Boz şəhərin boz adamları

Rəsamlar bunu daha yaxşı bilər: mübariz qırmızı, sırtıq sarı, həyatsevər yaşıl, təmkinli göy, alicənab qaranı xanım-xatın ağla qarışdırsan boz rəng alınar. Sevginin, nifrətin, ləzzətin, vahimənin, heyranlığın yerini bilməyəndə, Allaşın verdiyi duyğular okeanında azanda, kədərdən ləzzət ala bilməyəndə, sevgidən ağlamayanda bozluq yaranır.
Azqala bütün qorxulu filmlərdə belə kadr var: boz plaşlı adam gündən bozarmış şlyapasını gözünün üstünə basıb boş, çirkli, bir-birinə bənzəyən küçələrlə addımlayır. Üzü görünməsə də qorxusu «balaqlarından süzülür». Boz qorxu rəngidi. Bütün rəngləri basa bilən bozun də çaları çoxdu: evə bir parça çörək apara bilməmək qorxusu, dünənin xofu, sabahın vahiməsi, hamı kimi olmaq ehtiyacı kimi dolğun bozla yanaşı «birdən görərlər», «birdən bilərlər», «sevə bilmirəm», «darıxıram», «hər şey yalandır» kimi şəffaf yarımtonlar.. Və bütün bu bozluq dənizində batıb özünü itirmək qorxüsü.
Boz sırtıqdı, üzə bozarandı. Zamanın əliylə bozarıb nimdaşlaşan əyin-başından utanan adamın eybini üzə vurmaqdan ləzzət alandı boz. Boz satqındı, pencəyin, şalvarın ciblərində mənasız axtarışların izlərini gözə soxmağı sevəndi. Kim deyir ki, ağ ləkə götürmür? Ağa düşən birinci ləkə gözə girir. İki-üç ləkədən sonra vicdan xal-xal yox, boz olur. Ağın çirklənməsi bir dərd, qaranın bozarmasına neynəyək? İnnən belə «qatıq bozdu» deyəcəklər? Bu yerində optimistlər «eyb eləməz, yaz günəşi çıxıb hər yerə işıq salar», psixiatorlar «yaz depresiyasıdı, keçib gedər» deyəcəklər. Bəs onlar bilmir ki, gün işığı çox şeylərə işıq sala bilər? Qaranlıq dəlilərinin görünməyən ləkələrini də gözə soxar?
Tikintidən rəngini itirib bozarmış sement rəngli şəhərim, küçələrində gəzənləri boza bulayırsan, üstünə boz ələyirsən? Qoy hamı «novostroykada» yaşasın, hər yerdə göydələnlər tikilsin. «Hər ailəyə bir ev» sovet şüarını artıq reallaşdırıb artıq «Hamıya ev, təkcə ev, evdən başqa heç nə» şüarının həyata keçməsiylə məşğuluq. Hər səhər evdən çıxında tozunu silib təmizlədiyim ayaqqabıların bozunu təmizləmək olmur. Bu, tikintinin tozu yox, sevib öyrəşdiklərimin, söküntünün tozudu, dağıdanların səpdiyi bozdu. Buna elmi dildə deyəsən konqlomerat, loru dilində həftəbecər deyirlər. Yəni dəxli oldu-olmadı, hamını və hər şeyi bir qazana töküb boz «bişirirlər». Başıbozlar qazanının başında mütləq əlində iri çömçəli birisi durub fasiləsiz boz bulamalıdı. Yoxsa yaxşı bişmərik. Yaxşıca qarışmasaq boz yox çömçəlinin gözündən iraq, rəngbərng olarıq, özümüzə bənzəyərik, iraq-iraq gözə girərik. Fikir eləməyə dəyməz, bu yolu heyrətlə baxdığımız Amerika çoxdan keçib. O qədər milliyyətlər, mədəniyyətləri bozardıb ki...Bütün dünyaya kola içizdirib, «biq mak» yedirib, Hollivub filmləri, Disney multfilmlərinə baxmağı məcbur edib. Qarğış deyil ha, amma belə getsə uzaqbaşı amerikalılara bənzəyəcəyik! Bu da olsun boz yazıya necə deyərlər, nikbin sonluq…
P.S. Səhər tezdən yazını yazmazdan əvvəl qonşumuz qapını döyüb nədənsə mənə boz parça təklif elədi. Havayı olsa da götürmədim. Çünki qapını örtən kimi kompüter arxasına keçib bozdan yazacağımı bilirdim…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?