Gözəllik kriterisi

İnsanların gözəlliyə olan ehtirası sərhədsizdi. Diyetaya oturub arıqlaynlara, başına tük əkdirənlərə, arvad paltarı geyib özünü biabır eləyənlərə hamımız birtəhər baxırıq. Bir tarixə ekskurs eləyək, onda görərsiz ki, gözəllik uğrunda necə qurban verənlər olub!
Bir az əvvəl kişilər deyinirdi ki, qadınlar şalvarımızı oğurlayıb əyninə keçirib. İndi qadınlar donquldanır ki, kişilər saçını uzadır, sırğa geyinir, hələ bir güllü, rəngbərəg paltarımızı da əlimizdən alıb. Bu həmişə belə olub. Məsələn ingilis kraliçası Annanın xalası oğlu Kornberi lordu Nyu-Yorkda kraliçəni təmsil eləmək şərəfinə layiq görülmüşdü. Qraf ona tapşırılan vəzifəni son dərəcə ciddi qəbul Assambleyanın açılışında o, brilyantlarla bəzənmiş mavi paltarda, ipək cörabda və əlində yelpinclə göründü. Qadın geyimlərinin gözəlliyiylə o qədər maraqlanmışdı ki, bəzən küçəyə də qadın paltarında çıxırmış. Bütün ailə, hətta şəhər büdgəsi onun qəribə xobbisinə xərclənirdi. Cibində bir qəpiyi də olmayan arvadı ərinin paltarlarını oğurlayıb geyməklə gözünün odunu öldürürdü. Ona heç kim «mavi» damğası vurmurdu.
Parik məsələsinə gələndə isə qadınlar indi-indi onu kişilərin əlindən güclə qopara bilib. Bəstəkar Rossini uşaqlıqda keçirdiyi xəstəlikdən sonra tamam keçəl qalmışdı. Özünün gözəllik haqqında təsəvvürləri parikin üstündən papaq geyməyə ona mane olurdu. Ona görə də soyuqlarda o, bir neçə pariki üst-üstə geyməklə camaatı güldürməyə razıydı. Təki özü özündən razı qalsın.
İspan kraliçəsi İzabella (14-cü əsr) hesab edirdi ki, qadının beli elə balaca olmalıdı ki, 12 yaşlı qız uşağı barmaqlarıyla onu tuta bilsin. Ona görə də qadınların belinin 32, 5 sm olması barədə qərar çıxarmışdı. Beli yoğun qadınlar var-yoxunu korsetlə sıxıb balacalatmaqdan başqa əlacları olmazdı. Deyilənə görə on-on beş nəfər elə kraliçənin gözü qabağında keçinibmiş. Amma qanun yerində qaldı. O kraliçə Azərbaycana qismət olsaydı çox ailələr yetim qalardı. Bizdə qadının yaşını ağac kimi belindəki qatlarıyla ölçürlər.
Yelizaveta dövründə İngiltərədə ən bahalı mal qənd olduğundan çox şirni yeməkdən qaralmaş və əyilmiş dişlər kubar cəmiyyətində dəbdəbə simvolu idi. Elizavetanın özü heç vaxt dişlərini sürtməzdi. Bu harasıymış, onları ideal qəhvəyi saxlamaqçün həm kraliçə, həm də əyanlar dişlərini xüsusi mərhəmlə boyayarmışlar. Axı, o dövrdə diş məcunları reklamları heç kimin başını aparmazdı.
Dahi rəssam Solvador Dalinin məşuqələrindən biri xatırlayardı ki, qoca rəssam uzun bığlarını mum və mürəkkəblə burmamış yataq otağından çıxmazdı. Bığlar mütləq Koroğlu bığları kimi yuxarı baxmalıydı. Sevgilisinin hüzuruna gələndən sonra onu bərk-bərk öpər, sonra qadının bığ yerində qoyduğu mürəkkəb izinə baxmaqdan ləzzət alardı.
Gözəllik naminə arıqlamaq məsələsiysə təzə bir şey deyil. 19-cu əsrdə Parisdə madam Adett de Lizye adlı kurtizanka çox məşhurlaşmışdı. Onun gəmi 33 kq çəkisi vardı. Yüngül təbiətli bu qadın hər dəfə təzə müştərisini başa salırdı ki, nəyi eləmək olar, nəyi yox. Deyilənə görə quru yaşılaçalan dəriylə örtülmüş skiletə bənzəyən bu qadın kişilərin sevimlisi idi. Nədənsə o düşünürdü ki, ekzotik görkəmi ona çoxlu pul qazanmaq imkanı verəcək. O, gəmi 27 yaşında vəfat elədi.
Ona görə də gözəl olmadığını düşünənlər ürəyini sıxmasın. Burda heç kimi korset geyib arıqlamağa məcbur eləyən olmayacaq. Eşitmiş olarsız, kişilərimiz deyir ki, səhər evdən çıxanda qadının yumşaq yerinə çırtma vurursan, axşam evə gələndə o, hələ də titrəməlidi. Yoxsa «belə arvad saxlayarlar, ayaq üstə qırxı çıxıb?» sualını verərlər, el-obada biabır olar.

 




Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?