|  | 10 
        manatın qüdrəti Deyirlər ki , kompüter cəmi iki 
        rəqəm tanıyır: 1 və 0. Siqnal gələndə kompüterin beynində 1, gəlməyəndə 
        0 rəqəmi «canlanır». Amma yerin altın da, üstün də dəqiqliklə hesablaya 
        bilən bu ağıllı maşın birin yanına sıfırı qoya bilmiir. Bunu yalnız insanlar 
        bacarır. Birin yanına sıfır (yəni heç nə) qoyulan kimi sehirli rəqəm – 
        10 alınır. Niyə sehirli, bunu ardını oxusaz biləcəksiz.Mən oğlumu yaxşı sayılan pullu baxçaya verirəm. Lap bahalısına yox, necə 
        deyərlə ortababına. Bu baxçada uşaqlara nisbətən yaxşı baxırlar. Hərdən 
        şer-nağıl deyirlər, hətta musiqi müəllimi də var. Arabir diringi çalıb 
        uşaqları dingildədir. Adamın allahı var, hər dəfə də himni oxutdururlar. 
        Ciddi baxça statusunu saxlayaraq evdən oyuncaq gətirməyə icazə vermirlər. 
        Bilmirəm belə münasibət təkcə bizə qarşıdır, ya yox, amma qrupda uşaqların 
        əllərində maşınlar, gəlinciklər görünür. Oğlumun sevimli maşınını özüylə 
        aparmasına qarşı yüksək tonlu etiraz eşidəndən sonra mən onu baxçaya əliboş 
        göndərirəm. Düzdü, axşamlar hərə öz maşınıyla oynayanda mənimkinin sovet 
        dövründən qalma taxta kubiklərlə oynayaraq başını qatması da eynimə deyil. 
        Eybi yox, ağzında «ğn…., ğnnn..» səsləndirib taxta parçasını maşın kimi 
        təsəvvür eləsə fantaziyası güclü olar. Oktyabrın əvvəllərində ənənəvi 
        müəllimlər günündə uşağın tərbiyəçilərinə (allahsaxlamışdar da ki, bir 
        deyil, iki deyil) 5 yoxsa 10 manat verəcəyimi qoy-götür eləyirdim. «5 
        azdı, 10 çoxdu» deyib xeyli tərəddüd keçirmişdim. Nəhayət ki, 10 rəqəmi 
        hətta mənə də cəzbedici göründü. İndi düz bir aydı başımıza fırlanırlar. 
        Dəhlizdə lampa partladığından qaranlıq olanda utanırlar, yumurta köhnə 
        olanda qulağıma pıçıldayıb xəbərdarlıq eləyirlər. Bu günlərdə isə uşağın 
        dalıyca gələndə onun taxta kubik yox, əsil maşınla oynadığını gördüm. 
        Bu azmış kimi başqasının maşınını şənbə-bazar evə gətirməyə də icazə verdilər. 
        «Uşağı korlamayın» kimi iradıma gülərək «Eybi yox, mən özüm vermişəm. 
        Qadası, birinci gün gələndə gətirərsən» dedilər. İndi 10 manatın qüdrətindən 
        ilhamlanmayım, neyniyim?
 10 manat təkcə müəllimləri ilhamlandırmır. Müəllimlərdən yuxarıda və lap 
        yuxarıda olanların da 10 manata ehtiyacı böyükdür. Elə olmasaydı indidən 
        yeni il şənliklərinə bilet adı altında məcburi satış aparmazdılar. Bakı 
        şəhərinin bütün musiqi məktəblərinə artıq bir aydır ki, yolka biletləri 
        paylanıb. Bu ayın axırınacan vaxt qoyulub ki, pullar yığılıb təhvil verilsin. 
        Bilet də ki, nə az, nə çox düz 10 manatdı. Keçən il biletlər 3 manatdan 
        baha satılmırdı, hətta Həmkarlar İttifaqının iştirakıyla pulsuz da paylanırdı. 
        İndi bir balaca riyaziyyatnan məşğul olaq. Şəhərdə 38 musiqi məktəbi var. 
        Hərəsinə orta hesabla 500 bilet verilsə cəmi nə qədər alınar? Təkliklərin 
        yanına necə dənə «heç nə», yəni sıfırlar qoyular? Musiqi müəllimlərinin 
        dəhşətinin həcmini hesablamaqçün deyim ki, təxminən 300 şagirdi olan məktəbə 
        uşaqlara paylamaq adıynan 450 bilet verilib. Özü pensiya yaşında olan, 
        hətta nəvələri də artıq bığıdurma kişilər olan müəllimlərin özünü də şənliyə 
        göndərirlər ki, təki pul yığılsın. Üstəlik sevindiriblər ki, «şükür eləyin, 
        məktəb var 800 bilet göndərilib». Yeni il şənliyinə hələ 2 ay qalması, 
        şənliklərin və hədiyyələrin keyfiyyəti qalsın bir yana, bilet paylayan 
        müəllimin qürurunu 5 qəpiyə çevirən 10 manatların qüdrətindən danışaq. 
        Orta məktəblər də zamanında bilet paylayacaq deyən validenlərin aqibətin 
        düşünmək belə istəməzdim. Yanında sıfır olan birlər yığılıb kiminsə natamam 
        villasını tikəcək, bəlkə də sentyabrda müəllimlərin maaşının artmasından 
        boşalan dövlət xizənəsini dolduracaq?! Çünki 25 faizlik artım elan edilsə 
        də əlinə pulu alanda müəllim burda 10-15 manatlıq fərq gördü.
 Özümü bu sahədə ekspert saymıram, amma eşitmişəm ki, bu gün ən ucuz qadın 
        da 10 manatdı. Birin yanına sıfırı qoya bilsən gedib heç olmasa bir saatlıq 
        başını qata bilərsən. Birin yanında sıfırı götürməkdən utanmayan, eləcə 
        də birin yanında bir neçə sıfırı tələb eləyən qadınların ağır zəhmətini 
        dəyərləndirməliyik. Çünki onların və birin yanına sıfırları qoya bilənlərin 
        sayəsində biz küçədə zorlamalardan, sataşmalardan uzaq rahat gəzirik. 
        Hətta evdə bir və sıfırdan başqa rəqəm tanımayan «ağıllı» maşının arxasında 
        oturub «ON»-ların qüdrətindən yaza da bilirik. Başını televizor, radio, 
        və başqa texnikayla qatanlar da yaxasını qırağa çəkməsin. Çünki onlar 
        da bir və yanında dayanan sıfırların əsarətindədi. Bir növ kompüterdəki 
        kimi… Amma 10-lar başımızın üstündə olmaqdansa cibimizdə olsaydı daha 
        yaxşı olardı.
      
    |  
        
          
         |