Gördüz?


Yaponiyada suyun maşınları qabağına qatıb aparmasın gördüz? Qapı kandarına tökülmüş bir vedrə su şırnağı zibili, qumu ağzına alıb apardığı kimi sunami də yaponların maşınlarını, evlərini, gəmilərini qabağına salıb süpürrədi. Xüsusilə də çox yuxarıdan baxanda bütün bunlar suda üzən kibrit qutusuna bənzəyirdi. Məsələlərə Allah yüksəkliyindən baxanda yəqin ki, bünlar lap gülməli dərəcədə mənasızdı. Yəqin ki, su üzündə üzən maşınların sahibləri də can hayındaydı. Onlardan hansınınsa hələ də krediti bitməmişdi. Kimsə bəlkə maşınını 2 gün əvvəl ad gününə hədiyyə alıb sevincindən atılıb düşmüşdü. Kimsə suda üzən varidatını kiminsə haqqını yediyi, ya da yetimin payını əlindən aldığı pula əldə eləmişdi. Kimisi isə illərlə tər töküb halal zəhmətə ev-eşik, maşın almışdı. İndi bütün bunlar yanaşı üzürdü. Belə məqamlarda halal, haram bir birinə qarışır və onları ayırmaq çətin olur.
Dağıntılar içində, zəlzələ və daşqınlar arasında salamat qalmış adamların heç saç yolduğunu gördüz? Vay-şivən qoparan, üzünü cırmaqlayanlar heç özünüzə dəydi? Təmkinin bizə qalsın, ay yapon xalqı! Dünya xəritəsində su şızmasına bənzəyən Kür çayı daşanda nə qədər söyülən, qarğınan, özünü döyən, millətin cocüğündan tutmuş başbiləninə kimi ittiham yağdıran oldu. Dedilər ki, bəndlər vaxtında tikilsəydi belə olmazdı. İndi baxın Yaponiyaya. Sahilboyu 10 metrlik bəndlər tikdirmişdi. Su bəndi elə addadı ki, elə bil nəlbəkidə çay yırğalanırdı. İndi həmin bəndlərin ucbatından su geri qayıda bilmir, göllənib qalıb. İndi suyu geri qaytarmaq istəyən yaponlar onları gərək sökə. Gördüz ki, Allahın qəzəbinə gələndə bənd-zad keçmir.
Zəlzələdən sonra Yer kürəsinin 17 santimetrlik «ayağı sürüşdü», heç ürəyinizə bir şey damdımı? Gecə yuxunuzu qarışdırdız, ya da mələklər qulağınıza bir şey pıçıldadımı? Gördüz ki, bu boyda planetçün oxundan çıxmağına daha güclü təkan lazımdı? Tərəzinin xeyir və şər özündə tarazlığın pozulmasına hələ bir qucaq da pislik gərəkdi. Ölüm pislik deyil. Elə olsaydı gündə neçə min adam öz ölmüylə ölür və dünya bu günü təqvimində qara flamasterlə rəngləmir. Gördüz ki, xəyanətkar arvadların dalınca düşüb kosmosdan izləməyə imkan verən aparatlar yaradan yaponlar da təbii fəlakətlərin qarşısında acizdirlr? Əlac bilib öz sunamilərinin, zəlzələlərinin öncəgörməliyin, qabaqdangəlmişliyin edə bilmədilər.
Ona örə də deməyin ki, azərbaycanlılar təmbəldi, öz taleyini əlinə ala bilmir, haqsızlığa qarşı çıxa bilmir. Küçələrə çıxan cavanları gördüz? Onlar yekəqarın polislərdən qorxmadılar, siz deyən kimi. Onsuz da cavanın qışqırmaqdan başqa ədlindən nə gələsidi ki. Bəs polislərin üzündəki yazıq ifadəni də gördüz? Bəyən polis bilmir ki, çəngələdiyi xalqının balasıdı? Ya haqsızlığı heç ayıra bilmir? Bir-birinə elə sığınmışdılar, elə əl-ələ vermişdilər ki, adamın lap yazığı gəlirdi. Polisin yazıq günün hələ bundan sonra görəcəyik. Rüşvətxorün tövbə elədiyi günləri görmək də bəlkə qismətimiz oldu. Korrupsiya azarının buraları tam dağıtdığını da deməyin. İtaliyanın baş naziri Berluskoninin başına gələnlərdə xəbəriniz var? Deyirlər ki, qulaqlara qurğuşun, 74 yaşlı bizim hesabımızla ahıl bir kişi hökümətdən qanunsuz yolla qopardığı pulları colma-cocuq qızlara xərcləyir. Onların içində yetkinlik yaşına təzəcə qədəm qoymuşlar da var. Qızlar şikəyətlənir ki, qoca baba onları gecə 4-ə qədər yatmağa qoymur, amma cəkdiyi zəhmətin müqabilində ən son model maşın ala bilmir. O, bir qucaq zinət əşyası və 10 min yevro verib canını qurtarır. Qızlardan hansındasa santimetrlik çatışmazlıq görsə Berluskoni məmnunluq hissiylə onun döşləri, yambızına silikon doldurmağın da xərcini çəkir. Adı qalmaqallarda hallandığından bu mövzuda o, 2952 dəfə məhkəməyə çağrılıb. Ora şəxsən gəlməməkçün vəkilləllərə Fransa baş naziri 600 milyard lir (təxminən 4 milyon dollar) xərcləyib. Gördüz fransız xalqının pulları hara xərclənir? Dubay sahillərindəki malikanənin dəyərini hesablayanda fransız qızcığazlarınnı silikonuna verilən pulları də şotkaya vurun.
Gördüz ki, həmişə gözlənlən kimi, çayxanalarda danışılan kimi, yas məclisində plov yeyəndə deyilən kimi, kandar söhbətində eşidilən kimi olmur. Necə olmalıdısa, elə də olur. Hələ görmədiklərimiz nə qədərdi?..

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?