Ağ üstündə qara ləkə


Bir çox adamlar dünyanı ağ-qara görür. Ya da ki, dünyaya, Zamana uduzmamaqçün hər şeyi sadələşdirib ağ-qaraya yendirir. Bax bu, xeyirdi, bu şərdi, bunu olar, o birisini yox, bu ağıllıdır, o biri dəli… Əksəriyyəti isə dünyanı əlvan bilir. Onun rənglərindən, qatmaqarışıqlığından çaşıb özünü itirmir. Bününçün neçə minilliklərdi ki, ölçü meyarları hazırlayırıq və onları uğurla nəsilbənəsil ötürürük.
Düzü əyridən ayıran ölçü meyarlarımız bizə asanlıqla başa gəlmir. Oxuyuruq, öyrənirik, gözümüzün nurunu, vaxtımızı sərf edirik ki, birisi yalan danışanda ağzından vurmasaq da onun yalançı olduğunu bilək, anlayaq. Heç kim düşünməsin ki, o biri cəbhə, yəni ki, yalançılar, fırıqdaqçılar, plaqiatçılar, oğrular, hiyləgərlər, dələduzlar əli qoynunda oturub. Onlar bəlkə də bizdən artıq sürətlə öyrənir, bilik toplayır, uyğunlaşır, uyğunlaşdırır və aldadır. Ona görə də heç kim əminliklə deyə bilməz ki, ağı qaradan ayıra bilir.
Kaliforniya alimləri maraqlı təcrübə aparıblar. Qoyulan təcrübələrdə 32 tələbə 30 cüt rəsmə qiymət verməli idi. Onlardan birini məşhur rəssam çəkmişdi, o birini isə meymun, ya da fil. Sonda məlum olur ki, iştirakçıların 67 faizinə heyvan və uşaq rəsmləri daha xoş gəldi. Los-Anceles Uniersitetinin professoru Mixail Samkin iddia edir ki, körpə uşaqların və meymunların əlinə qələm, fırça və rəng düşəndə onlar abstraksionist rəssamların şedevrlərindən də yaxşı rəsmlər çəkirlər. Abstraksionistlərin əsərlərinə görünməmiş qiymətlərin qoyulmasının səbəbkarı elə biz özümüzük ki, ağı qaradan ayırmağı bacarmırıq. Elə həmin səbəbdən də rəssamın ölümündən illər keçmiş hansısa uzaq, kiçik bir şəhərcikdə onun tanınmamış bir rəsmi peyda olur. Bu günlərdə isveç şəhərciyi Upsalada Ayvazovskinin gözdən qaçmış bir əsəri qoca meşəbəyinin çardağından tapıldı. Həmin rəsm onun arvadının gehizi idi və arvadı öləndən sonra çardaqda yır-yığış eləyəndə tapılan əşyaların içində atılmışdı. Meşəbəyi həmin rəsmə nə qədər versəydilər də sevinərdi. Amma mütəxəssislər rəsmə lazımi qiyməti qoydular və əsər 1,2 milyon dollara satıldı. İndi kim deyə bilərdi ki, içveç meşəbəyisinin çardığındakı rəsmi gözünün ucuyla görən kimi onun əsil sənət əsəri olduğunu anlayacaqdı?
Həyatda da biz bəzən layiq olmayan əşyalar dəyərindən artıq qiymət verir, çox qiymətli olanları isə gözdən qaçırırıq. Həqiqət araşdıranlardan birincisi Fredirik Urban olub. 1908-ci ildə o, təcrübə qoyaraq 2 çəki daşını testdən keçirməyi xahiş edib. Daşlardan biri 100 qram, o birisi isə bir neçə qram az idi. Onun təcrübələrində 72 faiz daşın bir neçə qram çəkidə az olduğunu hiss edib. Belə məsələləri araşdırmaqla məşğul olan Mixail Samkin bir sayt yaratdı və ora yerləşdirdiyi testlərdən insanların həqiqəti yalandan ayırmaq qabliyyətini araşdırmağa cəhb etdi. Həmin saytın nəticələrinə görə adamlar orta hesabla 66 faiz düzgün nəticələr verə bilir. Yəni ki, normal insanın təbii həqiqət duyumu hardasa 60-70 faizdən artıq deyil.
1971-ci ildə Feliks Sobalev psixiatr Valeri Muxinin psixoloji təcrübələrini lentə aldı. Belə şərait yaradılmışdı ki, studiyada oturanlar 5 fotonun içində eyni adamın olub-olmadığını müəyyən etməli idi. Onlardan yalnız biri təcrübədən xəbərsiz idi. Yerdə qalanı iki, əslində bir-birinə bənzəməyən fotonun necə də oxşamasına dair arqumentlər gətirirdi. Hətta filmdə elə bir məqam da var ki, studiyadakıların fikrinin təsiri altında təcrübə iştirakçısı qoca qarı və kişinin eyni adam olduğunu təkid etdi. Sonra masaya iki piramid qoyuldu, biri ağ, o biri qara. Hamı bu piramidlərin ikisinin də ağ olduğunu deyəndən sonra iştirakçı fikrini dəyişib təsdiqlədi ki, «bəli, mən iki ağ piramid görürəm!». Deməli, həqəqəti görmədiyimiz bir yana, biz hələ başqalarının həqiqətini də absolyut kimi qəbul edirik. Ona görə də həqiqət axtarışlarının faizi bir az da enir.
Maraqlananlar varsa http://reverent.org saytında testlərdən keçə bilər. Burda heyvanların çəkdiklərini abstraksionist rəssamların rəsmdərindən, Enşteynin nitqlərini Hitlerinkindən, maşın tərcüməsini Folknerin mətnlərindən, canlı ifanı kompüter səslənməsindən ayırmağa dair maraqlı testlər var. Nəticələrin yüksək olcağını gözləməyin. Çünki ömrümü klasisk musiqiyə həsr etmiş musiqiçi kimi Mosartın musiqisini ona həmişə həsəd aparmış və musiqisini yamsılamış Solyerinin musiqisindən ayıra bilməmişdim. Mənim də həqiqət göstəricim 70 faizdən artıq deyilmiş. Belə olarsa da ruhdan düşməyin. Çünki 1982-ci ildə jurnalist Ceyms Ehman zooparkdakı filin xortumuyla çəkdiyi rəsmi mütəxəsislərə rəy üçün göndərəndə zamanın adlı-sanlı eskportları rəsmə heyran olmuş və onun müəllifində fitri istedad, daxili ekspressiya və sənətə gətirəcəyi yeni nəfəsi necəsə görə bilmişdilər. Yəqin ki, həqiqətin daha yaxşı görünməsi üçün ona fon lazımdı. Axı qara fonda ağ, ağ fonda qara çox aydın görünür.
P. S. Bir damla mürəkkəb şəffaf suyun rəngini dəyişdirə bildiyi kimi iynə boyda işıq zolağı qaranlığı dağıtmaq qüdrətindədi…

 

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?