Zamanla unison
Yaxud Zamanın portretinə yeni ştrix cızmaq cəhdi

Hamı zamanla dil tapmağa çalışır. Onu personalaşdırıb «Zaman» adlandıra bilərik. Ərk eləyib dövr, yaşam, bu günümüz, həyatımız kimi özününküləşdirər, bir az mərhəm sözlərlə çağırarıq, amma mahiyyəti dəyişməz. Biz Zamanın portretini yaratmağa çalışarkən, hətta o, bizə poza tutsa belə həmişə yuxarıdan aşağı baxır. Çünki onun diqtəsi altındayıq. Portretimiz yaxşı alınsın deyə detallara diqqətlə baxmalı, başımızı qaldırıb ətrafımızı izləməliyik. Görək nə alınar?
İşləyirsən, yetişdirirsən, sulayırsan, dibini belləyirsən, alaqdan təmizləyirsən, nazını çəkirsən, barını yığırsan, yemək istəyirsən- … görürsən kimsə oğurlayıb basıb yedi.
Yığırsan, qənaət eləyirsən, topldayırsan, qazanırsan, oxuyursan, öyrənirsən, vəsiqə alırsan, ayağının yerdən qaldıran maşını alırsan, oturursan ki, gedəsən, yola çıxırsan, səni soyurlar, evə gəlirsən – … səhər maşının yerini boş görürsən.
Özünə gün ağlayırsan, daha yaxşı yaşamaq istəyirsən, əziyyət çəkirsən, zəhmət çəkirsən, arabir xəstələnirsən, yeməyindən kəsirsən, yuxusuzluq çəkirsən, elə iştahanı itiləməyə bəndsənmiş - … görürsən ki, kimsə artıq həzm-rabedən keçirib.
Zəhmət çəkirsən, yetişdirirsən, oyrədirsən, nəticə göstərirsən, fərqlənməyə çalışırsan – sonda müdirini tərifləyirlər və təmtəraqlı tədbirlərin xərcini də səndən çıxırlar.
Onlar elə yaxınlıqda yaşayır. Özü də səndən oğurlanmış həyatla. Amma bizə vəd verimşdilər. Mən elə də uzaqda deyiləm. Sadəcə hamının sözünə baxmağı mənə uşaqlıqdan öyrədiblər. «Qoy həmişə günəş olsun» oxyanda, hətta «Tisah Gena» haqqında mahnını yellənə-yellənə səsləndirəndə də biz danışanların sözünü dinləyirdik. Hünərin var dinləmə. Bəyəm indi diqtə altında deyilik, yoxsa natiqlərə qulaq asmırıq? Sadəcə bu gün natiqlərə necə qulaq asmamağı öyrədən yazıları oxumaq şansımız var, həyata keçirməyi sizdən. (May ayında planlaşdırılmış «ümumbəşəri» təbdirlərdə bunu reallaşdırmaq imkanınız olacaq).
Dünyanın ən kamil natiqi, hətta heyrətə gətirəcək bir enerjinin sahibi olsa belə dinləyicinin yuxuculluğuna, mürgüləməyinə qalib gələ bilməz. (Xüsusilə xalq elliklə mürgüləyndə). Hamı bilir ki, uzun-uzadı çıxışlar zamanı hipnozla sərhəddə duyulan yuxu el arasında «mürgüləmə» kimi tanınan yarıayıqlıq vəziyyətindən daha dərindi. Belə yuxudan sonra siz ayılanda özünüzü dincini almış kimi duyursuz. Yəni ki, gün hədər keçməyib. Bu da Zamanın diqtəsidi, amma bizlərdən hər kəs nitq zamanı yatdığını boynuna almaq cəsarətində deyil. (Sovetlər vaxtı hamı yatardı və heç utanmazdı da). O ki qala cəsarətə bulunub necə yatmaq üsullarını yazmaq cəsarətində olasan.
Köşənin qalan hissəsi hələ də yatmaq istəyənlərə ünvanlanıb. Kresloda oturarkən yerinizi rahatlayın. Deyirlər ki, başı bir qədər qabağa əyəndə dil rahat salanıb nəfəs almanı çətindəşdirmir. Öz arasızdı, yatmağınız bəs deyil, üstəlik xoruldasaz el-aləm xəbər tutar. Natiq nə qədər yumşaq olsa da bunu bəyənməz və bağışlamaz. Əlbəttə yuxuya gedərkən tarazlığı saxlamaq barədə dəqiq təlimat vermək çətindi. Amma hələ Arximed bilirdi ki, kreslonun qıraqlarına dayanmış əllər və bədəndən yaradılmış üçbucaq ağarlığı saxlamaqçün ən mükəmməl qurğudur. Sürüşüb yerə yıxılmamaqdan çəkinin, sonda camaat canlananda stol altından çıxıb tapdaq altına düşmək ehtimalı var. Bağlı gözləri alnı sıxmış ovuclar arasında gizləmək olar. Çalışın ki, alnınızda bir neçə zolaq qırış əmələ gəlsin, bu dərin düşüncələrə dalmış adam obrazı yaradır və hətta oratoru da çaş-baş qoyur. Yuxudan ayılan kimi əl çalmağa tələsməyin, yerinə düşməz. Sonuncu sürəkli alqışların sizi yuxudan oyatması ən ideal variantdı. Necə deyərlər nə şiş yandı, nə kabab.
Alqışlar…..
- Biz zəhmətkeşlərik!
- Biz alın təriylə qazanırıq.
- Biz hamı kimiyik.
- Şübhə və şəksiz...
- Alqışlar!...Eşq olsun!...Tərif!...
Bu Tərif böyük hərflə yazılmalıdı. Çünki o, isim deyil. O, Həqiqətdən artıqdı. Bu böyük bir dövr, zamanın adıdır. İnsanlar İntibah, Romantizm əsrində yaşayıb, bizsə Tərif zamanında. Yaxanızı qırağa çəkməyin, bu hamının dövrüdür. Neft çıxaranda da, pambıq əkəndə də, musiqi yazanda da, lap elə oynayanda da – Tərif! İdarə edənlərin milli tərif xoruna idarə edilənlərin replikaları qoşulur.
Sürəkli alqışlar….

P.S. Unison sözünün mənasını anlamayanlara qısa bir xatırlatma: iki nəfərin (səsini çıxaranların sayı artıq da ola bilər) səsi üst-üstə düşsə, oxuduqlarının avazı eyni olsa elmi dildə buna unison deyərlər.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?