Böyük səhər sindromu


Onlar iri dəstələrlə, izdehamla orda-burda toplaşır. Onlar aqressivdi, kobud, dözülməz, qışqırıqçı, sırtıq və həyasızdı. Onlar bərkdən danışır, ucudan öskürür, asqıranda ağzını da tutmurlar. Biədəb geyinir, bibırçı danışır, heç kimi saymırlar. Onlardan heç yerə qaçmaq mümkün deyil. Çünki onlar da səninlə bir şəhərdə yaşayır. Ən gülməlisi odur ki, bu insan kütləsinin içində mütləq eləsi tapılır ki, sənə baxıb eynən bu cür düşünür. Bu mənzərəyə baxıb gülməyi ağlına gətirməyənlər bunu böyük şəhər sindromu adlandırır. Əgər bu fikirlər ağlından keçibsə deməli sən də xəstəsən…
Deməyin ki, «məndə bunun əlamətləri yoxdu, mən sağlamam». Böyük şəhərlərin sakini bu xəstəliyə tutulmaya bilməz. Gizləməyə nə ehtiyac var, hamı kənddən gəlib. Amma bir neçə nəsil bundən əvvəl. Dədə babamız torpaqda eşələnib, bizim indi arzulaya biləcəyimiz həyatı yaşayıb. Sübh ağarmamış durub, ciyərlərinə təmiz hava çəkib. Bizdən fərqli olaraq zəhmətinin nəticəsi gözünün qabağında olub. Şəhərli bunu röyalarında görə bilər. Biz süni işıqla dolanaraq təbii həyat ritminin ürək döyüntüsünü eşitmirik. Hər bir insan özünü böyük maşının bir vinti saysa da axır nəticədə nəylə məşğul olduğunu bilmir. Hamı əmindi ki, bu vint sıradan çıxsa da onu əvəz eləməyə mütləq başqa birisi tapılacaq. Şəhərlər artıb nəhənc əjdahaya çevrilir. Bu əjdaha hamımızın arzularını, xəyallarını, itellektini və hətta cismini də «həzm edərək» böyüyür. Əvəzində qazancımız nə? Çox dəbli ifadələr - xroniki yorğunluq, aqressiya, depressiya. Və üzücü tənhalıq hissi….
Yalnız şəhərlinin ağlına gələ bilər ki, planetimiz adam əlindən aşıb daşır. Şəhərdə göylər sonsuz uzaq və əlçatmazdı. Oralara düşməkçün ya ölməlisən, ya da şairdən, musiqiçidən olub uzaq dünyaları gəzməyi öyrənməlisən. Bunu bacarmayanlar yalnız yuxularında azad olur. Amma əslində isə şəhər sonsuz, ucu bucağı görünməyən planetdə kiçicik bir adadı. Burada informasiya axını bizə gün vermir, reklamlar, «hara getməli?», «nə etməməli?»kimi ağır suallara cavab verən başgicəllədən işarələr gözümüzü deşir. Televizorda nə eşidirik? - öldürdülər, asdılar, kəsdilər, oğradılar, döğradılar. Hər şey də operativ, real həyat ritmində. Çoxdan arzuladığımız sakitlik, sükut gecə saat 2-dən sübhə qədərdi. Əlbəttə bəxtin gətirsə, gecə kiminsə siqnalizasiyası işə düşməsə, eyş-işrətdən başı ayılmayanlar pəncərənin altında mahnı oxumasa. Bəzən heç padşahın piyada getdiyi yerdə də rahat otura bilmirik. «Sən orda neynirsən» sualını eşitməməkçün tələsik çıxırıq. «A rəhmətliyin oğlu, burda neynəllər?»
Qocaların sevimli qorxusu belədi: «Küçədə yıxılıb ölləm, heç kim fikir verməz». Bir ayağı görda olan qocalarımız morqa düşməyin qorxusundan heç ayağını bayıra da qoymur. Sonra biabırçılıq olar, uşaqları, nəvələri ondan iylənib göyərəndən bir neçə gün sonra xəbər tutar. Yas mərasimində hamı bunu bilər. Noolsun, biz böyük şəhərin xəstə sakinləriyik. Sən də hamı kimi psixiatrların qorxulu saydığı eyni tipli kvadrat, düzbücaqlı evlərdə yaşamağı öyrənməlisən. Uğur qazanmalısan, cavan görünməlisən, ağıllı və hazırcavab olmalısan. Filan yaşacan oxumalı, evlənməlisən, uşaq böyütməli, bir sözlə milli standartlara uyğunlaşmalısan. Vaxtaşırı qəzet oxuyub kimn kimi söydüyünü bilməlisən, bazar-dükandan, qiymətlərin artımından xəbər tutmalısan. Arabir qeybət eləməyi də özünə icazə verməlisən. Bu xəstəliyin tələbləridi.
Odur ki, burada hamı müalicəlikdi. Avropalılar şəhərin kənarında yaşamaqla sindromdan qaçmağa çalışır. Biz bu tezliklə «novostroykadan» qurtula bilmərik. Ən azı evin haqqını ödəyib qurtarana kimi. Qocalanda məşəqqətli həyatın mükafatı kimi ölməyə təbiət qoynuna gedərik. Əgər təbiət sözündən ürəyin bulanırsa ola bilər ki, kəndçinin şəhərliyə keçmə mərhələsində keçid rolu oynayan yeni insan növüsən. Böyük şəhər sindromu isə bu yolda kiçik «lomka»dan başqa bir şey deyil. Fikir eləmə, 3-4 salamat nəsil yetişdirə bilsən sonrakı insanlar böyük şəhər sindromuna qarşı immunitet qazanmış olacaq.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?