sonu olmasa daha yaxşıdı. Yazının da sonluqsuz olması növbəti yazıya əl yeri qoyur. Bəlkə də bu, sədəcə mənim fantaziyamdı…
P. S. Eşitmişəm ki, osmanlı türkləri korrupsiya və rüşvətxorluğa yolsuzluq deyirlər. Səmtini bilməyənlərə, Allahını itirənlərə qoşulmayın amandı!..

 

 



Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?