Kitab ziyankarlığı
Pinqvinlərin ayaqları niyə donmur və daha 114 sual


Bu yaxında bukinist dükanında maraqlı hadisələ qarşılaşdım.Yaşı 16-17 olar, ya olmaz bir qız mağaza sahibindən Hitlerin «Mein Kampf» (Mənim mübarizəm) kitabını soraqlaşırdı. Maraqlı cəhət onun soraqlaşmasında deyil, əqrəbasında bütün qadınları yanına salıb dükana gətirməsindəydi. Özü susurdu, amma anası, deyəsən, xalaları, bəlkə də bibiləri dükan sahibini küncə qısnamışdılar ki, «Bəs bu kitabı biz nə vaxt ala bilərik, axı uşaq oxumaq istəyir!». Özləri kitab oxuyana oxşamırdılar. Bəlkə həyat belə gətirmişdi, kimisini uşaq basmışdı, kimisini oxumağa qoymamışdılar. Ona görə də nəsillərində oxumaq istəyən bir qızcığaz üçün az qala mübarizə edirdilər. Görəsən oxumaq istəyən bu qıza bu kitab nə dərəcədə lazımdı?
Bəli, kitablar da lazımlı və lazımsız ola bilir. Kitblar da yararlı, yararsız, xeyirli, mənasız ola bilir. Amma bunu müəyənləşdirməkçün bu kitabları oxuyub sonra qərar vermək lazımdı. Bu yaxınlarda Amerikada bəşəriyyət tarixində ən ziyanlı kitabların siahısı dərc edilib. Ziyanlı kitablar onluğunda ən axırıncı yerdə (yəni ən az ziyanlı) Gon Meynard Keynsın «Ümumi məşğulluq, faiz və pul nəzəriyəsi», daha sonra Fredrix Nitşenin «Xeyir və şərin o tayında» kitabı gəlir. Kantın «Pozitiv fəlsəfə kursu» kitabı da zianlı kitablar arasına düşüb. Feminizmi canımıza salanları soymək istəyirsizsə Betti Fridenin «Qadınlığın sirrləri» kitabını yıxıb sürüyə bilərsiz. Bu kitabı bəzən «feminizmin incili» də adlandırırlar. Karl Marksın «Kapital»ı da zianlı kitablar sırasındadır, məlum məsələdir ki, nə üçün. Adıçəkilən siyahıda Engels və Marksın «Kommunist partiyasının Manifesti» kitabı ən zianlı kimi vurğulanıb. Siyahıda olan Alfred Kinsinin «Erkək insanın seksual davranışı» kitabını oxumaq əlbəttə ki, maraqlıdır. Amma deyirlər ki, bu kitabdan sonra normal adam kimi qalmaq çətindi, çünki burada seksual pozğunluqlar və əxlaqsız davranışlar təsvir edilib. Tərbiəmizi pozmayaq. Amma tərbiyəni təkcə bu tip kitablar deyil, məsələn Mao Tsedundan sitatlar kitabı da poza bilər. Çində bu ən çox oxunan kitabdır və hər kəs Maodan ən azı 10 cümlə sitat gətirə bilər.
Faşizmin «İncili» sayılan «Mein Kampf»ı oxuyandan sonra yuxarıda adı çəkilən qız nələr düşünəcək, evdə hansı tip inqilablar edəcək, bunu yəqin ki, biz bilməyəcəyik. Çünki kitblar var ki, onu səbrlə sonacan oxumağa gərək şir ürəyi yemiş olasan. Kitablar da var ki, onlar hər evdə var, amma onu əlinə alıb oxuyan tapılmır. Sovet zamanında kitablar evin bəzək əşyası kimi qonaq otağının ən layiqli yerini tuturdu. Çünki seriya ilə buraxılmış kitabların zəri çılçırağın işığında daha yaxşı bərq vururdu. Bəlkə də ev sakinləri bu kitabları dəfələrlə vərəqləmiş, bəlkə də oxumağa başlamış, amma sona çatdıra bilməmişdilər. Belə də olur. Hər evdə olan, amma sonacan oxunmayan kitabların siyahısını müzakirə edəndə alimlər bura «İncil»i və başqa dini kitabları salmağa ürək etmədilər. Bizdə də elədir, demək olar hər evdə müqəddəs kitabımız «Quran» var, ondan hətta sitatlar gətiririk, bəzək əşyası kimi divardan müqəddəs kəlamların zər-naxışlı rəsmini asırıq. Kitabı ən laiqli yerdə, təmiz saxlayır, ona pak olmasaq əl dəymirik. Amma yalnız həyatımızın ən çətin məqamlarında onu vərəqləməyə vaxt tapırıq.
Hər evdə olub amma oxunmayan kitabların siyahısını çıxarmağa çalışan qərb tədqiqatçıları hesab edir ki, Bill Klintonun «Mənim həyatım» və Marqaret Tetçerin «Dauninq-stritdə keçən illər» kitabları axıracan oxunan kitablar deyil. Klintonun avtobioqrafiyasını oxumağa başlayan hər kəs həyatının birinci hissəsini buraxıb birbaşa Monika Levinski ilə olan əvalata keçirlər. Devid Bekxem «Meydançanın mən tərəfi» adlı kitabı azmaqla böyük səhv buraxıb. Çünki kitabı əldə edən hər kəs onu vərəqləyib sevgi macəraları barədə bir cümlə də tapa bilmədiyindən onu həmən qırağa tullayır.
Uzunçuluq eləyən müəlliflər arasında Ceyms Coysun «Uliss» kitabı xüsusi vurğulanır. Heç kimin kitabı bitirməyə səbri çatmır ki, sonunda 8 cümlədən ibarət etirafda nələr deyildiyini bilsin. Lev Tolstoyu da bu sıraya qatırlar. Çünki «Hərb və sülh» romanının hətta qısaldılmış versiyasını ingilislər oxuyub axıra çıxa bilmirlər. «Cinayət və cəza» kitabı da hər kitabxanada olsa da kitabxanaçılar deyir ki, oxucuların yalnız 20 faizinin onu sonacan oxumağa səbri çatır. Salman Rüşdinin «İblisanə şeirlər» kitabı dünyanı çalxalasa da kimsənin sonacan kitabı oxuyub yeri gəlsə ordan sitat gətirməyə halı qalmır.
Oxunmamış kitablar siahısını Alen Karanın «Siqaret atmağın asan yolu» və Pol Makennin «Sizə arıqlamağa kömək edərəm» bəzəyir. Yəqin birincidə səbri çatmayan oxucu siqaret çəkməyə, kinci kitabda isə soyuducuya növbəti dəfə hücum etməyə gedir. Harri Poter haqqında kitablar və filmlər bütün düyanı fəth eləsə də bu seriyadan olan sonuncu kitabı oxuduğu ilə fors eləyən adamı tapmaq çox çətindir. Deyəsən qəhrəman artıq öz müəllifini də bezdirib. Ən bezdirici kitablar siyahısında birinci yerdə dayanan kitabı tanıyan çox az adam olar, amma onun adı çox şeyləri izah edir: «Pinqvinlərin ayaqları niyə donmur və daha 114 sual».
Yaydı, istidi… Antalya çimərliklərini yalnız yuxularında görən adama nisbətən sərin yer tapıb kölgəlikdə kitab oxmaqdan başqa nə qalır ki? Amma bilin ki, nə oxuyursuz!

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?