Tumurcuq balalar
Balaca, dünyaya bir dil göstər!..

Dünən ağ fartuklu, ağ köynəkli, üstündə «məzun» yazılmış çiynindən aşırma qırmızı lentli uşaqları şəhərdə topa-topa gəzişən görəndə adamı nostalji hisslər bürüyürdü. Yəqin onlar da düşünürdü ki, uşaqlığın son gününü yola salırlar. Təhsil Nazirliyinin sonsuz və mənasız reformalarının nəticəsində belə gətirib ki, məzunlar günü yəni 31 may bitən kimi sabahısı gün iyunun 1-də uşaqların müdafiə günü başlayır. Topa-topa şagirdlərin uşaqlıqlarından yola salsaq da hələ cocuqlarla bağlı işimiz çoxdu. Bir kriminal xəbərlərə göz gəzdirin – pedofiliya, uşaqbazlıq, zorakılıq, narkomaniya, alkoqolizm…
Uşaqların müdafiə günü ərəfəsində sanki bayrama hazırlıq kimi Şimali Osetiyada nümayiş keçirilib. Nümayişə çıxanlar 4 yaşlı qızını zorlamış 19 yaşlı oğlanı öldürən ananın həbs olunmasına qarşı çıxırdılar. Onlar deyir ki, uşaqların həyatına qəsd edən pedofillər terrorçu kimi bir şeydir, uşaqların həyat və sağlamlığına təcavüz edirlər. Nümayişçilər hesab edir ki, pedofillər, uşaqbazlar bilməlidir, uşağın həyatına qəsd etsə onu məhkəməsiz, filansız öldürə bilərlər və belə cəsarətli addımı atmış qadının yeri həbsxana deyil, evdə başsız qalmış 3 uşağının yanındadır. Hələ keçən ilin ən səs-küylü hadisələrindən biri də uşaqbazlıqla bağlı idi. Karlsrua məhkəməsi Sosial –demokrat partiyasının üzvü, keçmiş deputat Yorq Taussu uşaq pornoqrafiyasının evində saxladığına görə həbs eləmişdi. Tauss təkid edirdi ki, evdə tapılan materiallar bir deputat araşdırması apardığı üçün pedofillərlə bağlı tədqiqatla əlaqədardır. Məhkəmənin bu günlərdə çıxardığı qərara əsasən onun uşaq pornoqrafiyasını evində saxlamağa, baxmağa səlahiyyət çatmırdı. Üstəlik deputatın mobil teleonundan tapılan kadrlar da sübut edirdi ki, o, uşaq pornosunu şəxsi maraqlarına görə koleksiya edirmiş. Nəticədə deputat 38 il üzvü oloduğu partiyadan kənarlaşdırılır və 5 illik həbs cəzası kəsilir, özü də şərti. Əlbəttə, azdır. Sındırılmış uşaq qəlbləri, şikəst edilmiş həyatlarını tərəzinn bir gözünə qoyanda pedofillər 3 dəfə doğulub ömrünü həbsdə keçirsə də yenə də az görünər.
Bəzən uşaqları yad zorakılardan deyil, dos-doğma valideynlərindən də qorumaq lazım gəlir. Pedofil ataları da bir kənara qoysaq hələ qəddar analar problemi də qalır. 3-4 gündür ki, İtaliyada yeni sosial reklam kompaniyası başlayıb. Kompaniyanın əsas məqsədi içən anaların gözünü açmaqdır. Sən demə İtaliyada aparılmış sorğu nəticəsində qadınların 67 faizi etiraf edib ki, hamilə ikən mütəmadi şəkildə spirtli içki içirmişlər. İtalyan reklamçıları anaların ürəyinə yol tapmaq üçün kompaniyanın adını «Ana içirsə uşaq da içir» qoyublar. Reklamda buz kubikləri və limon kəsiyi altında qalmış spirtli içki stəkanının dibinə çökmüş hələ doğulmamış uşaq embrionu təsvir edilib. Bu reklam barlarda, küçələrdə, avtobuslarda vurulacaq ki, hamıya görk olsun.
Peterburqdda isə uşaqların müdafiə günü ərəfəsində 300 uşaq eyni zamanda dilini çıxarmalıymış. Düzdü, hava bir az yağışlı oldu, hamısı gəlmədi. Deyirlər ki, hamı gəlsəydi bu tədbir hətta Ginnesin rekordla kitabına da düşə bilərdi. Tələblər isə çox asan idi, uşaqlar sevdiyi kimi dillərini çıxarmalı və 10-15 saniyə beləcə saxlamalıydı. Uşaqlardan bəzisi isə çaşmışdı, axı böyüklər həmişə dil çıxarmağı qadağan edir, indi isə icazə vermişdilər. Valideynlər isə deyirdi: «Bu gün olar, axı bayramdı». 1950-ci ildən bəri qeyd olunan, ən sevimli beynəlxalq bayramlardan biri olan uşaqların müdafiə günü yayın ilk günü sayılan 1 iyindan sonra uşaqlar canlarının zəhlətökən müəllimlərdan qurtarıb istirahətə gedəcəklər. Bu gün 51 ölkədə qeyd olunur.
Bu günün körpələri də qabaqkı körpələrdən çox fərqlənir. Hələ 50 il bundan əvvəl doğulan körpənin 40 gün gözü görməz, qulaqları eşitməzdi. Yeyib-yatardı, kəllədaxili təzyiqin nə olduğunu nəinki özü, heç valideynləri də bilməzdi. Bu gün körpələr doğulan kimi bir balaca çığırandan sonra 5-6 ağxalatlı içində anasını həmən dəqiqə tapır. Kitablar deyir ki, çağa 40 gün ərzində yalnız 20 santimetrdən görür. Amma indinin 2 günlük körpəsi aydın baxışlarla düz anasının gözünə baxır. Yeyib doyandan sonra xumarlanmayıb ətrafına göz gəzdirir, qulağına xoş səsləri eşidəndə duruxub bayanır. Qorxuram ki, bir az da keçsə yeni doğulan çağalar ana bətnində spirtli içkinin dadına baxdığı kimi artıq pedofiliyanın, pornoqrafiyanın, zorakılığın nə olduğunu doğulan kimi biləcək.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?