İnsan ekologiyası, fikir sanitariyası…

Zəlzələ yaratma, İnsan!
Yaxud fikir zibilxanasında nə var, nə yox?


Bu yaxınlaracan fikrə insan beynində baş verən kimyavi, fiziki reaksiyalar kimi baxırdılar. Müasir baxışlı insanlar bilir ki, fikir də materiyadı, onun da forması, rəngi, qüvvəsi var. Yəni ki, fikir canlı olduğuyçün istehsalçısının ona verdiyi qüvvəni saxlayaraq yaradanı ilə də əlaqəsini kəsmir. Təsəvvür eləmək çətin deyil, bizim yaratdığımız fikirlər ətrafımızda uçuşur. Bunu görənlər də var…
20-ci əsrdə fikrin şəklini çəkmək cəhdləri də edilib. Qəddar, mənfi hisslərin yaratdığı fikrin şəkli də eybəcər alınıbmış. Çirkin əməllər kimi çirkin fikirlər də olur. Yəni ki, murdar bir işi planlaşdırmış insan fəzada dağıdıcı enerji ilə yüklənmiş məxluq yaradır. O, camaata yönəldilmiş bir ox kimi kimə gəldi dəyib tamam günahsız adamı da yaralaya bilər. Eləcə də gözəl niyyətlərlə yaranmış fikir öz ünvanına çatanacan bir xeyli adama da sevinc, sağlamlıq və uğur bəxş edə bilər. İnsan fikrinin şüalanması kosmik fəzaya qədər gedib çıxır. Fikirlərimiz fəzanı bəzədiyi kimi onu xarabazara da çevirə bilir. Müasir dünyanın kataklizmlərini, fəlakətlərini insan fikirləriylə bağlamaq bu məsələdə xeyli irəli getmək qədər bir ciddi addımdı. Heç olmasa Kosmosun xətrinə eybəcər fikirlərimizi başımızdan ata bilərik!
Pis və yaxşı fikirləri istehsal edən fabrik kimi insanlar ətraf mühiti zəhərləyib xaosa çevirir. Ətrafımızdakı boşluq, həyatımızın mənasızlığı, intaharlar, qətllərin (mənə elə gəlir ki, bu siyahını sonsuzluğa qədər uzada bilərəm) səbəbini harda axtarmalıyıq? Halımız pisləşəndə hər şeyi maqnit burulğanlarının boynuna yıxmırıqmı? Uzaqbaşı qara dəliyin, maqnit şüalanmasını suçlayarıq. Bəşəriyyət bundan daha cəsarətli etiraf eləməyə ürək eləməz.
Şəhərlərdə zəhərli qazları havaya buraxan fabriklərin işini dayandırmaqla məşqul olmalı idarələr olur. Pislik səpənlərin qarşısını kəsə biləcək qurum necə bilirsiz, işləyə bilərmi? İnsanlar məhvedici adətlərindən qurtulmağa özlərində mənəvi qüvvə tapa biləcəkmi? Bircə onu bilirəm ki, insanlar heç vaxt dilinin ucbatından, pis fikirlərdən ziyan çəkdiyini boynuna almaz. Hakimiyyətdən tutmuş qonşusunun itinəcən hamını günahkar eləyər, amma dilini dinc saxlamaz. Dilimizdəki «Dili qılınc kimi kəsir», «Qarğışın iki başı olar», «Ağzını təmiz saxla» kimi ifadələri boş yerəmi yaranıb?
Heç kim qızılgülü cibinə dürtüb qorumağa çalışmır ki? Deməli incə materiallar bir o qədər də incə rəftar tələb eləyir. Virus bədəni dağıtdığı, xəstə saldığı kimi çirkin fikirlər və mənfi emosiyalar intellektin məhvinə yönəldilib. Ağzını bədliyə açan insan özünü həqiqi ziyalı da saya bilməz. İçinin çirkətabını qəzet, televiziya, ya kitab vasitəsiylə yayanlar yalnız dağıdıcı ola bilər!
Atmosferin dağılmasıyla əlaqədar nə qədər xəstəliklər ortaya çıxıbsa mənəvi auramızın pozulmasıyla bir o qədər də fəsadlar yaranıb. Keçmişdə başbilənlərimiz hər beş ildən bir hamamın yerini dəyişərmiş. Çünki insan çiməndə bütün mənfi emosiyalarını suyla yuyub aparır. Ona görə də çiməndən sonra rahatlaşırıq. Mənfi fikirlərin, pisliklərin, qarğışların, özündə əminsizlik, çarəsizlik, ümidsizlik kimi emosiyaların axıb getdiyi aşıb daşan kanalizasiya siitemi çirkab gəzdirdiyi qədər də mənfi emosiya şüalandırır. Xəzərin bulanıq sularına baxanda onu belə bulandıranların ünvanına qarğışlar da yağdırmayın, çünki qarğış ünvanına tərifdən də tez çatır. Neynəyə bilərik, su ətrafında yaşayan xalqların taleyi həmişə çətin olur.
Emosional ekologiya anlamını əminəm ki, bizim cəmiyət hələ ki, qəbul eləməyə hazır deyil. Məktəblərdə uşaqları təhqir edən müəllimlərdən, uşaqlarını söyən valideynlərdən başlamaq da olardı. Amma heç kimə fikir, söz, niyyət təmizliyinə məcbur eləmək olmaz. Qurtuluş yolu yalnız bilik, maariflənmə, itellektual səviyyənin artımındadı. Necə deyərlər, həmişə təmizlikdə!

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?