Vaxt lazımdı, vaxt!
Sürətli həyat qatarından görüntülər


İbadətə vaxt çatdıra bilirsizmi? Qatı islamçılar sualın bu tərz qoyuluşuna sərt etiraz edib əlləri çatsaydı müəllifi lap daşqalaq da edə bilərdi. Səbirli dindarlarsa yəqin başlarını yırğalayıb təxminən «Allaha vaxt həmişə çatmalıdır, müslim bəndənin Allahına vaxt çatdılmaqdan savayı daha vacib işi ola bilməz» deyərdi. Yəni ki, ibadət insan həyatının ən vacib məsələsidir. Yemək yemək, yatmaq, yuyunmaq və hətta nəfəs almaq kimi təbii ehtiyacıdır. Amma bu təbii ehtiyacımıza vaxtımız yetərli qədərdimi?
Etiraf edib öz həyatımdan nümunələr gətirmək istərdim. Çünki sıravi azərbaycanlı qadının məişət qayğılı həyatı ilə yaşayıram və məncə mənim kimi yüzlərlə adam var. Dövlət işi (yəni məktəbdə dərs demək), yazı yazmaq (qəzetlərlə əməkdaşlıq), mətbuatı izləmək (gündəmin nəbzini tutmaq üçün), 2 uşaq böyütmək (məktəb qayğıları, kitab-dəftəri vaxtında alıb çatdırmaq, dərsləri yoxlamaq, formanın səliqədə saxlanması və s… Fond pulu və s. xırda-para işlər nəzərə alınmasa da olar), 3 otaqlı mənzilin təmizliyi, gündəlik yemək mərasimi (hər gün yeni xörək bişməlidi, günorta və axşam eyni yemək yeyilmir), şəxsi gigiyena və gözəllik mərasimləri (bunsuz da olmur). Bu siyahıya qoca valideynləri, onların məişət qayğıları və bazarlıqlarını, təmizlik işlərini də əlavə etsək təxmini mənzərə alınar. Əyləncəyə, hətta istirahətə də vaxt qalmır. Mənimçün istirahət o biri qayğılardan oğurladığım zamanda nəsə yaratmaq (əl işləri və müxtəlif növ dizaynla maraqlanıram), bitkilərimlə söhbətləşmək, ya da gözəl bir kitab oxumaqdı. Atalar demiş, heç baş qaşımağa vaxt qalmır, özü də sözün əsil mənasında. Sıçımın qıvrımlığını bəhanə edib bəzən onlara heç daraq da çəkmirəm, qoy burulsunlar. Bütün bunlar azmış kimi daxildən ibadət ehtiyacı məni eşib dağıdır. İbadətə başlamaqçün isə həyatmı tam, kökündən dəyişməliyəm.
Sadaladığım mənzərə tipik azərbaycanlı ailəsinin modelidir. Daha doğrusu işləyən qadın olan ailənin modeli. Ailədə qadın işləməyəndə gərginlik də bir qədər az olur. Bu, kişilərin davranışına qəti təsir göstərmir. İşdən sonra dostlarıyla pivə içib gərginlikdən qurtulanı da, vaxtı-vaxtında namazını qılanı da, yorğunluğunu fotbolla çıxaranı da var. Əgər mən bir gün səhər durub evdə namaz qılmaq istəyimi elan eləsəm bu, yalnız və yalnız mənim problemim olaraq qalacaq. Yəni ki, kimsə qayğıların bir hissəsini öz boynuna götürüb işimi heç olmasa ilkin mərhələdə yüngülləşdirməkçün əlimdən tutmayacaq. İbadət üçün insan həyatını kökündən dəyişməli olur. Səhər sübh namazına durmaqdan, yeməklərə xüsusi münasibətdən tutmuş dini mərasimlərin tam yerinə yetirilməsinə qədər. Belə çıxır ki, müasir insanın dəhşətli templi həyatında ibadətə yer qalmır, ya da ibadət üçün yaşamının böyük bir hissəsini qurban verib yer, vaxt və güc ayırmalıdır. Müasir adam üçün bu, dəlisov həyatında kəskin tormoz vermək kimidir. Dindarlarsa deyir ki, «Sən başla, sonrasını Allah kömək edəcək».
Azərbaycanlıların hətta içib keflənən, ömründə Quranı əlinə almayan hissəsi belə tam ateist deyil. Sovet quruluşunun allahsızlıq küləkləri mənəviyyatımızı səhraya çevirsə də burda əsil ateisləri barmaqla saymaq olar. Onların əksəriyyəti də mətbuata doluşub elə bil. Hər kəs öz Allahını tanıyır, peyğəmbərinə hörmət edir. Məlum faktdır ki, həbsxanaya düşənlərin çox hissəsi dinlə maraqlanır. Sanki vaxtın çoxluğu insanı dünya, kainat və insan barədə düşünməyə vadar edir və bu axtarış əksəriyyətini dinə gətirir. Rəqəmlər deyir ki, cəzaçəkmə müəssisəsinin 20-30 faizi təriqətindən, dinindən asılı olmayaraq ibadət edən adamlardır. Belə çıxır ki, Allahı axtarmağa insana vaxt lazımdı, vaxt. Bu vaxt qayğılardan nisbətən azad olmalıdı. Bu insanın xislətindəndir, işi dara düşməyincə Tanrını aramır. Bir də ki, insanın fəlsəfi düşüncələrə dalmasının sonu da Yaradana aparır. Həbsdə olanlar vaxtlarını bədii ədəbiyyatla da öldürə bilərdilər. Amma faktlar əksinəsini deyir. Bəlkə də axirətin cəhənnəmə bənzər formasını yaşayanlar heç olmasa günahlarının qismən yuyulması üçün bir addım atırlar. Orda həyat və ölüm anlayışları bəzək-düzəksiz, olduğu kimi görünür. Daha bir fakt da var ki, azadlığa çıxandan sonra onların müəyyən bir hissəsi dini atıb köhnə əməllərinə qayıdır. Onlar müsir həyatın sürərətinin təzyiqinə duruş gətirə bilmirlər.
Qədim ənənələrimizdə insan həyatını 21 ildən bir mərhələlərə bölürdülər. İlk 21 ildə insan təhsil almalı, 2-ci 21 ildə ailə qurub oğul-uşaq qayğısı çəkməli idi. Yalnız bundan sonra 3-sü 21 ildə yoldaşını götürüb ev-eşiyini, gəlir mənbəyini oğluna verib həyatın axarından çəkilə bilərdi. Sonuncu, 4-cü 21 ildə isə özünü tam şəkildə Allaha həsr edə bilərdi, əgər buna vaxtı və halı qalsaydı. Bu, qədim azərbaycanlı insan həyatının modelidir. Bu modelin şərtlərinə görə də məişətin cəngindən qurtulmamış ibadətə başlamaq çətin olur.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?