Şantrapa
Yaxud «Chatra pas»


Oxuyub oynamaqnan aranız necədi? Bilirəm, bilirəm, bu bizim qanımızdadı. İçi mən qarışıq ölmürük əl-qol açıb dingildəməyə? Sualın bu tərz qoyuluşu mənə bir hadisəni xatırlatdı. Türkiyə ilə aramız təzəcə düzəlişmişdi. Hələ alimlərimiz, ən yaxşı müəllimlərimiz oraların dadını təzəcə dadmağa başlayanda yerinə çatan kimi ilk əvvəl onlardan «Oxuyub yazmağın varmı?» soruşardılar. Cild-cild kitabların müəllifi üçün bu sual o qədər qəribə görünərdi ki. Elə o tərz də mənim qoyduğum sual diringi mərəzinə tutulmuş millətçün gülməli səslənir: «Necə yəni oynayıram, ya yox. Oynayıram, oxuyuram, hələ o yana da keçirəm».
Adətən meydanda əl-qol açıb oynayanda adamın özündən xəbəri olmur. Bütün oynayanlar elə bilir ki, yaxşı oynayır və hətta oynamalıdır da. Qadınlar paltarını hər tərəfdən nümayiş elətdirməli, boyun boğazındakıları yaxşıca cingildətməlidi. Kişilər ayaqları dolaşa-dolaşa valaylayaraq burcutmalı, ən pis halda dayanıb əl çalmalıdı. Bu bizim el adətimizdi. Rəqs meydana ayıq başla baxanlara tamam başqa səhnələr görünür. Ortalıqda sanki palçıq tapdalayanlar ordusu adamda ikrah oyadır. Buna da deyərlər rus demiş «şantrapa».
Bu sözün tarixcəsi gedib Napaleon qoşunlarının Rusiya ilə döyüşdüyü vaxtlara gedib çıxır. Rusiyanın qışı fransızların burnunu ovandan sonra dabanlarına tüpürüb vətənə qaçan fransızdarın heç də hamısı gedib yerinə çatmamışdı. Ruslar onların bir çoxunu əsir götürərək malikanələrində işləməkçün saxlamışdılar. Əlbəttə ki, fransızlar əkin-biçin üçün yaramırdı. Amma onlardan yaxşı müəllim, tərbiyəçi, təhkimçi teatrların rəhbəri çıxırdı. (Bir az gülməli səslənir, amma fransızın əsgəri, yəni ki, ziyalısı, düşünən beyni, yol göstərəni yox, farağat əmrini ən yaxşı icra eləyənin birisi gəlib rus teatrının təməlini qoydu. İndi bu oturuş-duruş qaydasını biz ruslardan öyrənmişik. Televiziya, teatr, qazet-jurnal baxımındın rusa köklənmiş istiqamətlər preqressiv sayılır və çox vaxt da yaxşı nəticələr verir). Həmin o əsir götürülmüş, saqqalından yağ daman mujikin əylənmək ehtirasını söndürməkçün teatr yaradıb işlətməyə məcbur olan fransızlar aktyorları kəndlilərin içindən seçməli olurdu. Bir növ kastinq yaradır və oxuyub oynamaq bacaran kəndliləri ağır əkin işindən ayıraraq teatrda aktyor kimi işlə təmin edirdilər. Ağır işdən aralanmaqçün nəinki fransızın, lap İblisin qarşısında hoqqabazlıq çıxarmağa razı olan kəndli bütün bacarığını meydana qoyardı ki, onu seçsinlər. Bu kastinqlərdə fransızlar iştirakçının istedadını görməsəydilər əllərini yelləyib «Chatra pas», yəni «oxumağa yaramır» deyərdi. Pərdə arxasında mənzərəni ləzzətlə seyr eləyən o biri kəndlilər bu sözü dəyişdirərək «şantrapa» kimi deməyə başladılar. Yəni ki, bir fransızın saqqızını oğurlaya da bilmədi. Hazırda bu söz «tökülüb itən, yaramaz, hes nə bacarmayan, vecsiz insan» mənasını bildirir.
Qadasını aldığım fransız buralardan niyə keçmədi axı! Niyə axı, teatromuzu yaratmadı, millətə oxuyub oynamaq öyrətmədi? Düzdü, bununçün fransızı tutub saraya gətirmək də lazım gələcəkdi. Heç qoyardıq bu idbar sözü dilinə gətirə? Başına dolanardıq, qadasını alardıq, sonra bozbaş yemək öyrədərdik, bığ buraxardı və plov yeyəndə kürən bağları yağa batardı. Bir az diqqətli olsaq görərik ki, elə bizdə də fransızlardakı kimi oxuyub oynamağı bilməyən vecsiz adam sayılır. Ona görə də biz şantrapa deyilik və fransız bizə baxıb ikrahla «Chatra pas» sözünü dilinə gətirməyəcək. Biz elə dərdimizi qoltuğumuza vurub, problemlərimizi belimizə şələyib oxuyub-oynayan xalqıq. Bir zəngulə vurarıq, dərddən düzü dünyanın bağrı çatlar. Aclıqda qarnı dumbula dönmüş ac, qaraca balaların, QİÇS-dən ölənlərin, kütləvi qırğınların, hətta qlobal istiləşmənin dərdini unudub «Qarabağım, vay!» deyib biznən bahəm mərsiyə deyər, saçlarını yolar, axırda da başına kül səpər. Lazım gəlsə dünyanı inandırarıq ki, biz rəqs eləmirik eee…, zikr eləyirik! Yox, yaxşı oynamırıq, yaxşı yellətmirik, yaxşı burcutmuruq! Bunu dünya görmür ki, görmür…

…Düzün desəm yazının sonuna yaxın məntiqin lobirintində dolaşdım və fikirlər dalana dirəndi. İndi bilmirəm ki, sonluqda oxuyub oynayanlara, yoxsa bunu bacarmayanlara fransız sayağı «şantrapa» deyim. Amma insanların təsnifatını vermək nəyə lazımdı? Hər kəs kimliyini hamıdan yaxşı bilir.

 

 

 
Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?