Kişi olmaq istəmirəm!

Hərdən içimdə dəhşət hissiylə özümü kişilərin yerinə qoyuram. Hamının başı qadın azadlığı, gender bərabərliyi, nə bilim cinsi diskreminasiya adlandırılan məsələlərə qarışıb. Bədbəxt kişilər barədə heç kim düşünmək istəmir. Kişidən soruşan var ki, «Necə yaşayırsan?», ya da «Bəlkə problemin- zadın olar?». Mətbuatda dolaşdıqca, təkcə bizim yox, ümumiyyətlə gözə dəyən bütün dərgilərdə bəşəriyyətin gözəl və zəif hissəsini kişilərlə buynuz-buynuza «döyüşdürürlər». Bir dənə də sırf kişi problemləriylə məşğul olan qurum tanımıram. Amma yüzlərlə heyvanları müdafiə edən cəmiyyətlər, yaşıllar cərəyanı, daha nələr, nələr yaradılır. Elə bil ki, kişilərin dəyəri tiyan altda gecələyən yetim pişiklərdən azdır.
Barmaqnan göstərməyəcəm, amma qadınlar «Sevir, ya sevmir» dilemmasından uzağa gedə bilmir. Ola bilər bura «Gələcək, ya gəlməyəcək?», «Xəyanət eləyir, yoxsa eləmir?», «Alacaq, yoxsa almayacaq?» suallarını da əlavə eləsək az qala tam təsvir alınır. Kişisindən asılı qadını elə bil ki, əllərini burxub qandallayaraq ərinə bağlayıblar. Kişi bir balaca tərpəşən kimi qadın «Ay, ay ağrıdan öldüm!» çığırır. Kişi hənirtisini saxlayan kimi «Ölmüsən? Bir tərpəşsənə!» deyib başını aparır. Ola bilər mən bir az ağını çıxarıram, amma düşünürəm ki, kişi barəsində yaxşı düşünən qadın ya onun anasıdır, ya da maddi cəhətdən ondan asılı qadındır. Bax belə, kişilər yaman qiymətdən düşüb.
Amma tanıdığım kişilərin əksəriyyəti tənhalıqdan şikayət eləyir. Evində xanımı, hətta rəsmi məşuqəsi olanlar belə tənhadır. Həm tənha görünür, həm də imkan düşən kimi tənhalığa üstünlük verirlər. Heç maraqlanmısızmı niyə? (Mən də ki, həmişəki kimi üzümü qadınlara tuturam) Bəlkə onlar istəyir ki, biz başını sığallayıb heç sual verməyək? Çox çətin məsələdi. Çünki öz təcrübəmdən bilirəm ki, başını sığallaya bilərəm. Amma suallarımı verməsəm ürəyim partlar. Çünki narahatam: sevir-sermir, gələcək, ya yox, ayağı sürüşür, ya necə?….
Amma kişi evinə gələn kimi yorğun gözlərini yumub heç nəyi fikirləşmək istəmir. Nə biznesini, nə qadınını, nə də hər şey üstündə qlobal məsuliyyətini. Bir şey alınmasa hamı ona əzzəvara, uğursuz, bacarıqsız deyəcək. Bədbəxtlikdən onlar bizim kimi «Noolsun! Əvəzində mən…» kimi sehirli sözü işlədə bilmirlər. Bizdə hər şey çox sadədir. İşdə nəsə alınmasa deyirik ki, «Noolsun! Əvəzində mənim ərim var…». İşimiz olmasa, ər də ki, belə də, onda deyirik ki, «Noolsun! Əvəzində mənim ayaqlarım qəşəngdir». Uzaqbaşı gombul olsam deyəcəm ki, «Noolsun! Fatmanisə məndən də gombuldur!». Kişilərdə «noolsun»lar yaxşı işləmir. Onların qaydaları sadə və sərtdir: Qadınlar səninçün ölür, amma karyeran yoxdusa sənə kim qız verər? Cipdə gəzirsən, amma sevdiyin qadının yoxdursa, deməli acizsən. Sevdiyin qadın varsa, amma cipin yoxdursa, deməli əzzəvara və uğursuzsan. Onlar daimi rəqabət oyununda məhv olurlar. Hər gün, hər dəqiqə kimin birinci olmasını sübut eləməkdən əldən düşüblər. Ona görə də mən heç vaxt kişi ola bilməzdim, heç istəmirəm də…
Noolar, mən zəifəm, boynuma alıram. Hərdən gizlincə yorğan altında hönkürürəm də, noolsun ki. Məni buna görə danlayan var, bəyəm? Mən heç özüm özümü də danlamaram. Onlar isə özünə acımaq kimi müqəddəs hisslərə tabu, qadağa ilə yaşayırlar. Kişidən imduğum tələbləri yadıma salmağa çalışım. Ən əvvəl sevsin, evlənsin, qızılgüllər də olsun, məni incitməsin, ayağını qırağa qoymasın. Sonra tələblər dəyişdi, getsə də mən bilməyim, amma mənə yenə də yaxşı olsun və s…. Amma hərdən onların bizdən nə umacağını düşünüb tapmağa fantaziyam kifayət eləmir. Amma cəhd eləyim: başa düşsün, qəbul eləsin, ağzını yumsun, çay gətirsin, futbolçün deyinməsin və bütün bunlar bir gün yox, həmişə belə olsun. Bir sözlə hər şey yoluna düşənəcən deyinməsin. Bu ki, o qədər də çətin deyil ki?... Onda aramızda cinsi sərhədlər yoxa çıxardı. Onda hər ikimiz bir-biriyçün yaxşı nəsə eləməyə qadir olan iki dosta çevrilərdik. Bir-birini sevən dostlar… Deyəsən mən ilk dəfədir ki, bunu dilimə gətirirəm. Bəlkə də həyatımda ilk dəfədir ki, bu barədə düşünürəm.
Hərdən mənə elə gəlir ki, onlar bizim artan həyasızlıq kursları və qadın müstəqilliyi fonunda tənha, hətta atılmış olurlar. Belə olanda, yəni kişilərə adamın yazığı gələndə onlardan heç nə ummaq olmur. Ürəyim gəlmir. Hə, indi uğur qazanmağı adət eləmiş qadınların gözündən düşdüm, deyəsən. Mənim axı şubam yoxdu, sırğamdakı süni qaşları yalnız mikroskop altında tapmaq olar. Üstəlik ad günümdə kişimdən ətir əvəzinə laqunda gözləyirdim. Evtə təmir işi çoxdu. Amma yeri gəlmiş, ad günümdə mənə laqunda yox, tefal tava aldı. İndi xörəyi yandıranda tavanı yumaq çox asan olur.

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?