Zamanın diqtəsi


Əvvəl Allah insanı yaratdı. Daha doğrusu insan yaratmamışdan əvvəl onun yaşaması üçün şərait yaratdı, sonra bütün bunlara şahlıq etməkçün dini rəvayətlərə görə gildən heykəl yapıb ona can üfürdü. Bəs insan nə yaratdı? Ətraf mühitə öyrəşmək üçün lampadan buraxılmış cin kimi əvvəl özünü ora-bura çırpdı, sonra kiriyib bu dünyanı əvvəl kəşf, sonra zəbt, sonra isə məhv eləməyə girişdi.
İynə, nizə, balıq toru, qayıq, balta, konki, sendvic, hava şarı, ütü, astomobil, qrammafon, fonar, krossvord, kompüter, robot, internet, audiopleyer, videokamera, televizor kimi maraqlı əşyalar insanın işidir və insan fikrinin məhsuludur. Burda utanıb qızarmadan avtoqraf qoymaq olar. Cənnətdən qovulmuş və öz ixtiarına buraxılmış adam məncə çox fikir eləmədi. Bir az şimşəkdən, bir az vəhşi heyvandan, bir az da həvvasından qorxandan sonra ağlını başına yığıb yer kürəsin öz evi kimi baxmağa başladı. Arabir bütün yaradılanların altına öz imzasını qoymaq iddiasına da düşdü. Amma az sonra yaratdıqlarının qeyri kamilliyini görüb Allahın yaratdıqları qarşısında sönük göründüyünü başa düşüb ADAM oldu.
Eramızdan 600 min əvvəl od qalamağı asanlaşdıran qurğu yaratdı. Yağ lampasının yaşı nisbətən çox deyil, cəmi 50 min ildir. Ox və yayın vətəni Afrika sayılır, 30 min əvvəl burada kəşf edilib. İynənin yaşı 20 min ildir. 13 min il əvvəl kəşf edilmiş harpunun vətəni Fransa sayılır. İlk balıq torunu 7500 il əvvəl Aralıq dənizinə salıblar. 4 min il əvvəl Mesopotamiyada baltanın nə olduğunu bilirdilər. Elə orda 3500 il əvvəl torpağı kotanla şumlamağa, arabalarına təkər qoşmağa başladılar. Onların ürək sözünü yazmağa artıq mixi əlifbaları da vardı. Mürəkkəbi bir az sonra eramızdan 3200 il əvvəl Misirdə kəşf elədilər. Mixi yazıları kəşf etmiş mesopotamiyalılar eramızdan 3 min əvvəl qılıncı da kəşf etmişdilər. Balıq qarmağını və xizəkləri Skandiviyada eramızdan 3 min əvvəl işlətməyə başlamışlar. Babilistanda Fərad çayı altından tunnel çəkəndə təqvimdə hələ ki, eramızdan 2180 il əvvəli göstərirdi. Eramızdan 2 min əvvəl Mesopotamiyada adamlar cəng arabası sürəndə Misirdə top oynadırdılar. Elə həmin vaxtlarda Şotlandiyada iki deşikli düymələr dəbə minmişdi. Eramızdan 1500 il əvvəlki zamanda artıq şüşə butılkaların olmasını təsdiqləyən sübutlar Misir və Yunanıstan ərazilərində tapılıb. Bu dövrdə çinlilər qayçının nə olduğunu, yunanlar isə duş qəbul etməyin necə ləzzətli olduğunu bilirdilər. Əslində indi də belədir.Çinlilər bütün dünyanın paltarını biçib-tikməklə məşğuldur, avropalılarsa cisminin nazını çəkməklə.
