Nə yatdıq ki, nə də yuxu görək
Yaxud doymuşluqdan bezmişliyə qədər

Hələ məktəb proqramından yadımdadı ki, suyun doymuş halı da var. Müəllimimiz bir stəkan suya bir çay qaşıığı duz əlavə eləyib həll elədikdə əvvəlcə məhlulun heç rəngi bulanmadı. Amma sonrakı qaşıqlarda əlavə edilən duz suyu bulandırdı. Ən sonda isə həll edilməmiş duz kristal şəklində stəkanın dibinə çökdü. Bax, buna doymuş məhlul deyirlər. Belə halda məhlul yeni informasiyanı, müdaxiləni, bir sözlə yeniliyi qəbul etmək iqtidarında olmadığını gizləyə bilmir.
Bu sadə kimyavi hadisəni məncə millətlərə, xalqları, dövlətlərə də aid eləmək olur. Məsələn, Amerika xalq olmasa da bir dövlət kimi hələ ki, doymaq fikrində deyil. Başqa ölkələrin düşünən beyinlərini, «mənəm-mənəm» deyən oğullarını canına hopdursa da işləyən əl və ayaqlara da yer saxlayır. Bu ölkədə qalıb işləmək istəyən hər kəs bilir ki, vətəndaşlıq alandan sonra fəxr hissiylə özünə amerikalı deyə biləcək. Gəlmələri gözümçıxdıya salan ölkənin vətəndaşı olan kimi köklü amerikalılardan heç kim «Mənim babam qızıl axtarmaqda can qoyub», yaxud «Nənəmi gəmiyə doldurub bura sürgün eləyəndən sonra əl-ələ verib demokratiya qurmuşuq» deyib «hazıra nazir» olmaq istəyənin başına qaxanc eləməyəcək. Necə deyərlər, su girdi qaba, oldu içməli.
Həmən «test»dən Azərbaycanı keçirəsi olsaq görərik ki, bura çoxdandı ki, doymuş hala gəlib. Dadını heç bilməmiş demokratiyadan doyub, azadlığın üzünü görməmiş azadlıqdan bezib. Ölkədən gedib başına əlac axtaranların da, gəlib iş quranların da dalıyca danışırıq. Cəmi bir milyon qaçqın və köçkünü 15 ildi ki, yerbəyer eləyə bilmirik. Əslində bir milyon insan nədi ki? Sovet vaxtında SSRİ-nin paytaxtı Moskva hər gün 2-3 milyon insanı qəbul eləyib yola salırdı. İnsan axını indi bütün böyük şəhərlərdə adi gündəlik həyatdır. Burda şəhər kanalizasiyası kimi, küçələrin, yolların dolub daşdığı kimi insanlar da dolub, doyub və bezib. Burda heç kim macəra axtarmır, necə deyərlər Allahın verdiyi bir günü birtəhər başa vurur. Əgər qarın imkan versəydi heç kim çörək dalıycan da getməzdi.
Etnik tərkibinə görə zəngin olan Rusiya həmin məntiqlə gərək çoxdan doyardı və bezərdi də. Bizimkiləri dükan-bazarda işlətsə də bir balaca irəli çıxan insanları, yəni sənətdə, intellektdə qabağa düşənləri millətindən asılı olmayaraq həmən qəbul eləyir. Ən əsası onları «Böyük rus xalqı»nın nümayəndəsi adlandırır. Rusiyanın incəsənət tarixində seçilib sevilənlərin, mütəfəkkirlərin, tarixi şəxsiyyətlərinin qan qarışığı heç kimi nədənsə narahat eləmir. Özünə hörmət eləyən bir nəfər rus deməz ki, Puşkin həbəş, zənci oğludur, yaxud Eynşteyn yəhudidir. Bu başqa millətləri özününküləşdirmək , boğmaq deyil. Çünki həmən şəxsiyyətlər belə mədəniyyətdə artıq, lazımsız çöküntü kimi itib batmır, əksinə, irəli çıxaraq böyük mədəniyyətin tərkib hissəsinə çevrilir.
Amma bizdə insanın Azərbaycanın hansı regiondan olmasının da önəmli rolu var. Lənkəran –Astara zonasından çıxanlar talış, tat olmadığını sübuta yetirə bilmir. Qax -Zakataladan olanları ləzgi, Kəlbəcərdən olanları kürd adlandırıb əlimizi təssüflə yellədirik. Gürcüstan və Ermənistandan olanlara gürcü və erməni kimi baxırıq. Nə yazıb yaradanı anlayırıq, nə də dinc oturanı yola veririk. İrəli can atan insanın işinə görə yox, uydurduğumuz mənasız meyarlara görə dəyərləndiririk. Həmişə narazı, daim əsəbi və etinasız… Ona görə də normal insan fəaliyytinin istər sənətdə, elmdə, mədəniyyətdə yaratdıqları lazımsız çöküntü kimi üstümüzdə qalaqlanıb qalır. Hələ yazılmamış kitabları, qoyulmamış tamaşaları, reallaşmamış ideyaları heç dilimə gətirmirəm. Elə ona görə də cəmiyyətdə nə tərif, nə də tənqid işləyir. Tərifdən doymuz, tənqiddən bezmiş (yaxud əksinə) insanları doymuş məhlul kimi ancaq dincə qoymaq lazımdı. Qoy artığı çöksün, çirkini üzünə çıxsın, onda şərait də durğunlaşacaq. Əlbəttə, bizi dinc qoysalar…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?