Qadın qəddarlığı
Psixoloqlar deyir ki, bu, qadınlarda daha yaxşı alınır


Təxminən bir il əvvəlin söhbətidir, bu günün ən uğurlu detektiv yazarlarından saılan şotland İen Renkinin adı qalmaqallı bir əhvalatda sadalanırdı. O, müsihibələrin birində «lesbiyan» kəlməsini işlətməklə adını qadın yazıçı kolleqalarının qara dəftərinə salmışdı. İnspektor Rebus haqqında məşhur romanların müəllifi belə demişdi: «İndi ən naturalist romanları qadınlar yazır. Yeri gəlmiş, onların arasında lesbian qadınların olması faktı mənə maraqlı gəlir». Bu cümlə yazıçı qadın Vel Makdermitin acığına gəlmiş və o, Edinburqdakı beynadxalq kitab festivalında çıxış edib bunu «axmaq cəfəngiyat» adlandıraraq hirsini necə deyərək ictimailəşdirmişdi.
İndi anlamaq çətindi ki, kim haqlıdır. Axı həmən bu qadın həqiqətən də lesbi hərəkatının nümayəndəsidi. Onun ekspressiv cavabını həyata gətirən emosiyaların mənbəyini bilmək olmur: «Cavan, istedadlı kişi yazarlar əsərlərində zorakılıq olan səhnələri təsvir etməkdən çəkinmirlər. Amma bəzi kitablar var ki, burada səmimi olmağın bircə yolu qalır, o da hər şeyi olduğu kimi yazmaq. Elə bil oxucuya «Bax, hər şey belə olubmuş» deyirsən. Bu nə əyləncəvi qiraət, nə də açıq pornoqrafiya deyil. Zorakılıq həqiqətən də çox ağrılıdır və onunla rastlaşan insanların həyatını həqiqtən sındıra bilir». Makdermit etiraf edir ki, «Qadın olaraq ədəbiyyatda zorakılığa necə baxırsız?» sualı onu çox əsəbləşdirir. Çünki kişilərə bu sual adətən verilmir: «Niyə hamı düşünür ki, biz qadınlar zorakılıq səhnələrini təsvir edə bilmərik, axı adətən zorakılığın qurbanı özümüz oluruq. Bunu təsvir etməyə icazəmi almalıyıq?». Yazıçı xanım nə dediyini yaxşı bilir, çünki uzun illər kriminal üzrə jurnalist işləyib. Onun sözlərinə inansaq redaksiyalarda seksizm hökm sürür və hətta onun kimi peşəkar jurnalistə də belə şəraitdə işləmək çətindir.
Əslində iş lesbianlıqda deyil. İlk onluğa düşmək istəyən qadın yazar üçün kitablarında zoraklıq səhnələrinin təsvirini vermək uğurlu vasitə sayılır. Kişilərin belə səhnələrdən çəkinməsi qəbul edilib. Ümumilikdə son dövrlərin detektiv romanlarındə naturallığın artması duyulur. Bunu kinonun təsiriylə bağlayrlar. Bu gün dünyada detektiv romanların yarıdan da çoxunu qadınlar yazır. Bu kitabların oxucularının əksəriyyəti də elə qadınlardı. Belə çıxır ki, hamının qadınların sevgi romanları oxuduğunu düşünən zaman onlar isti-isti detektiv axtarır və kəskin süjetli romanları əldən buraxmırlar. Qadın yazarların əsərlərinin kiçik monitorinqini aparsaq görərik ki, qadınlar həqiqəti bəzəməyi sevmir və öz oxucusunu zoraklıq olan səhnələrdən qorumaq kimi riyakarlığa əl ətmırlar. Bayaq adı çəkilən qadın yazıçı Makdermidin qəhrəmanlarından biri qurbanının qasığından «skalp» kəsib götürürmüş. Mo Xeyderin «Müalicə kursu» kitabında belə səhnə var: ağıldan kəm qatil kişini öz uşağını zorlamağa məcbur edir. Yazıçı qadınTen Frenç isə hesab edir ki, dünyada çoxlu insanlar var ki, qadının mövcudluğunu qadını insandan qurbana keçirmək üçün bəhanə hesab edir. Mütəxəssislər deyir ki, belə qəddar səhnələri yalnız qadınlar uydura bilər, çünki psixologiyada sırf qadın qəddarlığı anlayışı var.
Bu günlərdə bizim qadın yazarlımızda olan Nərmin Kamalın essesini oxudum. Esse Azərbaycan cəmiyyətində qadına qarşı ədalətsizlikdən, ailədə, cəmiyyyətdə qadının layiq olduğu yeri tutmaqda qarşısına çıxan çətinliklərdən danışılırdı. Müllif özünü «gəzən cinsi orqan» kimi hiss etməsini də gizləmirdi. Yenə də bərabərsizlik, yenə də haqsızlıq deyəcəksiz. Amma mən «Yenə də qadın qəddarlığı» deyərdim. Bizdə buna pambıqla baş kəsmək də deyirlər. Yəni şikayətlənirsən, zarıyırsan, hüququmuz yoxdur deyirsən. Sonra valideyninin, sevgilinin, yoldaşının, xalqının dalıyca alıb-verirsən, ürəyini boşaldırsan. Axı bizdən yaxşı kim bilər ki, qadını mətbəxə zorla qovalayan olmayıb. Qadına burda rahat olmasaydı dünyasında mətbəxdə hakimiyyəti ələ almazdı. Kişilər gedib mamont ovlayarkən tapdaq altında qalmaqdansa isti ocağın yanında olmağa üstünlük verən qadının indi də cəmiyyətdə yeri pis deyil. Oxumaq istəyənin oxumaq, sevgisinin ardınca getmək istəyənin də əlində imkanı var. Bəzən arzularına görə niyisə qurban verməli olursan. Məsələn, valideyninin sözündən çıxdınsa arxanda dayanan olmayacaq. Axı qaçan qızlara cehiz verilmir. Yaxud, azad qadın olmaq istəyirsənsə ol və kişinin pulundan gözünü çək, avtobusda sənə yer verəndə oturma, öz yükünü özün daşı. İmtiyazları qəbul edib sonra cəmiyyətdən haqq tələb etmək ən azı qəddarlıqdır. Elementar, bəzək-düzəksiz qadın qəddarlığı. Bunu təkcə biz bacararıq…


 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?