Azərbaycanlının «pominka»sı
Yaxud keşiş mollanı, araq halvanı necə əvəz elədi


İri yemək stolunun üstündə tabuta qoyulmuş meyit uzadılıb. O, artıq üç gündür ki, burada son mənzilinə çatmağını gözləyir. Gözü yolda qalmayıb, qürbətdən gözlədiyi bir kəs də yoxdu. Uşaqlarını da nankor saymaq olmaz ki, analarına zülm verib 3 gün stolun üstündə saxlayıblır. Sadəcə, bu azərbaycanlı xanım ahıl yaşlarında xristianlığı qəbul edib. Vəsiyyətində də uşaqlarına bərk-bərk tapşırıb ki, məni xristian adətiylə basdırarsız. Ona görə də uşaqları adətə görə ananı yaxşıca yuyundurub, farmidronlayıb stola uzadıblar. Yaxşı ki, qış aylarıdır.
Rəhmətliklə vidalaşmağa gələnlərin hamısının əlində şam yanır (onları da xristian və müsəlmana ayırmayacağıq, yaxşı deyil). Keçi saqqallı keşiş mərasimi idarə edir. Deyirəm, dilimə qurban olum, rus dilində biədəb «pop» kəlməsini necə də abırlı səslənən «keşiş» kimi tərcümə eləmək olur! Keşiş ortada dövrə vurub içindən tüstü çıxan qabını camaatın burnu qarşısında yellədir. Ağlayan ağlayır, fikrə dalanı da yəqin ki, dünyanın necə də fani olduğunu düşünür. Keşişin dedikləri də elə bizim ölüləri basdıranda dediklərimizlə demək olar ki, üst-üstə düşür: o dünyaya keçidi rahat olsun, behiştlik olsun, Tanrı günahlarını bağışlasın… Bizdə adətən mollanın oxuduqlarından hamının gözləri yaşarır. Bəlkə də ərəbcə mənasını anlamadığımızdandı. Burda klasiik musiqi, daha dəqiq Baxın polifoniyası səslənir. Ölən xanımın peşəsi musiqiçi olduğundan onun arxivində vida mərasimini bəzəyəcək xeyli qrammafon valı vardı. Musiqi də yerinə düşmüşdü, axı bizdə klassik musiqi yalnız matəm vaxtı səslənir.
Əlqərəz, xanımı pis-yaxşı basdırdılar. Qəbir hansı dərinlikdə qazılmalıdı, evdən çıxanda başı yoxsa ayaqları qabaqda getməlidi kimi məsələlərin bizimçün bir o qədər də önəmi yoxdu. Evə qayıdıb yemək stolunun başına (deyəsən elə həimn stolun) yığışdılar ki, ölənin ruhu şad olsun. «Pominka»da (məncə bu sözün azərbaycanca ekvivalenti yoxdu) süfrədə araq mütləq olmalıdı. Pominkanı rus kinolarından yaxşı bilirəm, içib dəm olanlar axırda qucaqlaşıb qəmli mahnı da oxumalıdı. Bütün bunlar da yerli yerində.
Maraqlısı odur ki, sabah həmin xanıma cümə axşamı verəcəklər. Qonum-qonşudan, tanış-bilişdən gəlmək istəyənlərə uşaqları necə başa salsın ki, gəlməyin, anamız ağlı başında olanda xristianlığı qəbul edibmiş. Cümə axşamında onu halvayla, qoğalla yad edəcəklər. Yəqin ölənçün bir o qədər də fərqi yoxdu ki, onu evdən çıxaranda ayaqları, yoxsa başı qabaqda olacaq. Üstündə ağı deyəni rusca, yoxsa azərbaycanda dinlənəcək. Dərinə getsək elə basdıranlarçün də bir elə də fərqi yox idi. Sonu onsuz da yemək-içməknən bitəcəkdi, araqla ya araqsız, nə fərqi? Mənə elə gəlir ki, onun uşaqlarıyçün çox fərqi vardı. Bəlkə də ona görə atalar bizi axmaq işlərdən qorumağa çalışır ki, sonra uşaqlarımız əziyyət çəkməsin. İnsan kim olduğunu dəqiq bilməlidi, ya da ölənəcən dəqiqləşdirməlidi, heç olmasa uşaqlarının xətrinə!
Buna bənzər, amma əksinə olan bir əhvalat da bilirdim. Qarışıq nigahdan doğulmuş qız rus anasını basdırmağa ata qohumlarına köməkçün müraciət eləmişdi. Onlar da bacardıqları kimi, yəni müsəlman sayağı, mollayla, quranla aparıb qadını torpağa tapşırmışdılar. Evə qayıdıb araqla «pominka» eləmişdilər.
Deyirlər ki, ölən haqqında ya yaxşı danışarlar, ya da heç danışmazlar. Qınamaq olmasın, bizim yazının qəhrəmanı azərbaycanlı mərhum sağlığında qəbir qazanı da görüm-baxım eləmişdi. Əslən nardaranlı olan bu kişi evdəki iti görüb ölü yiyəsinə bərk-bərk tapşırmışdı ki, mərhumu evdən çıxaranda iti yığışdırın. Yoxsa bərk ulayıb camaatı peşman edəcək. Deyilənə görə bu it ölənin canı boğazından çıxanacan çox əziyət çəkibmiş. Canıyla əlləşəndə sahibinin yanından çəkilmirmiş, zingiltisindən evdəkilər də yata bilmirmiş. Sahibi ölən kimi sakitləşib. Olanlara bu itin gözüylə baxmaq da maraqlı olardı. İtin də dilin bilsəydim bir reportaj yapardım. Bəlkə həyat və ölüm haqqında həqiqətlərdən maraqlı bir açıqlama da verərdi.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?