Eramızdan 1300 il əvvəl Çanq sülaləsi zamanı ay təqvimiylə ölçürdü. Eramızdan 800-700 li əvvəl Yunanıstanda taxtanı sivil şəkildə dəmir mişarla kəsirdilər. İlk pul Cənubi-Qərbi Asiyanın Lidiya ölkəsində həmin zamanlarda əmələ gələndə assiriyalılar su üstündən körpü şəklində su kəməri çəkməyi bacarırdı. Semiramidanın asma bağları və ilk coğrafi xəritə eramızdan 550-570 il əvvələ aiddir. Təxminən həmin zamanlarda Hindistanda şaxmat oynayır, Çində xalça toxuyurdular.
İndiyədək dünyanın 7 möcüzəsi statusunu əldən verməyən abidələr də eramızdan xeyli əvvəlki dovrə aiddir. Torpağı becərməyə lazım olar alət bel artıq bizim eranın məhsuludur. Eramızın ilk əsrlərində Roma İmperyasında suvarma sisitemləri tətbiq edilirdi. Az sonra 2-ci əsrdə Klavdiy Ptolomey Misirdə ilk atlası yaratdı. Səslənən musiqiləri ilk dəfə Yunanıstanda 650-ci ildə nota aldılar. Külək dəyirmanı farsların, barıt is çinlilərin adına çıxır. Çinlilər 13-cü əsrdən bəri kağız pul işlədirlər. 1400-cü ildən bəri isə italyan xanımları Venesiyada güzgüyə baxmağa başlayıblar. Almanlar çap maşını icad edən zaman fransızlar kart oynamağa başlayıblar. Avropa 1500-cü ildən bəri koynək geyinir. Skripka 16-cə əsrdən bəri ciyildəyir. Bizə bu yaxınlarda, yəni 100 ildən də az zamanda gəlib çıxmış unitazlar İngiltərədə 1596-cı ildən məişətdə işlənir.
1608-ci ildə Niderlandda teleskop kəşf edilən zaman bir il sonra Qalileo teleskopu öz bilidyi kimi yığıb günəşin üzündəki ləkələri görə bildi. Bu vaxt almanlar hər səhər qəzet oxumağı adət elədilər. 1622-ci ildən bəri hesab maşını kəşf etmiş alman Şikardın zəhməti sayəsində pulu maşınla hesablayırıq. Qalstukun vətəni Xorvatiya, çətirin vətəni isə Fransa sayılır. 17 –ci əsrin sonlarından insan kəşfləri o qədər tezləşir ki, onları hətta sadalamaq da maraqsız alınır: meqafon, kəfkirli saat, şampan şərabı, cib saatı, klarnet, qıfıl və açar, pulemyot, royal, təkərli konki, farfor dişlər, təcili yardım karetası… Ərzaqları 18-ci əsrdən Fransada konservləşdirməyə başladılar, məktəblərdə yazı taxtası işlətməyi isə Şotlandiyada kəşf etdilər. Şokoladın vətəni İsveçrədi, ağlayan kuklanın vətəni isə Belgiya. İndi məişətdə istifadə etdiyimiz nə varsa hamısını kimsə nə vaxtsa kəşf edib və ilkdəfə təcrübədən keçirib. Edison lampanı yandırıb, telefonu amerikalı Bell icad edib, tramvayı Almaniya təcrübədən keçirib, cins parçanı isə ABŞ-lı Levi Straus və Yakob Devis. Lümyer qardaşları kinonu kəşf edərək boş vaxtımızı doldurub, amerikalı Jillet isə təhlükəsiz təras edən ülgücü hələ 100 il əvvəl hamının ixtiyarına verib.
Keçən əsrin 50-70-ci əllərindən sonra sadalanan kəşflərin sayı sanki azalır. İndi komfort və rahatlıq qiymtlidir, elm yox. Geyim, mebel, dəbli ləvazimat. İndi evdən çıxmadan İnternet mağaza vasitəsilə zamanın ən dəbli kəşflərini sifariş verib qapına gətizdirə bilərsən. Deyəsən, nəsə kəşf etməyə ehtiyac da azalır…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?