Uçuş

«Biz planetimizi özümüzünkü sayırdıq. Biz səhv etmişdik».
«Yer kürəsinin dayandığı gün» filminin sloqanı


Bu gün təqvimdə əlamətdar günlərdən biri sayılır. Çünki 1961-ci ilin aprelin 12-də insan ilk dəfə yer kürəsindən aralanıb göyə uçdu. Bununla da insanın kosmosu fəth etmə prosesi start götürdü. Özünü yerdə canlıların şahı elan etmiş insan göyün ənginliklərini görəndən sonra yavaş-yavaş «yerə enməyə» başladı. Çünki Kainat miqyasında öz yerini təxmini olsa da gördü. Amma insan uçmağından və uçmaq istəyindən əl çəkmədi.
Aprelin 12-də, təqvimin 103-cü gününü yola verəndən sonra, ilin sonuna hələ 263 cün qalanda və yəqin ilıq yaz günlərinin birində Yuri Qaqarin «Vostok» kosmik gəmisində «Baykanur» kosmodromunda yerdən qoparaq Yer adlı planeti tərk elədi. Uçuş cəmi 108 dəqiqə çəksə də insanın yer ətrafında planetin başına dolanması bəşəriyyət tarixində yeni era açdı. İnsanlar da uçarmış… İndi, yəni insanın kosmosu az qala öz evi saydığı zamanda nə «Baykanur» ətrafındakı torpaqların insan üçün yararsız hala düşməsi, onlarla insanın zəhərlənməsi və eləcə də o vaxtlar həsəddən partlayan Amerikanın kosmos məsələlərində irəli çıxması kimisə maraqlandırır. Birinci olmaq, irəli çıxmaq daha əsasdır. Amerika ilk pilotlu kosmik gəmisini yalnız 20 il sonra ilk amerikalını kosmosa göndərə bildi. Özü də həmənki , sovetlər ölkəsinin bayram etdiyi 12 aprel günündə. Yalnız 50 il keçəndən sonra 2011-ci ilin aprelin 7-də bütün dünya, yəni dünyanın 60 ölkəsi aprelin 12-ni «İnsanın kosmosa ayaq basdığı gün» kimi tanıdı. Aprelin 12-də dünyanın bir çox ölkələrində «Kosmik nəslin məsləhətçi şurası» qeyri dövlət təşkilatının təşəbbüsü ilə «Yuri günü» adlı şənliklər silsiləsi keçirir. Bəşəriyyət kosmosa açdığı cığırlarına sevinir.
Yəqin uçuş elə məhv aprelin 12-də olmalıymış. Hələ qədimdən bəri insanlar aprelin 12-də damdabacaya xəmirdən pilləkənlər bişirirmişlər. Bu, göyə ucalmanın, yəni ölümdən sonra başqa dünyalara səfər etmənin simvolu idi. Amma qədim insan ölümdən qorxduğu qədər bu gündən də qorxurdu. 12 aprel gecəsi ayağını kandardan bayıra çıxarmırdı. Çünki nəinki kosmosda, hatta evinin 5 metrliyində baş verənlər onu hürküdürdü. İçimizdə indiyədək «İnsanın kosmosda nə işi var? Nə itirib orda tapa bilmir!» fikirləşənlər də az deyil.
Bu nədisə aprelin 12-nin taleyinə uçmaqnan, sürətlə və uçmaq istəyənlərin qanadlarını qırmaqla bağlı hadisələr daha çox yazılıb. 1903-cü ildə Londonda daxili mühərrikli şəhər avtobusları martşruta çıxdı. 1911-ci ildə Londondan çıxıb Parisdə yerə enən 3 saat 56 dəqiqəlik ilk birbaşa uçuş reysi reallaşdı. İlk iməcilik də aprelin 12-nə düşüb. 1919-cu ildə fəhlə deposu 3 paravozu havayı təmir edəndən sonra bu sovet rəhbərlərinin çox ürəyincə oldu və şənbə günü ölkənin rifahı uğrunda havayı işləmək dəbə mindi. 1951-ci ilin aprelin 12-də isə tarixə «Qara cümə axşamı» kimi daxıil olmuş hadisə daxil oldu. Koreya müharibəsi zamanı ABŞ qoşunları 10 təyyarəsini döyüşdə itirdi. 1961-ci ildə sualtı cəmi «K - 19» amerikanın ilk atom sualtı gəmisiylə az qala toqquşucaqdı. Gəmi özünü qaçırdıb burnuylu qrunta girməyilə yer kürəsini xilas etdi. Yerin orbitinə ilk kosmik apparat çıxarılanda da təqvimdə aprelin 12-i idi.
Elmdə Struxalın maqik rəqəmləri adlı bir termin var. Oksford Universitetində Adrian Tomas deyir ki, bu maqik rəqəmlər üzməyi və uçmağı öyrədəcək. Təbiətdə hərəkət edən hər nə varsa bu qanuna uyğun irəliləyir. Bu qanun div boyda balina üçün də, balaca uçan güvələr üçün də eynidir. Struxal qanuna yer kürəsində işlədiyi qədər də başqa planetlərdə yaşayan canlıların həyat tərzini öyrənməyə imkan verir. Alimlər deyir ki, uçan qüşün videoyazısını görmək kifayətdi ki, onun ölçülərinə nəzərən uçuş sürəti hesablana bilər. Alimlər yarızarafat, yarıgerçək mələklərin uçuşunun dəqiq rəsmini görmək şərtilə onların da sürətini hesablamağı vəd verir. Artıq bu gün Amerikanın quş ölçüsündə uçan obektləri var ki, binaya girib hər hansı otaqda obyekti izləməyə imkanı verir. Onlar nəticələrdən o qədər də razı deyil, çünki adi həşərata bənzər müşahidə aparatları yaratmaq iddiasındadırlar.
Aprelin 12-ni elə şəstlə qeyd edirik ki, guya bundan əvvəl insan heç uçmaq-zad nədi bilmirmiş. Yaxşı, qayaüstü rəsmlərdə skafandrlı pilotların rəsmlərini, daş lövhələrdə kosmik uçuş aparatının quruluşunu, minilliklər əvvəl yaranmış atom silahı daşıyan uçan maşınlar barədə əfsanələri kimin ayağına yazaq? Tutaq ki, bura yadplanetlilər gəlib və uçmaqlarıyla qarşımızda fors edib gediblər. Bəs insanın uçmaq ehtirasını təkcə gəlmələrin ayağına yaza bilmərik. İnsanın ruhunun uçunması prosesini heç bir formul, elmi tapıntı izah edə bilmir. Biz ruhumuzun uçmaq bacarığını dəmir yığınına minib primitiv və təhlükəli uçuşla əvəz etmişik. Kosmik qanunlarla idarə edilən gözəl dünyaların seyrinə çıxan ruhumuzu tır-tırla, tüstüylə, səs-küylə yerdən qopub uçan dəmir arabalara dəyişmişik.

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?